Menu

AZ EN RU
Əsas Xəbərlər Rəqəmsal Xəbərlər Google İndeksləmədə Yenilik

Google İndeksləmədə Yenilik

2019-05-29

Google Mobil Axtarışlar

Google 2016-cı ildən etibarən həm mobil, həm də masaüstü versiyaları olan saytların indeksləməsində öncəliyi mobil versiyaya verməyi test etməyə başlamışdır. Bu özəlliyin həyata keçirilmə səbəbi statistikadan göründüyü kimi, mobil cihaz istifadəsinin gedərək artması və buna bağlı olaraq internet istifadəçilərinin daha çox mobil cihazlar vasitəsilə axtarış etməsi olub.

Bu kimi səbəblərdən mobil seo kimi yeni anlayışlar meydana gəlmiş və seo optimizasiya texniki olaraq daha da təkmilləşməyə başlamışdır. Veb saytınızın mobil seo standartlarına sahib olub olmadığını test etmək üçün buraya daxil olaraq saytın linkini yerləşdirməniz kifayətdir. 

Test nəticəsində mobil istifadə zamanı seo optimizasiya üçün problem yaradan detallar tapılaraq göstərilir və bunları düzəltdiyiniz təqdirdə istifadəçilərə daha yaxşı bir mobil təcrübə yaşatmış olursunuz. 

Google İndeksləmədə Yenilik 

Sözügedən özəllik 1 iyul 2019 tarixindən etibarən Google Axtarışda yeni olan veb saytlar üçün avtomatik olaraq aktiv olacaqdır. 

John Mueller öz açıqlamasında bildirib ki, istifadəçilər Google Search Console daxilindəki URL Inspection Tool (URL Nəzarət Aləti) bölməsinə keçid edərək saytın mobil indekslənməsinə nəzarət edə bilərlər. Saytınızdakı URL-yə baxaraq ən son olaraq necə axtarış olunduğuna və indekslənməsinə dair tez bir şəkildə məlumat əldə edə bilərsiniz.

Həmçinin qeyd olunub ki, köhnə saytların da ilk olaraq mobil versiyalarının indekslənməsi baş verərkən bu, Google Search Console vasitəsilə bildiriləcək. Bu zamana qədər isə həmin saytların izlənilməsi və qiymətləndirilməsinə davam ediləcək. Yeni saytlarda bu özəllik avtomatik olaraq tətbiq olunacağı üçün hər hansı bir bildiriş göndərilməyəcək.

İndekslənmə sırasında öncəliyin mobil versiyaya verilməsi prosesində saytın müxtəlifliyinə görə bir sıra dəyişikliklər baş verə bilər. 

Əgər,
1) Sayt yalnız masaüstü versiyadadır və mobil versiyası yoxdursa;

2) Sayt müxtəlif ekran ölçülərində də nizamlı görüntüdədirsə;

3) Sayt sürətləndirilmiş mobil səhifə, yəni AMP-dirsə, o zaman mobil versiya masaüstü versiya ilə eynilik təşkil edir. Dolayısilə hansısa dəyişiklik olmayacaq. 

Lakin, 
1) Saytın həm masaüstü, həm də mobil versiyası üçün fərqli URL-si varsa, Google indeksləmək üçün mobil URL-ni  üstün tutacaq. 

2) Sayt istifadəçinin mobil cihazına nəzərən fərqli məzmun təqdim edə bilər. Bu halda Google mobil versiya üçün optimizasiya edilmiş məzmunu indeksləyir. 

3) AMP (AMP NƏDİR - Ətraflı oxumaq üçün) olan və olmayan saytlar. Saytda səhifənin AMP-li və AMP-siz versiyası varsa, istifadəçilər iki fərqli URL ilə qarşılaşa bilərlər.