Müraciətiniz göndərildi Təşəkkür edirik!
Klinikaya müştəri gözü ilə baxmağa və “Nəyə görə klinikaya istədiyiniz sayda müştəri gəlmir?” sualına cavab verməyə kömək edirik.
Ətraflı baxTibbi SEO və PPC (Pay per click) reklamı vasitəsilə axtarış sistemlərindən müştəri trafikini cəlb edirik.
Ətraflı baxKlinikanın sosial şəbəkə və mediadakı imicinin formalaşdırılması üzrə işlər aparırıq.
Ətraflı baxBir çox insanlar həkimə müraciət etməyi son günə kimi təxirə salır və yalnız kəskin ehtiyacları yarandıqda klinikaya müraciət edirlər. Buna görə də, tibb sahəsində reklamın real effektivliyini qiymətləndirmək çətindir - çünki reklam müraciəti və birbaşa xidmət sifarişinin həyata keçməsi üçün müəyyən zaman tələb olunur.
Tibbi xidmətin keyfiyyəti heyət tərəfindən müəyyən edilir. Klinikada çalışan həkimlərin ixtisaslaşması və nəzakəti, inzibati heyətin xoş rəftarı və gülərüz siması müştərinin diqqət etdiyi və tibb mərkəzi rəhbərinin çalışdığı əsas amillərdən biridir.
Yanlış seçim etmək qorxusu, potensial müştəriləri klinikaya dair məlumatları müxtəlif mənbələrdən daha diqqətlə araşdırmağa vadar edir. Bu isə nəticədə müştərilərin internet üzərindən olan reklamlara qarşı olan həssaslığını azaldır. Belə olan halda insanlar dost, tanış, internet istifadəçilərinin rəylərinə üstünlük verməyə çalışırlar.
Yalnız tibbi marketinq sahəsində müştəri psixologiyası və tibbi xüsusiyyətləri bilən mütəxəssis, bütün bu incəlikləri nəzərə ala və onlardan düzgün istifadə edə bilər.
Komandamızda təşviqat üçün sorğuların seçilməsində, sayt üçün mətnlərin yazılmasında iştirak edən tibbi marketinq təcrübəsinə malik mütəxəssislərdən faydalanın.
Klinika üzrə işlərin gedişatı üzrə tam şəffaflıq yaradırıq. İşin istənilən mərhələsi üzrə sual verə, şərh yaza və düzəlişlər edə bilməyiniz üçün imkan yaradırıq.
Diqqətimizi hər hansı bir reklam xidmətimizin satılmasına deyil, əsas məsələlərin həllinə, yeni müştərilərin cəlb edilməsinə və klinikaların marketinq və imic baxımından inkişaf etdirilməsinə yönəlmişik.
Tibb xidmətlərinə artıq maraq göstərən 150.000-dən artıq müştəridən ibarət auditoriyaya çıxış əldə edin və Sizə lazım olan paya sahib olun.
Azərbaycan və Gürcüstan bazarında marketinq sahəsi və IT həllər üzrə 5 ildən artıq təcrübəyə arxalanın.
Bütün reklam kampaniyalarının analitikasını non-stop rejimində həyata keçirir və ən yaxşı variantları əvvəlcədən təklif edirik.