Menu

AZ EN RU

SEO və Veb Dizayn

2019-07-29

İnternet dövrünün ilk zamanlarında saytlarda dizayn  və SEO bir-biri ilə uyğunluq təşkil etmirdi. Ya SEO cəhətdən yaxşı olan saytın dizaynı əlverişli olmurdu, ya da tam əksinə dizayn baxımından unikal olan sayt SEO cəhətdən qənaətbəxş deyildi. Lakin zaman keçdikdə sayt dizaynının SEO ilə uyğun olmasının nə qədər əhəmiyyətli olduğu aydın olmuşdur.

Bəs SEO nəzərə alınaraq edilmiş dizaynı sayta necə tətbiq etmək olar?

SEO və dizaynı bir-birinə bağlayan bir neçə anlayış var ki, bu da hər iki sahənin ən yaxşı təcrübələrini balanslaşdırmağa kömək edir. Xəbərin ardından SEO ilə dizaynı əlaqələndirib məhsuldar sayt hazırlamanın bir neçə üsulu ilə tanış olacaqsınız. 

1. Mobil təcrübəyə laqeyd yanaşmayın

Google yeniliklərindən biri ilk olaraq mobil indeksləşdirməyə keçid etməsi idi. Yəni, saytınızın mobil versiyasını indeksləmə və sıralanma üçün istifadə edir.

Oxşar xəbərlər: Google indekslənmədə yenilik etdi

Bu dəyişiklik saytı kiçik ekran ölçüləri üçün dizayn edərkən məzmun keyfiyyətinin pozulmadığını təmin etməyi zəruri edir. Saytı mobil versiya üçün dizayn edərkən əsas olaraq aşağıdakılara diqqət etmək lazımdır: 

A. Mobil versiyada elementlerarası ölçü

İstifadəçinin barmağı ilə saytda klik edə bilməsi üçün kifayət qədər yerin olması nəzərə alınmalıdır. Google brauzerində klikləmə hədəfi üçün ən azı 48 piksel ölçü standart hesab olunur.  

B. Oxunaqlı yazı ölçülərindən istifadə edin. 

Mətnlərin hər cihazda oxunaqlı olması üçün ölçülər nəzərdən keçirilməlidir. Kiçik ölçülü şriftlərdən istifadə axtarış motorları tərəfindən tətbiq edilən cəzalara səbəb ola bilər. 

C. Medianın ölçüsünü tənzimləyin.

Şəkillər və digər media məzmunu ixrac edərkən veb üçün fayl ölçüsünü optimallaşdırmağa çalışın. İstifadəçinin diqqət dairəsi qısadır və səhifələrin yüklənməsi çox uzun sürərsə, potensial ziyarətçilər saytınızı tərk edəcəklər.

2. Naviqasiyadan istifadə edin

Saytdakı naviqasiya nə qədər düzgün olarsa, indekslənməsi də bir o qədər uğurlu olacaqdır. Bu, həm də istifadəçilər üçün də əlverişlidir. Məzmunu kateqoriyalara ayırmaq üçün əsasən “Əlaqəli", "Digərləri də axtarır", “Öncəkilər bunu da aldı" və sair kimi modullardan istifadə edilir. Bu modullar əksər vaxtlarda elektron ticarətlə əlaqəli saytlarda tətbiq edilir.

Youtube birçox videoda alt hissədə “bunu izləyənlər X serialını da izlədi” tipli yönləndirmə də əlavə edir. Sözügedən modullardan istifadə sayt ziyarətçilərinin saytda daha rahat axtarış etmələrinə səbəb olur. 

Breadcrumb Navigation və məzmun cədvəli kimi digər UI komponentləri dizayn dünyasında pis bir nüfuza sahib ola bilər, lakin mürəkkəb məlumat arxitekturalarını istifadə etmək üçün faydalıdır.

Bu komponentlər axtarış motorlarına  və ziyarətçilərə  veb saytınızda daha asan yol tapmaq imkanını verir. Bir istifadəçi nöqteyi-nəzərindən aydın naviqasiya yol nişanları kimi hərəkət edir.

3. İnsanlara istədiklərini verin.

Dəfələrlə axtarış edilən məzmuna deyil, fərqli məzmuna klik edilir. Suala cavab tapılmayan linkə keçid etmək istifadəçinin ikinci dəfə eyni saytda axtarış etməyəcəyi deməkdir. 

Axtarış motorları aldıqları sorğulara cavab verən keyfiyyətli məzmuna xidmət etmək istəyirlər. Bu, müvafiq məzmunlu səhifələrin dizaynını güclü SEO imkanının ən vacib hissələrindən biri halına gətirir. Çünki saytda çox faydalı və dəyərli bir məlumat yer alsa belə, dizayn o yazını rahat tapıb oxumağa imkan vermirsə, bir fayda da gətirməyəcək. Bütün bunlardan sonra axtarış motorları keyfiyyətli məzmun vermədikdə, nəticədə müştərilərini və gəlirlərini itirirlər.

Ziyarətçilər üçün nəyin dəyərli olacağını başa düşmək bir sorğunun arxasındakı niyyəti dərk etməkdir. İstifadəçinin əslində nəyi axtardığını təxmin etmək üçün açar sözləri analiz etmək lazımdır. 

Açar söz tədqiqatı  insanların axtarış motorlarına yazdıqları terminləri, müəyyən bir müddətdə (adətən aylıq) axtardıqlarınızın sayını və axtarış motorları sıralamasını davam etdirməyin dəyərini və çətinliyini təyin etməyə kömək edən bir neçə digər ölçüləri araşdırır.

İnsanların axtardıqları tam sorğuları araşdırmaq istifadəçinin açar söz və axtarışlarının niyyəti barədə biliklərini daha çox aşkar etməyə imkan verir. 

4. Məzmunu əlçatan edin

Məzmunu əlçatan etmək SEO-ya təsir göstərir. Bu, daha yaxşı istifadəçi təcrübəsi yaradır və axtarış sistemlərinə məzmununuzun nə olduğunu başa düşməyə kömək edir. Məzmunu əlçatımlı etmək üçün aşağıdakı üsullardan istifadə edə bilərsiniz:

A. Təsvir altına “alt mətn” əlavə edin.

Alt mətn görmə qüsuru olan insanlara veb saytınızdakı mətn olmayan məzmunun (şəkil, video və s) nə olduğunu başa düşməyə kömək edir. Bundan əlavə, şəkillərin yüklənə bilmədiyi hallarda (yavaş və ya qeyri-sabit internet əlaqələri kimi) istifadəçilər hələ də görə bilmədikləri məzmunu anlaya bilməsi üçün görüntü yerinə alt mətn görünür.
Alt mətn yalnız insanlar üçün deyil, həçinin axtarış motorları üçün də xarakterikdir. 

B. Aydın məzmun iyerarxiyası yaradın.

İnsanların uzun mətnləri oxumaları çətindir. Buna görə başlıqlar istifadəçilərin uzun məzmun parçalarını tapmaq üçün bir yol təqdim etməkdə mühüm rol oynayır. Başlıqlar vizual olaraq fərqlənməlidir. Aydın və izahlı olmalı, oxuculara (və axtarış sistemlərinə) irəlidə nəyin olduğunu bildirməlidir.