Menu

AZ EN RU
Əsas Xidmətlər Tibbi Marketinq Klinikanın / Işinin Auditi

Klinika işinin Marketinq Auditi

 

Klinikaya müştəri gözü ilə baxmağa və “Nəyə görə klinikaya istədiyiniz sayda müştəri gəlmir?” sualına cavab verməyə kömək edirik.

Tibbi audit nədir?

Tibbi audit dedikdə, qlobal olaraq klinikanıza kənardan müştərinin gözləri ilə baxış nəzərdə tutulur. Tibbi auditə nə daxildir? Müştərinin klinika haqqında qarşısına çıxan bütün məlumatların qiymətləndirilməsi. Tibbi Auditə daxildir:

Klinika saytının auditi
İnzibatçıların işinin auditi
Xidmət keyfiyyətinin auditi
Rəqabət analizi
Klinikanın marka analizi
“Gizli” Müştəri

Auditdən sonra klinika hansı nəticələri əldə edir?

Klinikanın işində problemlərin aşkar edilməsi

Klinikanın işində mövcud olan bir çox boşluq və nöqsanlar, bir çox hallarda öz həllini tapmır. Təbii ki, bütün boşluqları daxildə olmaqla görmək mümkün deyil. Bunun üçün kənardan baxış və klinikanın çölündən Sizi yaxşı analiz edərək həll yollarını təklif edən bir dəstəkçi lazımdır.

Yeni fikirlər, biznesinizin gələcək inkişafı və hərəkəti üçün əsasdır.

Məhz bu, Sizin klinikaya kənardan baxışı təmin etməyə qadirdir. Tibbi marketinq üzrə mütəxəssislərin verəcəyi tövsiyyələr, klinikanızın hazırkı vəziyyətdə malik olduğu imkanlara daha dolğun və yeni prizmadan baxmağa imkan verəcək. Bu tövsiyyələr Sizə imkanlarınızdan səmərəli istifadə etmək imkanı qazandıracaq.

Klinikanın mövcud vəziyyətinin tam obyektiv şəkli

Klinikanın auditi faktiki olaraq, müştərilərlərlə iş prosesində doğru diaqnostikanı xatırladır. Bu daha çox vaxt və yüksək həkim peşəkarlığı tələb etsə də, nəticədə loyal müştəri qazandırır. Eyni yanaşmanı tibb sahəsinə də aid etmək olar. Siz daha çox vaxt və müxtəlif reklam alətlərindən istifadə etməklə müştərilərin cəlb olunması üçün müəyyən addımlar ata bilərsiniz. Lakin bu Sizə kifayət qədər müştəri və müsbət imic qazandırmayacaq. Bu istiqamətdə yüksək gəlir əldə etmək ancaq kompleks şəkildə addımlar sayəsində mövcud ola bilər. Digər biznes sahələrində olduğu kimi, tibb sahəsində də klinikanın yerləşdiyi ünvan və bu ünvanın müştərilər üçün nə qədər uğurlu olması belə real dəyişikliklərə, həmçinin yüksək gəlir əldə etməyə səbəb ola bilər.

Xidmətlərin siyahısı

Saytın auditi
Klinikanın reklam
aktivliyinin auditi
Klinikaya daxil olan
müraciətlərin auditi
Rəqabət analizi
Klinikaya müştəri gözü ilə baxmağa və “Nəyə görə klinikaya istədiyiniz sayda müştəri gəlmir?” sualına cavab verməyə kömək edirik.

Müştəri sayında və klinikanın gəlirində real dəyişiklikləri hiss edin

Klinikanın uğuru vahid strukturu təşkil edən yüzlərlə elementlərdən ibarətdir. Bu elementlər sırasına klinikanın yerləşdiyi ünvan, məkanın interyer və eksteryer dizaynı, avadanlıqların keyfiyyəti, həkimlərin peşəkarlığı, qiymət siyasəti, loyallıq proqramı, əməkdaşların davranışı, tanışların tövsiyələri, sosial şəbəkə üzrə rəylər və s. məqamları daxil etmək olar. Bu siyahıda həmçinin sayt və internet-reklamı, klinikanın imici ilə iş, naviqasiya və digər oflayn marketinq alətləri kimi əsas komponentlər də yer tutur.

Bütün bu sadalananlar bir məqsədə qulluq edir – müştəriləri qazanıb əldə saxlamaqla klinikanın gəlirini artırmaq. Bütün bu vasitələrin nəticə verməsi üçün, reklamların xaotik formada deyil, sistemli şəkildə reallaşması lazımdır. Klinikanın fəaliyyətini yeni səviyyəyə qaldırmaq üçün bir və ya iki reklam alətini işə salmaq kifayət etmir. Burada bütün kommunikasiya vasitələri ilə işləmək lazımdır ki, bir marketinq aləti digərini dəstəkləsin və bütün onlar sistemli şəkildə işləsin.

Bunu Sizin üçün necə edə bilərik?

Bu sahədə məsələyə kompleks yanaşma olmalıdır. Yalnız bütün marketinq dəstəyini götürmək və marketinq alətlərini vaxtında sistemli istifadəsini təmin etməklə yüksək nəticələr əldə etmək olar.

Müştəri sayında və Klinikanın gəlirində baş verən real dəyişiklikləri hiss edin.

Analitika

Klinikanın mövcud vəziyyətini təhlil edir və tibbi dildə desək diaqnoz qoyuruq.

