Menu

Əsas Haqqımızda Tenderdə İştirak Qaydaları

Marcom Marketinq və Kommunikasiya şirkəti aşağıdakı qaydalar əsasında keçirilən tenderlərdə iştirak edir:

1

Tenderi keçirən şirkət sifarişlə bağlı məlumatları tam və dolğun şəkildə hər bir tender iştirakçısına yazılı şəkildə e-poçt və ya zərfə əlavə olunmuş qaydada göndərir.

2

Tenderi keçirən şirkət tenderdə iştirak edən şirkətlərin adlarını rəsmi şəkildə açıqlayır və onlarla əyani görüş təşkil edir.

3

Tenderi keçirən şirkət tenderdə iştirak edən şirkətlərin hər biri ilə məxfilik müqaviləsi imzalamalıdır və bu məxfiliyin əməl olunmasına ciddi şəkildə riayət olunmalıdır.

4

Tender keçirən şirkət görüləcək xidmət və ya xidmətlər üçün nəzərdə tutulan büdcəni, o cümlədən ödəniş formasını (rəsmi, nağd) bütün tender iştirakçılarına açıqlayır.

5

Tender keçirən şirkət göndərilən təkliflərin doğru dəyərləndirilməsi üçün müvafiq sahədən anlayışı olan müstəqil ekspert və ya ekspertlər qrupunu həmin tenderə cəlb edir.

6

Tenderi keçirən şirkət tenderin nəticələrini açıqlamaq üçün tender iştirakçılarını bir araya toplayır və nəticələr müstəqil ekspert və ya ekspertlər qrupu tərəfindən açıqlanır. Seçilmiş təklifin seçilmə səbəbləri və digər təkliflərin seçilməməsi səbəbləri tenderi keçirən şirkət əsaslandırılmalıdır.

Sifariş et