Elektron ticarət sürətlə inkişaf edən sahələrdən biridir. Hazırda Amazon və Walmart kimi şirkətlər bu sahəyə rəhbərlik edirlər.
Düzgün marketinq strategiyası olan kiçik elektron ticarət saytları da müvafiq sahədə öz müştəri kütləsini toplaya bilər. Bunun üçün isə bir sıra üsullar vardır. Bunlardan biri seo optimizasiyadır. Təbii ki, bir çoxları reklam verərək də bu nəticəyə gələ biləcəyini və seo optimizasiyanın lazımsız olduğunu düşünür. Ancaq reklamın müddəti bitdikdən sonra yenidən Gooogle səhifələrində yoxa çıxmamaq üçün, təbii olaraq seo optimizasiya vasitəsi ilə ilk sıralara çıxmağı hədəfləməli, yalnız bundan sonra reklamdan istifadə etmək barədə düşünməlisiniz.
1. Uzun yazılmış açar sözlər.
Belə açar sözlər müştəriyə saytı və ya birbaşa məhsulu daha aydın anlamağa səbəb olur. Long-tail keywords seo-ya olan müsbət təsiri isə hamıya məlumdur.
Misal olaraq, sadəcə “şalvar” əvəzinə “geniş parça şalvar” yazmaq istifadəçinin nəyə ehtiyac duyduğunu aydın şəkildə göstərir.
Uzun yazılan açar sözlər başlıqlarda, meta descriptionlarda, məhsul ilə bağlı məlumatda istifadə oluna bilər. İnsanların məhsulunuzu axtararkən yazacaqları cümlələri düşünün. Ubersuggest, Ahrefs, SEMrush və Google Trends kimi saytlar vasitəsilə siz konseptə uyğun olan ən faydalı uzun açar sözləri tapa bilərsiniz.
2. Unikal Başlıq və Meta descriptionlardan istifadə edin
Hər məhsul səhifəsi üçün unikal başlıqlar və meta description yaradın. Birinci maddədə faydalı olmasından söz edilən bir neçə sözdən təşkil olunan açar sözü isə həm başlığa, həm də meta descriptiona əlavə edin. İstifadəçilərinizi məhsul səhifəsinə baxmağa təşviq etmək üçün meta təsvirlərinizi mümkün qədər cəlbedici edin. Meta descriptionun cəlbedici olması istifadəçilərin məhsula baxma faizini artıracaqdır
Məsələn, "Geniş parça şalvarlar - ən yaxşı qiymətlər, böyük endirimlər və bütün sifarişlərdə pulsuz çatdırılma. İndi sifariş ver!” meta decription üçün uyğun mətndir.
Faydalı: Effektiv reklam üçün bir neçə qayda
3. Saytın quruluşunu yoxlayın
Saytın dizaynı istifadəçi üçün anlaşılan olmalıdır. Vacib səhifələr ana səhifədən 3 klik məsafədə olmalıdır. Məsələn, məhsullar bölümünə getmək üçün aşğıdakı quruluş ideal sayılır:
Ana səhifə> Kateqoriyalar> Alt kateqoriyalar> Məhsullar
Kiçik saytlarda alt kateqoriyalar olmaya da bilər. Hər bir məhsulun yalnız bir kateqoriyaya və ya alt kateqoriyaya aid olduğundan əmin olun.
Həmçinin URL quruluşunuz da aydın və ardıcıl olmalıdır.
URL: www.numune.com/marka/kateqoriya/mehsulun-adi
URL: www.numune.com/marka/nsalkjdhsfha
Birinci URL düzgün, ikinci isə tam əksinə yanlış tərtib olunmuş URL sayılır.
Məsələn, bir Samsung Galaxy M30 smartfonunu satırsınızsa, URL aşağıdakı kimi olmalıdır:
www.numune.com/samsung/smartfonlar/Galaxy-M30 və ya
www.numune.com/Smartfonlar/SamsungGalaxy-M30
URL yazarkən simvol sayının 160-dan az olmasına diqqət etmək lazımdır.
