Menu

AZ EN RU
Əsas Xəbərlər Rəqəmsal Xəbərlər Facebook Ads-Dən Yenilik

Facebook Ads-dən yenilik

2019-11-21

Facebook reklam strategiyasında yenilik edib. Bu yenilik ads menecerlərə fərdiləşdirilmiş reklam tərtib etmək imkanını verir.

Şirkətin verdiyi açıqlamada bildirilib ki, reklam verərkən hədəf kütləsini doğru təyin etmək üçün şəxsin profilində məlumat olaraq qeyd edilənlə paylaşılanları birləşdirir. Facebookun əldə etdiyi məlumatlar həm də organik həm də ödənişli kontentdə tətbiq olunacaq. 

Facebook fərdiləşdirilmiş reklam strategiyasında aşağıda qeyd edilən yenilikləri edib.

Dinamik reklam yaradılması

Birbaşa Facebook Ads vasitəsilə tərtib edilən reklamlarda hədəf kütləsi analiz edilir və istifadəçinin hansı reklam formalarına reaksiya bildirdiyi aşkarlanaraq reklam ona məhz həmin formatda göstərilir. 

 

İstifadəçi şəkildə göstərildiyi kimi carusel formatda olan reklamlara reaksiya bildirirsə, Facebook Ads carusel kimi, şəkil və ya qiyməti olanlara reaksiya bildirirsə ona uyğun reklam təqdim edir. 

Birdən çox mətnin optimallaşdırılması

Bu yenilik vasitəsilə reklamverənlər əsas mətn, başlıq və description yaza biləcəklər. Daha sonra Facebook istifadəçinin sosial şəbəkədəki fəaliyyətinə əsasən hansı mətni optimizasiya edəcəyini təyin edir. 

Bu özəllik trafik, tətbiq yükləmələri  tərtib edilən tək şəkilli rekalmalrda istifadə edilə bilər. 

Vahid media reklamları üçün avtomatik tərcümə 

Vahid media dedikdə tək bir şəkil və ya videodan ibarət olan reklam nəzərdə tutulur. Facebook Ads-də tərtib edilən reklamlar “Dil əlavə et” funksiyasından istifadə edilərək yazılan mətni beynəlxalq müştərilər üçün seçdiyiniz dildə tərcümə olunur. Reklam menecerləri bu tərcümələri  nəzərdən keçirə və ya avtomatik tərcümə əvəzinə özləri də mətni istədikləri dildə daxil edə bilərlər.