Menu

Brendbuk

Brendbuk

Brendbook (brandbook) – şirkət haqqında olan bütün vizual məlumatları özündə əks etdirən strateji sənəddir. Bu sənəd özündə şirkətin fəlsəfəsini, keçdiyi yolu və bazarda olan strateji mövqeyini birləşdirir. Brendbukun hazırlanması şirkətə özü haqqında olan məlumatların strukturlaşdırmasını və sistemləşdirməsini vizual olaraq vahid xətt üzrə qurmağa imkan yaradır. Bundan əlavə hazırlanmış brendbuk şirkətin bütün kommunikasiya vasitələrində öz bütövlüyünü ortaya qoymağa kömək edir.

Brendbukun olmasının üstünlükləri:

Optimallaşdırır

Brendbuk şirkətin marketinq ayrılmış olduğu bir çox xərcləri və o cümlədən sərf olunacaq vaxtı optimallaşdırmağa kömək edir.

Qənaət edir

Brenbuk şirkətin təşkil etdiyi tədbirlərdə dizayn elementləri üçün sərf olunan enerjiyə və vaxta qənaət etməyə yardımçı olur.

Brendbukun strukturu:

Şirkət Fəlsəfəsi

Bu hissə teoritik olaraq brendbukun əsas hissəsi hesab olunur. Bu bölmədə şirkət özünün qlobal hədəflərini, idealogiya və missiyasını ortaya qoyur.

Vizuallaşdırma

Bu brendbukun hazırlanmasında əsas mərhələdir. Bu mərhələ, şirkətin öz müştəriləri ilə vizual ünsiyyət qurmanın ümumi prinsiplərinə həsr olunur.

Möqveləndirilmə

Bu hissədə şirkət öz strategiyasında 4 əsas mövqeləndirmə üzrə ölçü meyarlaını ortaya qoyur: funksional, sosial, mental və mənəvi dəyərlər.

Şirkətin Sabitləri

Bu mərhələ brendbukun hazırlanmasında praktiki hissədir. Bu hissədə şirkətin loqo qaydaları, korporativ stil, rəng palitraları, digər qrafik elementlər ilə bağlı vizual strategiyası əks olunur.

Korporativ dəsti xətt

Bu hissə şirkətin vizual strategiyasının tətbiqi hissəsidir. Bu hissə özündə şirkətin bütün çöl və elektron daşıyıcılarında (vizitka, şirkət blankı, reklam materialları, interyer, eksteryer və s.) yer alması standartlarını özündə birləşdirir.

Hüquqi tərəfi

Brendbukun bu hissəsi şirkətin ad və loqosu ilə yanaşı onun naxış, korporativ dəsti xəttini, sloqanını, rəng çalarlarını, fontun və digər qrafik elementlərini hüquqi olaraq müdafiə edir.

Sifariş et