Menu

AZ EN RU
Əsas Xidmətlər Tibbi Marketinq Klinikanın / Reputasiyası

Klinikanın reputasiyası

 

Şəfa tapmış müştərilərin minnətdarlığı klinikanın müvəffəqiyyətinin əsasıdır.

Klinikada hər hansı bir xidmət müraciət etmək istəyən müştəriyə ən böyük təsiri artıq sizə müraciət etmiş və fayda görmüş müştərilər yaradır. Müştərinin bu qərarını möhkəmləndirməyə klinikanın işindəki müsbət hallar və onun imici təkan verir.

Müştəri axınını təmin edəcək klinika üçün reputasiyanı necə formalaşdırmaq olar?

Bu məsələdə internet və axtarış sistemlərinin imkanları kömək edə bilər. Hal-hazırda internet müştərilərin klinikalar haqqında informasiya aldığı ən etibarlı mənbələlərdən biridir.

İnsan sağlamlığı qiymətsizdir, bu səbəbdən də bir çox müştəri öz sağlamlığını hər hansı bir həkimə etibar etməzdən öncə, həmin həkim və klinikanı diqqətlə araşdırır. Bu araşdırmaya klinikanın imici, həkimin qəbul yeri, təhsili və təcrübəsi və əlbəttə ki, müştərilərin rəyləri daxil olur.

Əgər klinikada kifayət qədər müştəri azlığı hiss olunursa, o zaman ilkin olaraq aşağıdakı məqamlara diqqət etmək lazımdır:

  • Sosial şəbəkələrdəki mənfi rəylərin nisbətinə;
  • Klinika haqqında informasiyanın yerləşdirildiyi resursların etibarlılığı;
  • Saytın interfeysi və orada olan məlumatların dolğunluğu;
  • Klinika daxili müştəri davranışlarına.
Tibb mərkəzinin imicinin formalaşması çox vaxt onun haqqında rəylərdən asılıdır. Giriş sayı çıx olan internet portallarında müsbət rəylərin yerləşdirilməsi reputasiya menecmentinin təsiredici alətidir.

"Saxta” rəylər yerləşdirmək etik qaydalara nə qədər uyğundur?

İnsanların müsbət təcrübələrdən daha çox mənfi təcrübələri təsvir etdiklərini başa düşmək çətin deyil. Narazı müştəri rəylərini bir çox resurslarda yerləşdirməklə, tibb müəssisəsinin reputasiyasına ciddi zərbə vura bilər.

Çox təəssüf ki, hər zaman müsbət rəylər yazılmır, müştəri öz minnətdarlığını onu müalicə edən həkiminə şəxsən bildirir və rəyini ictimaiyyətin diqqətinə çatdırmağı lazımsız hesab edir. Buna görə də klinikanın sosial şəbəkələrdə razı müştərinin müsbət rəyinə ehtiyacı var.

Doğru çıxış yolu hansıdır?

1

Düzgün “informasiya fonunu” təmin edəcək zəruri xatırlatma həcmini yarada bilərik. Nəticədə bu klinikanın etibarını formalaşdıracaq və müştəriləri klinikaya zəng etmək və yazılmaqdan öncəki şübhələrdən azad edəcək.

2

Klinikada müalicə almış razı müştərilərin və xidmətlərə potensial olaraq maraq göstərən insanların adından müxtəlif mesajlar yazıb internetdə yerləşdirə bilərik.

3

Sizin klinikada aparılmış real müvəffəqiyyətli müalicə tarixçələri əsasında bəlli xidmətlərin adları və həkimlərin soyadları çəkməklə, uyğun stilistikada yazılmış unikal mətnlər təqdim edə bilərik.
 

4

Klinika haqqında real olan hadisələri gizli reklam materialları olaraq bu gün aktual olan Facebook, Instagram, LinkedIN kimi sosial şəbəkələrdəki neytral səhifələrdə yerləşdirə bilərik.

5

İşlər başa çatdıqda, işlərin icrası faktını təsdiq etmək üçün yerləşdirilmiş postları vizual şəkildə işarəməklə skrinşotlar formasında hesabat təqdim edə bilərik.