Bizi əsas aşağıdaklar maraqlandırır:

  • Rəqiblər;
  • Klinikanın xidmətləri;
  • Əvvəlki reklam fəaliyyəti və onun nəticələri;
  • Klinikanın saytının və digər platformaların cari vəziyyəti;
  • Klinikanın idarəetmə uçotunun əsas göstəriciləri (zənglər, sorğular, qəbula yazılmalar, satışların effektivlik göstəricisi, yeni/daimi müştərilərin nisbəti, xidmətlər üzrə ortalama gəlir.

Sonda klinikanın inkişaf strategiyasını formalaşdırırıq, məqsədləri müəyyən edirik və yaxın 6 ay üzrə hərəkət planını tərtib edirik.

Nəticələrin hesabatı, analitikası və nəzarəti

  • Klinikanın biznes proseslərinin optimizasiyası, CRM sisteminin tətbiqi, e-poçt və telefoniya ilə inteqrasiyası;
  • Qəbul üçün zənglərin, müraciətlərin, qeydlərin, habelə gəlmiş və qayıtmış müştərilərin statistikasının toplanılması və mütəmadi analizi;
  • Reklam kampaniyasının real effektivliyinin qiymətləndirilməsi, düzəlişlər və proqnozlar;
  • Təşviqat kanallarının mətnində reklam kampaniyasının effektivliyi haqqında hesabatlar;
  • Bir zəngin qiyməti, yeni müştərilərin cəlb olunmasının qiyməti, ROI göstəricilərinin hesablanması.

Bu elementlərlə kompleks şəklində işləyərək, klinikanın işində və maliyyə nəticələrində ciddi dəyişikliklərinə nail olmaq mümkündür.

Administratorlarla iş

Bu istiqamətə daha çox diqqət ayırmaq lazımdır. Çünki satışların artması klinikanın əməkdaşlarının zəngləri doğru cavablandırması və həmin zənglərin keyfiyyətli emal olunması asılıdır.

  • Klinikaya daxil olan bütün zənglərin qeydiyyatı;
  • Zənglərin dinlənilməsi və araşdırılması;
  • Administratorların işində əsas səhvlərin aşkar edilməsi;
  • Administratorların işində güclü və zəif tərəflərin aşkar edilməsi;
  • Müştərilərlə ünsiyyət növü üzrə zəng ssenarilərinin (skriptlərin) hazırlanması;
  • Potensial müştərilər ilə kommunkasiya effektivliyinin artırılması;
  • Cari iş üzrə tövsiyə və iradlar.

Hədəf kütlənin generasiyası

Zənglərə və qəbula yazılmaya konversiya olunacaq saytınıza maksimal sayda auditoriya cəlb etmək üçün müvafiq marketinq alətlərini seçib, tənzimləyir, idarə və nəzarət edirik.

 

Hansı marketinq alətləri istifadə oluna bilər:

• Google AdWords-də kontekst reklamı və Yandex Direct;

• Tematik platformalarda media reklamı və remaketinq;

• Sosial şəbəkələrdə hədəfli reklam;

• Tematik tibbi portallar və aqreqatorlar.

Saytla bağlı işlər

Sayt klinikanın əsas aktivlərindən biridir. Onun müştərilər üçün əlçatan olması, zəngin kontentlə dolu olması digər marketinq alətlərinin effektivliyinə təsir edir.
 
Bu mərhələdə nə edə bilərik:

  • Mövcud saytın audit edilməsi;
  • Mövcud saytın vizual və texniki vəziyyətindən asılı olaraq google standartlarına uyğun yeni, müasir satış saytının yaradılması;
  • Yeni mətnlərin yazılması və tərcüməsi;
  • Birinci və ikinci dərəcəli xidmət və məhsulların tənzimlənməsi.

Klinikanın reputasiyası və PR-ı ilə iş

Tibbi marketinq xidmətlərin təşviqində bu aləti xüsusilə qeyd etmək lazımdır.

Hətta ən keyfiyyətli və marağında olan pasiyent auditoriyası klinikanın saytına daxil olduqda, rəylərə baxmağa və sualı öyrənməyə başlayacaq. Və əgər potensial pasiyentlər “ədalətli” mənbələrdə seçimlərinin doğruluğunun təsdiqini tapmasalar – tərəddüd edəcək, və demək ki, Sizə ediləcək ziyarəti təxirə salacaq və ya rəqiblərinizə müraciət edəcəklər.

Bütün bu işlər üzrə büdcə nə qədər təşkil edəcək?

Rəqəmlər bir çox amillərdən asılıdır, onlardan bəziləri aşağıdakılardır:

  • Klinikanın fəaliyyət göstərdiyi yerin rəqabətlilik dərəcəsi;
  • Klinikanın miqyası, region, yaş, inkişaf mərhələsi;
  • Xüsusi reklam kampaniyasının məqsədləri;
  • Klinikanın bazardakı mövcud vəziyyəti;
  • İşlərin dəqiq həcmi.

Hansı zəmanətlər verilir?

Hər hansı hiss olunan nəticələr barəsində yalnız iş başlanandan 2 ay sonra danışmaq olar. Dinamika və ilk dəyişikliklər məhz 2-3 aydan sonra nəzərə çarpacaq.

Bizim uzunmüddətli hədəflərin qoyulması və geniş miqyaslı layihənin inkişaf etdirilməsinə fokuslanmışıq. Ona görə də Sizin tibbi biznesinizin kompleks şəklində inkişafında maraqlıyıq.