4. Baxış büdcənizi artırın
Baxış büdcəsi (crawl budget) Google axtarış botlarının bəlirli bir müddət ərzində saytınızda daxil olduğu və indekslədiyi səhifələrin sayıdır. Bu göstəricinin az olması indekslənmə probleminə səbəb ola bilər.
Baxış büdcənizin yoxlamaq üçün Google Axtarış Konsolundan istifadə edə bilərsiniz. Bu meyarı yaxşılaşdırmaq üçün isə bir neçə yol tövsiyə olunur:
1.Ümumi link quruluşunuzu səmərəli edin;
2. Backlink sayını artırın;
3. Broken Links, yəni problemli (qırıq) link varsa, ona düzəliş edin;
4. Sayt xəritənizi daima yeniləyin.
5. Mobil versiya üçün UX-i əlverişli edin
Faydalı: SEO və Veb Dizayn
Məlumdur ki, saytlarda ilk olaraq mobil versiya indekslənir. Belə olan halda SEO baxımından UX olduqca əhəmiyyətli faktor sayılır. Veb saytınızda istifadəçilər axtardıqları məhsulu rahatlıqla tapmalı, offline edilən prosesləri görə bilməlidirlər. Konseptə uyğun olaraq media vasitələrindən - şəkil, animasiya, qrafiklərdən istifadə edilməsi tövsiyə olunur
6. Şəkillərə alt mətn əlavə edin
Şəkillər e-ticarət saytında önəmli meyardır. Bütün şəkillər dəqiq bir təsviri təmin edən alt mətnə sahib olmalıdır.
Saytdakı görüntü yüklənməzsə və ya gec yüklənərsə, istifadəçilər rahatlıqla alt mətn sayəsində həmin şəkildə nəyin təsvir olunmasını biləcəklər. Screen Readers, yəni ekran oxuyucu vasitələr bu məlumatdan istifadə edərək görmə qabiliyyəti olmayan istifadəçilərə şəkil haqqında məlumat verəcəklər.
Faydalı: Veb saytın sürətini artırmağın 6 yolu
7. Anbarda olmayan məhsulların səhifəsinə yenidən yönləndirmə
Bir çox e-ticarət saytlarında anbarda olmayan məhsulların toplandığı bir səhifə olur. Bu tərz səhifələrin olması əlverişli olsa da, bəzən 404 xətası ilə qarşılaşa bilərsiniz. Bu isə axtarış nəticələrinə mənfi təsir göstərir.
Bunun əvəzinə URL-ni əlaqəli olan növbəti səhifəyə yönləndirə bilərsiniz. Bu yönləndirmə müsbət nəticələnərsə, o zaman 301 (daimi) yönləndirmədən istifadə edin. Əgər hər hansısa effejti olmazsa, o zaman Google'un URL-ni indeksləməyə davam etməsinə imkan verən 302 yönləndirmədən istifadə edə bilərsiniz.
8. Yeni məhsul səhifələrini optimallaşdırın
Tez-tez yeni məhsul səhifələri əlavə edin. Yeni səhifə yaradarkən isə diqqət edilməli nüanslar var. Bunlar başlıqlar, meta description, H1, alt mətn, URL quruluşu və məhsulu izah edən bir neçə sözdən ibarət açar sözlərin əlavə edilməsidir. Yeni yaradılan səhifənin digər səhifələrlə eyni optimizasiyaya sahib olmasına diqqət etmək lazımdır.
9. Ən son texnologiyadan istifadə edin
Elektron mağazanızı kiber hücumlardan mühafizə etmək üçün hər zaman ən son texnologiyadan istifadə edin. Bu, həmçinin saytınızın indekslənmə və axtarış nəticlərinin yaxşılaşdırılması prosesinə də müsbət təsir göstərəcəkdir.