Menu

AZ EN RU
CRM Platformaları

CRM Platformaları nədir?

CRM - müştəriləriniz barədə olan bütün məlumatların toplandığı bir platformadır. Bu platforma Sizin şirkətin xidmətlərindən və ya məhsulundan istifadə edən müştərini daimi müştəriyə çevirmək məqsədi daşıyır. CRM platformasından istifadə etməklə müştəri davranışlarını rahatlıqla analiz edib biznesini daha da genişləndirə bilərsiniz.

CRM sisteminin üstünlükləri:

Müştəri bazası toplayın

Müştəriləriniz haqqında bütün məlumatları bir yerdə saxlamaqla, onlara nəzarəti vahid platformadan həyata keçirin

Müştərilərinizi tanıyın

CRM sistemi vasitəsilə müştərilərinizi yaxından tanıyaraq onları təkrar müştəriyə çevirməyin yollarını kəşf edin

Büdcənizi tənzimləyin

CRM sisteminin verdiyi nəticələr əsasında Sizə faydalı olan marketinq addımlarını seçin və illik marketinq büdcənizi doğru tənzimləyin.

Analizlər edin

CRM sisteminin təqdim etdiyi geniş texniki imkanlardan istifadə edərək müxtəlif istiqamətli analizlər edin və şirkətin gələcək strategiyasını formalaşdırın.

Satışlarınızı artırın

CRM sisteminin verdiyi məlumatları doğru təhlil edərək şirkətin məhsul və xidmət üzrə satışlarını daha da artırın.

Məlumat itirməyin

Şirkətinizi tərk etmiş əməkdaşların müştərilərini asanlıqla digər əməkdaşlar arasında bölüşdürməklə məlumat itkisinə yol verməyin.

 

Sifariş et

CRM sistemlərinin növləri:

Sistemin funksionallığına görə:

- Xidmətlərin idarə edilməsi üzrə CRM;

- Satışın idarə edilməsi üzrə CRM;

- Marketinq aktivliklərinin idarə edilməsi üzrə CRM.

Məlumatların emal olunma səviyyələrinə görə:

- Analytic CRM (Hesabatların hazırlanması və məlumatların analizi);

- Operation CRM (İlkin məlumatların daxil olunması və çıxışı);

- Collaborative CRM (Müştəri ilə qarşılıqlı əlaqəlinin təmin olunması).

Sektorlar üzrə CRM-lər

Restoran
Maliyyə və İnvestisiya
Turizm
Tikinti
Daşınmaz Əmlak

Qeyd. Marcom MMC şirkəti tərəfindən CRM Platformalarının yığılması tərəflər arası məxfilik müqaviləsi ilə tənzimlənir. Bu səbəbdən xidmət növü üzrə hər hansı bir açıq hesabatlar təqdim edə bilmirik.