Müraciətiniz göndərildi Təşəkkür edirik!
Alfabetik loqotip. Bu tip loqotiplərin hazırlanması zamanı hər hansı bir qrafik elementlərdən istifadə edilmir. Loqo tam olaraq hərflərin (font) müxtəlif kombinasiyasından formalaşır.
Qrafik loqotip. Bu formalı loqotiplərdə şirkətin adının yanında onun fəaliyyət göstərdiyi istiqaməti əks etdirən və ya şirkətin adının baş hərfinə uyğun simvol yaradılır.
Şirkət üçün hazırlanacaq loqo birinci dəfədən müştərinin yadında qalmalı və şirkətin fəaliyyət istiqamətini özündə əks etdirməlidir.
Sizin üçün hazırlanmış loqo təkrarlanmamalı və digər şirkətlərin loqotiplərinə bənzəməməlidir. Loqotip Sizin şirkətin indentifikasiya kodu olmalıdır.
Hər şey sadəlikdə gizlənib. Sizin şirkətin loqotipi nə qədər sadə olsa, şirkətinizin tanınması bir o qədər rahat yadda qalacaq.
Loqo hazırlanması zamanı loqonun mümkün olan bütün elektron və digər reklam daşıyıcılarında aydın şəkildə oxunulması nəzərə alınmalıdır.
Biz təkcə loqo deyil, həmçinin loqonun istifadə qaydalarını da yaradırıq. Bu qaydalar Sizin şirkətə olan korporativ münasibətin müsbət istiqamətə dəyişməsinə xidmət edəcək.
Loqo bir şirkət fəlsəfəsidir. Bu fəlsəfəni digərlərinə izah etmək isə şirkət tanıtımının bir yoludur. Bu fəlsəfəsinin necə yaradıldığını isə yalnız peşəkar dizaynerlər bilər.