Müraciətiniz göndərildi Təşəkkür edirik!
Xidmətin müddəti hər hansı bir kampaniya çərçivəsində bir gündən başlayaraq bir il müddətinə kimi davam edə bilər. Bu əsasən şirkətin marketinq strategiyasına bağlıdir.
Mail formaları Sifarişçi tərəfin verdiyi mətn və şəkillər əsasında dizayn olunur, daha sonra dizayn olunmuş məktub forması proqramlaşdırılır, müvafiq (landing page, sosial şəbəkə, bölmə) linkləri əlavə olunur.
Göndəriləcək e-poçt ünvanlarını Sifarişçi tərəf təqdim edir. Bu e-poçt bazası adətən şirkətin saytında olan “Subscribe” (Abunə ol) bölməsindən, keçirdiyi tədbirlərdə gələn insanların qeydiyyatı, şirkətə gələn e-poçtlar nəticəsində formalaşır.
Xüsusi lisenziya əsasında fəaliyyət göstərən proqram təminatları vasitəsilə göndərilən toplu maillərin hesabatını əldə etmək mümkündür. Hesabat göndəriləndən 1 və ya 2 həftə sonra hazırlanması məqsədə uyğun hesab olunur.