Menu

AZ EN RU
Əsas Xəbərlər Bloq Yazıları Effektiv Reklam Kampaniyaları Üçün Bir Neçə Qayda

Effektiv reklam kampaniyaları üçün bir neçə qayda

2019-08-02

Reklam kampaniyalarınızı optimallaşdırmaq üçün Facebook özü sizə bir neçə reklam vasitələrini təqdim edir. 

Bunlara misal olaraq Facebok Creative Hub, yəni Facebook Yaradıcılıq Mərkəzini deyə bilərik. Facebook reklamlarınızda istifadə etdiyiniz yaradıcılıq, fərqlilik reklama çox təsir edir. Təklifiniz nə qədər yaxşı olursa olsun, reklamınız istifadəçilərin diqqətini xəbər lentində cəlb etmirsə, heç bir statistik irəliləmə əldə etmək mümkün deyil. 

Facebook Creative Hub reklam tərtib edənlərə aşağıdakı imkanları verir:

Reklam nümunəsi yaradın

Creative Hub-a daxil olmaq üçün Facebook Reklamlar (ADS Manager) bölməsindən qlobal menyusuna keçib müvafiq butona klikləmək lazımdır.


Burada bir reklam çarxı yarada və bunu reklam hesabınıza daxil olan hər kəslə paylaşa bilərsiniz. 

“Create Mackup”, yəni Nümunə Yarat bölməsinə daxil olub nümunəni yaratdıqdan sonra onu analiz etmək üçün xəbər lentində paylaşmaq seçiminiz olur. Əgər nümunədən məmnun qalmısınızsa, o zaman bir reklam kampaniyasında istifadə etmək üçün reklam idarəçisi panelinə əlavə edə bilərsiniz. 

Facebook reklam şəklindəki mətni qiymətləndirin

Tools (Alətlər) bölməsində reklamınızı kreativ şəkildə analiz etməyiniz üçün iki vasitə tapa bilərsiniz. Image Text Check ilə şəkillərinizin Facebook-un tövsiyə olunan 20% mətn qaydasına daxil olmasını təmin edə və şəkillərinizdəki mətnin reklam fəaliyyətinə təsir göstərə biləcəyini qiymətləndirə bilərsiniz.

Facebook Videolarını test edin

Hansı videonun sizin üçün daha yaxşı olacağına əmin deyilsinizsə, o zaman bu vasitədən istifadə etməyiniz tövsiyyə olunur. Video Test Facebook videolarınızda 72 saatlıq split test aparmağa imkan verir. Facebook hansı videonun daha yaxşı statistik nəticələr əldə edəcəyini müəyyənləşdirməyə kömək edəcəkdir.


Video split test ilə eyni anda beş fərqli videonu test edə bilərsiniz. Videonu test edərkən Facebook səhifənizi, reklam hesabınızı və planlaşdırılan statistik nəticələri qeyd etmək lazımdır. 

Facebookda Test və Öyrənmə vasitəsi

Bu üsulla Facebook kampaniyalarınızı sınaya, reklamlarınızı necə optimallaşdırmalı olduğunuzu öyrənə bilərsiniz. Facebookun Test və Öyrənmə vasitəsi standart split testlər ilə testi müəyyənləşdirməyə və sayını artırmağa kömək edir. Bundan sonra Facebook test nəticələrini gələcək kampaniyalar üçün tövsiyələr ilə birlikdə sizə təqdim edəcəkdir.


Split Test vasitəsi

Facebook Ads Manager trafik, tətbiq quraşdırma, videoların izlənməsi, kataloq satışları, mesaj və marka məlumatlandırılması məqsədi ilə bir reklam kampaniyası tərtib edildikdə Split Test qurmaq imkanını verir. 

Split test xüsusiyyətini istifadə edərkən Facebook auditoriyanızı təsadüfi olaraq böləcəkdir. Daha sonra 1 ilə 30 gün arasındakı müəyyən bir müddət ərzində hansı dəyişənin (Variable) ən yaxşı performans göstərəcəyini yoxlayacaq. Ən azı 4 gün ərzində split test aparmaq tövsiyə olunur. 

Bir split test üçün büdcə təyin edərkən  Facebook sizə effektiv bir test nəticəsi təqdim etmək üçün "gücə" əsaslanan bir büdcə tövsiyə edir. Büdcəniz çox azdırsa, Facebook kifayət qədər izləyicinizi sınaya və nəticə təyin edə bilməyəcək. Facebook büdcəni təyin edərkən testinizə güc faizini təyin edir. 80% -dən yuxarı bir güc faizi tövsiyə olunur.


Facebook Büdcə Optimallaşdırma vasitəsi

Büdcənin optimallaşdırılması vasitəsilə ilə siz Facebookda bir reklam üçün büdcə ayırmaq əvəzinə ümumi kampaniya büdcəsini təyin edirsiniz. Bundan sonra Facebook büdcənizi optimallaşdırır və hədəfinizə çatmaq üçün bu büdcəni səmərəli istifadə edir. İndiki vəziyyətdə bu əlavə seçim olaraq təqdim edilir. Lakin 2019-cu ilin sentyabr ayından başlayaraq standart parametr olacaq və onu dəyişdirmək mümkün olmayacaqdır.

Hal-hazırda bu reklam kampaniyasının büdcə optimallaşdırılması xüsusiyyətindən istifadə etmək üçün hədəf təyin edilərək Kampaniya Büdcəsinin Optimallaşdırılmasını seçmək lazımdır.

Həmçinin burada siz reklam kampaniyasının büdcəsini həm günlük, həm də bir dəfəlik təyin edə bilərsiniz.