AMP Nədir - Niyə vacibdir
AMP - Accelerated Mobile Pages, yəni Sürətləndirilmiş Mobil Səhifələr deməkdir. Mobil telefon vasitəsi ilə Google axtarış nəticələrinə baxdığınız zaman bəzi veb saytların adının yanında şimşək işarəsinin olması həmin səhifə üçün AMP-nin qurulduğunun göstəricisidir. AMP Google tərəfindən tənzimlənən şərtlərə bağlı olaraq mobil səhifələrin daha sürətli və tez açılmasına imkan verən kod sistemidir. Bu günlərdə Google tərəfindən açıqlanan daha bir yenilik (daha ətraflı oxumaq üçün) isə mobil səhifələrin daha da önəminin artmasına səbəb oldu.
Ancaq qeyd etməliyik ki, AMP yalnızca mobil cihazlar üçün deyil, noutbuk və digər cihazlar üçün də nəzərdə tutulmuşdur.
Ən vacib özəlliklərindən biri isə “open source code” (açıq kod) olmasıdır. Yəni bu işlə məşğul olan istənilən bir şəxs Google tərəfindən tənzimlənən şərtlərə əməl edərək öz veb səhifəsi üçün AMP tətbiqini qura bilər. Chrome, Firefox, Edge, Safari, Opera və UC Browser kimi brauzerlərin son 2 versiyası tərəfindən dəstəklənir.
Əgər HTML ilə bağlı kifayət qədər məlumatınız varsa, asan bir şəkildə AMP yarada bilərsiniz. Yaratdıqdan sonra əgər saytınızı Google Search Console-a daxil etmisinizsə, saytda mövcud olan səhvləri buradan da görmək mümkündür.
Xüsusi ilə texnologiya dövründə - hər şeyi ən qısa zamanda həll etməyə can atan istifadəçilərlə birgə yaşadığımız bu dövrdə veb səhifələrin 2-3 saniyə gec açılması belə istifadəçilərin 1/3-də gərginlik yaradır və onlar səhifəyə baş çəkməkdən imtina edərək geri qayıdır. Bu isə öz növbəsində veb sayta daxil olanların və ya bloq yazılarınızı oxuyanların sayının azalmasına gətirib çıxarır.
SEO və AMP
Google indekslənmə zamanı seo optimizasiya şərti kimi AMP-ni xüsusi olaraq dəyərləndirir. Yəni AMP mövcud olan bir bloq əgər texniki şərtlər tam yerinə yetirilibsə, AMP olmayan bir bloqa nəzərən daha üst sırada yer alır. Digər tərəfdən AMP səhifənin yüklənmə sürətini ən aza endirdiyi üçün istifadəçilər gözləmədən, başqa bir səhifəyə yönləndirilmədən axtardıqları məlumatı sizdə tapa bilir.
Əksi olduqda, yəni AMP qurulmadıqda, əgər saytınızda yüklənmə sürətini artıran amillər mövcuddursa, (məsələn, iri həcmli CSS faylları yaxud irihəcmli şəkillər) bu hal istifadəçilər tərəfindən xoş qarşılanmayacaq və saytınıza daxil olmuş olsalar belə, oxumadan geri qayıdacaqlar.
Bu da öz növbəsində “bounce rate” faizinə təsir edəcək və bu da axtarış nəticəsi səhifəsindəki yerinizin aşağılara doğru düşməsinə gətirib çıxaracaq. Bu da AMP-nin SEO fəaliyyətlərində də özünəməxsus yeri olduğunu göstərir.
AMP Quraşdırılması
İlk olaraq HTML kodunuzun başlanğıcına:
1) < ! doctype html > kodunu əlavə edin
2) < html > teqinizi < html amp > olaraq düzəldin və ya sıfırdan yaradırsınızsa, < html amp > şəklində istifadə edin. < /html > etiketində bir dəyişiklik etməyin.
3) Səhifənizi hazırlayarkən mütləq < head > və < body >
teqlərini istifadə edin.
4) AMP istifadə etməyən əsl səhifənizin < head > < /head > teqləri arasına < link rel="canonical" href="http:// example. com/index . html" / > kodunu əlavə edin. URL hissəsinə öz saytınızı yazmağı unutmayın (məsələn; www.marcom.az)
5) Eyni şəkildə < head > < /head > teqləri arasına < meta charset=”utf-8″ > kodunu əlavə edin. Azərbaycan dilli saytlar üçün istifadə olunan encoding kod utf-8 olduğu üçün, burada encodinq kod uft-8 olaraq seçim etməlisiniz. Əgər saytınız başqa dildə olacaqsa, o dili dəstəkləyən formada encoding kod seçməniz məsləhət görülür.
6) Saytınızda < head > < /head > kodları arasına < meta name=”viewport” content=”width=device-width, minimum-scale=1″ > kodunu əlavə edirsiniz. Bu kod saytınızın mobil versiyaya daha uyğun olması üçündür.
7) Daha sonra alt hissəyə yaxın olan footer teqindən öncə < script async src=” https://cdn. ampproject. org/ v0. js“> < /script > kodunu əlavə edirsiniz. Əgər bu Javascript faylını özünüzdə saxlamaq istəsəniz v0. js faylını yüklədikdən sonra FTP üzərindən saytınıza yükləyin və URL hissəsini yüklədiyiniz faylın adresinə görə tənzimləyin.
8) Son olaraq isə < head> < /head > teqləri arasına bu kodu əlavə edirsiniz:
< style amp-boilerplate >body {-webkit-animation:-amp-start 8s steps(1,end) 0s 1 normal both;-moz-animation:-amp-start 8s steps(1,end) 0s 1 normal both;-ms-animation:-amp-start 8s steps(1,end) 0s 1 normal both; animation:-amp-start 8s steps(1,end) 0s 1 normal both} @-webkit-keyframes -amp-start{from{visibility:hidden} to {visibility:visible}}@-moz-keyframes -amp-start{from{visibility:hidden} to {visibility:visible}}@-ms-keyframes -amp-start{from{visibility:hidden}to{visibility:visible}}@-o-keyframes -amp-start{from{visibility:hidden}to{visibility:visible}}@keyframes -amp-start{from{visibility:hidden}to{visibility:visible}} < /style >
< noscript >
< style amp-boilerplate > body{-webkit-animation:none;-moz-animation:none;-ms-animation:none;animation:none} < / style > < /noscript >
AMP Kodlarını Yoxlamaq
AMP kodları yaratdıqdan sonra test etmək üçün buraya daxil olaraq saytın linkini yerləşdirin və nəticələri gözdən keçirin.
Son olaraq qeyd edək ki, əgər seo optimizasiya üçün lazım olan digər şərtlər yerinə yetirilməyibsə, sadəcə amp quraşdıraraq ön sıraları hədəfləmək qeyri-real istəkdir.
Qeyd: kodların yazıda paylaşıla bilməsi üçün müəyyən hissələrdə kodlar arasında boşluqdan istifadə edilmişdir. Düzgün istifadə üçün bu mövzuda olan maarifləndirici videolardan da yardım almağınız məsləhət görülür.