Menu

AZ EN RU
E-mail marketinq

E-mail marketinq nədir?

E-mail marketinq onlayn xidmət göstərən şirkətlərin müştəriləri ilə kommunikasiya qurmasında strateji yer tutur. E-mail marketinq SPAM deyil. Bu xidmətdən istifadə edən şirkətlər elektron məktublarını ancaq öz məhsul və ya xidmətlərinə maraq göstərən müştərilərə göndərirlər. Şirkət tərəfindən göndərilən məktublar dizayn və məzmun baxımından qarşı tərəf üçün faydalı olmaqla yanaşı, məktubu alan şəxsə ona fərdi yanaşmanı hiss etdirməlidir.

Hansı növ məktublar göndərə bilərsiniz?

Aksiya və Xüsusi Təkliflər

Aksiya və Xüsusi Təkliflər

Hər hansı bir aksiya və xüsusi təklifləriniz varsa, o zaman bunu müştərilərinizə bildirməklə onları sevindirin. Onlara olan fərdi yanaşmanızı nümayiş etdirməklə imicinizi formalaşdırın.

Məlumat və Tədbir

Məlumat və Tədbir

Müştərilər Sizin saytınıza hər gün daxil olmasalarda, öz e-poçt ünvanlarına hər gün gələn məktubları görürlər. E-mail marketinq məlumat xarakterli məktubların göndərilməsinin ən sadə yoludur.

Məhsul/Xidmət satan məktub

Məhsul/Xidmət satan məktub

Şirkətin xidmət və məhsullarından istifadə edən xüsusi müştərilərinizi seqmentləşdirərək onlara özəl məktublar ünvanlaya bilərsiniz. Kim dedi ki, yaxşı bir məhsul və ya xidməti yenidən satmaq mümkün deyil?!

Reanimasiya məktubları

Reanimasiya məktubları

Sizi unutmuş müştərilərinizi reanimasiyadan çıxartmaq üçün onların marağını cəlb edəcək özəl təkliflər hazırlaya bilərsiniz. Yaxşı məhsul və xidmət olan yerdə müştərilər itmir, müvəqqəti olaraq uzaqlaşırlar.

Tranzaksiya məktubları

Tranzaksiya məktubları

Saytınızda müştərinin atdığı hər bir addımı (xəbərlərə qeydiyyat, alış-veriş və s) özəl mail ilə mükafatlandırın. Bu şirkət və müştəri arasında olan münasibətlərin möhkəmlənməsini təmin edir.

Maarifləndirin

Maarifləndirin

Müştərilərinizlə işinizlə bağlı maarifləndirici maillər göndərin. Onlara birbaşa müraciət etməklə aranızda olan etibarı gücləndirə və təkrar satışlarınızı artırmaq imkanı əldə edə bilərsiniz.

Marcom sizə nə təklif edir?

1Ssenari planı

Daha yaxşı nəticə ortaya qoymaq üçün sifarişə başlamazdan əvvəl şirkətin auditoriyasını və rəqiblərini araşdırırıq. Bütün bunların nəticəsi olaraq e-mail marketinq strategiyası formalaşdırırıq.

2Satan Mətnlər

Şirkətin müştəri kütləsindən asılı olaraq xidmət üzrə fərqli mətn stilistikası təklif edirik: Story telling, Məlumatlandırıcı, Sarkastik, Təhrikedici. Bütün mətnlər satış məqsədli formada hazırlanır.

3Fərdi Dizayn

Bütün dizaynlar şirkətin loqo və loqo qaydalarına əsasən özəl olaraq hazırlanır və e-mail marketinq strategiyasına əsasən ssenari planına uyğun olaraq dəyişir.

4Proqramlaşdırma və Test

Bütün təsdiq olunmuş dizaynlar proqramlaşdırılır və keçidlərə müvafiq linklər yerləşdirilir. Müştərinin verdiyi müvafiq e-mail ünvanına bir neçə test mailləri göndərilərək bütün linklərin aktivliyi yoxlanılır.

5Reallaşdırma

Müştəri tərəfindən təqdim olunmuş e-mail ünvanlarını bazaya daxil etdikdən sonra göndərilmə vaxtı və saatını müəyyən edərək toplu mail göndərilməni həyata keçiririk.

6Aylıq / İllik Hesabat

Toplu mail göndərildikdən 3 gün sonra, həmçinin bu xidmət illik olduğu təqdirdə müvafiq hesabatlar təqdim edirik. Hesabat özündə göndərilən maillərin sayı, çatmış və çatmamış maillər, açılmış və açılmamış maillər və kliklənmiş maillərlə bağlı məlumatları əks etdirir.