Markalar əsasən daha çox istifadəçisi olan sosial media platformalarında aktiv olmaq və reklam yerləşdirməkdə maraqlıdır.
Ona görə də 2020-ci ildə sosial media trendlərini daha yaxından izləmək olduqca vacibdir.
2020-ci ildə sosial media trendləri rəqəmsal dünyaya necə təsir edəcək?
1. İnstagramın görünməyən bəyəniləri
2019-cu ilin ortalarında İnstagram paylaşımlara gələn bəyəni sayının gizli olacağı ilə bağlı açıqlama verdikdən sonra bir neçə infuenser bu yenilikdən narazı olduqlarını bildirmişdilər. Digər istifadəçilər isə instagramda daha çox “story” izlədikləri üçün zamanla məhsul və ya xidmətini instagram story-lərində reklam edənlər çoxaldı.
2. İnstagramda alış-veriş funskiyası
İnstagramın təqdim etdiyi shopping funksiyası vasitəsilə məhsulun qiymətini birbaşa göstərmək mümkündür. Hətta sözügedən funksiya sayəsində saytda trafik yaratmaq olur. Bu özəllik Azərbaycanda hələ də aktiv olmasa da marketinq strategiyasına təsiri danılmazdır. Bu funksiya bir daha sosial medianın ən effektiv marketinq kanalı olduğunu göstərir.
3. Brand Collabs Manager
İnstagramda bəyəni sayının gizlədilməsi influenserlərlə yanaşı markaların da etirazına səbəb olmuşdu. 2019-cu ilin ortalarında İnstgramın təqdim etdiyi Creator Studio sayəsində markalar influenserlərin səhifələrindəki statistikalar görə bildilər.
4. TikTok
Marketoloqların mütləq yer almalı olduqları digər platforma isə Tik-Tokdur. 2019-cu ildə ən yox yüklənən proqram olaraq ilk üçlükdə yer alan Tik-Tokun 500 milyondan çox aktiv istifadəçisi var. Tik-tok vasitsəilə təqdim edilən kontent viral olaraq yayılma ehtimalı yüksək olan sosial şəbəkədir.