SEO işlərində sıxlıqla eşitdiyiniz backlink anlayışı sayt xarici SEO fəaliyyətlərinin əsas komponentlərindən biridir.
Bu çalışmalar ödənişli və vaxt tələb edən bir iş olmaqla yanaşı, eyni zamanda səbr də tələb edir. Bir çoxları tərəfindən edilən ən önəmli yanlış, sayt daxili SEO çalışmalarını etməzdən öncə və ya əskik edilmiş bir çalışma ilə backlink axtarışına çıxmaqdır. Bu çox riskli və yanlış bir çalışma strategiyasıdır.
Məsələn:
Özünüzü professional idmançı kimi təsəvvür edin. Bu halda rinqə çıxmazdan öncə nə etməli olduğunuzu bilirsiniz?
Plan daxilində sizə uyğun olan proqramda məşq edərək döyüşə ən yaxşı şəkildə hazırlaşacaqsınız. Deməli, ancaq sayt üçün optimizasiya işlərini tam hazır vəziyyətə gətirdikdən sonra backlink axtarışına çıxmalısınız.
Backlink Nədir?
Hərfi tərcümədə “geri bağlantı” mənasına gəlir. Bir saytın digər bir sayta vermiş olduğu linkdir.
Təsəvvür edək ki “bca.az” adında bir veb saytınız var və “abcd.com” adında başqa bir veb sayt sizin saytınızdakı hər hansı bir yazı və yaxud digər bir məzmunu, mənbənin sizin sayt olduğunu göstərərək, öz oxucularına təqdim edir. Yəni sizi, öz istifadəçilərinə doğru şəkildə tövsiyyə edir. Verilən link sizin üçün backlink, link verən sayt üçün isə “external link” adlanır.
Backlink, axtarış sistemləri robotlarına sizin məzmununuzun güvənilən və oxunmağa dəyər olduğu siqnalını verir. Bir çox sayt eyni veb səhifəsinə və ya veb sayta bağlanırsa, axtarış sistemləri bunu axtarış nəticələrində üst sıralarda göstərməyə dəyər bir məzmun olaraq qəbul edir. Təbii ki, bu, saxta backlinklər alaraq saytınızın ranking dəyərini artıra bilərsiniz demək deyil.
Bağlantılar ilk dövrlərdə seo optimizasiya və alqoritmlər üçün o qədər təsirli bir faktor idi ki, sadə məntiq olaraq keyfiyyətli olmazsa, link almazdı deyə düşünülürdü. Yəni bir növ, siz dostlarınıza pis bir restoranı məsləhət görməyəcəyiniz kimi, sayt sahibləri də sizi keyfiyyətsiz məzmuna yönəltməzdi. Ancaq sonralar bunun belə olmadığı görüldü.
Backlinklərin saytın dəyəri üzərində təsirli olduğunun öyrənildiyi ilk dövrlərdə bunun biznes aləti olaraq istifadəsi çox yayğın idi. Belə ki, saytlar pul qarşılığında saxta backlinklər alırdı. Google bu qaydanı ilk dəfə tənzimləyərkən backlink saxta olmamalı, keyfiyyətli olmalıdır deyə ayırmadığı üçün bir müddət bu proses davam etdi. Daha sonra Google Penguin Alqoritmi vasitəsi ilə bu bağlantıları taparaq qarşısını aldı və bundan istifadə edən saytları axtarış nəticələrindən silərək seo fəaliyyətlərini qaydalara uyğun yerinə yetirənləri mükafatlandırdı.
Yeni - İtirilən Bağlantılar (New – Lost Backlinks)
Ümumən backlink keyfiyyəti, hansı saytdan aldığınız və hansı sayta backlink verməyiniz hər zaman önəmlidir. İtirilmiş backlink dedikdə məsələn, deyək ki sizin saytınızdaki texnologiya ilə bağlı bir yazıya backlink verilib. Bir müddət sonra siz o yazını sildikdə, sizə verilən backlink itirilmiş backlink sayılır, çünki, istifadəçilər o linkə daxil olaraq saytınızdakı yazını oxuya bilmir.
Aldığınız yeni backlinklərin keyfiyyəti itirdiyiniz backlinklərə görə aşağıdırsa, saytınızda dalğalanmalar yaşanacaq. Link aldığınız saytın yeni və itirilmiş backlinklərinə baxaraq irəliləyən günlərdə necə bir nəticə ilə qarşılaşa biləcəyini, saytınıza nə dərəcədə zərər verə biləcəyini analiz edə bilərsiniz. İtirilmiş backlinklər yerinə gələn backlink, mütləq köhnədən daha keyfiyyətli olmalıdır.
Əsas məsələ isə, keyfiyyətsiz məzmuna sahib saytdan çox backlink almaqdansa, yüksək keyfiyyətli bir saytdan az backlink almaq daha yaxşıdır.
Backlinkləri Ləğv Etmək
Link checker alətləri vasitəsi ilə ilk öncə sayt daxili bağlantılarınızı gözdən keçirin. Eyni başlığa 2 fərqli url vasitəsi ilə daxil olunursa, yönləndirmə edin və ya canonical etiketindən istifadə edin. Daha sonra geri bağlantılara keçin.
Google search console da bağlantı ləğv etmək alətindən istifadə edərək istənməyən backlinkləri ləğv etmək mümkündür. Bu prosesə başlamaq üçün əvvəlcə bunun sizə lazım olub olmadığından əmin olun. Yəni saytınızda spam backlinklərin verildiyini düşünürsünüzsə və yaxud verilən backlinkin keyfiyyəti sizi narahat edir və axtarış nəticələrindəki yerinizə təsir edirsə, bunu etmək barədə düşünməlisiniz. Daha sonra isə aşağıdakı addımları izləyərək istəyinizi həyata keçirə bilərsiniz:
* Ləğv edəcəyiniz backlinklərin siyahısını hazırlayın. Bunu .txt formatlı fayla yazmağınız mütləqdir.
* Bir domaini ləğv etmək üçün “domain:example.com” şəklində yazın
* Əgər unutmamaq üçün xüsusi qeyd və yaxud öz şərhinizi əlavə etmək istəsəniz, yazmağa # ilə başlayaraq bunu edə bilərsiniz. # ilə başlayan sətirləri Google görməzdən gəlir.
# Two pages to disavow
http://spam.example.com/numune/numuneler.html
http://spam.example.com/sekiller/seo-optimizasiya.html
# One domain to disavow
domain: example.com
* Bu səhifəyə gedin (bundan istifadə etmək üçün search console hesabınız və həmin hesaba bağlı olan bir veb sayt olmalıdır)
* Aşağıdakı göstərildiyi kimi saytınızı seçin
* Disavow links (bağlantıları reddet) düyməsinə klik edin
* İçinə linkləri yazdığınız faylı choose file bölməsinə klik edərək yükləyin
* Google tərəfindən yüklədiyiniz məlumatların indkeslənməsi bir neçə həftə çəkə bilər.
Ləğv edilən backlinklər, backlinks hissəsində görünməyə davam edir.
Backlink alımında diqqət etməli olduğunuz məqamlar:
* Link almayan yararsız saytlardan
* Yeni açılmış saytlardan (Google yeni yaradılan saytların həqiqi olub olmadığını anlayana qədərki müddətdə axtarış nəticələrində üst sıralara çıxmasının qarşısını alır, kütləvi backlink alsa belə)
* Güncəl olmayan saytlardan
* Tək səhifəli saytlardan
* Real istifadəçiləri olmayan saytlardan
* İlleqal saytların linklərini yayımlayan saytlardan
* Müvəqqəti link satın alan saytlardan
* Keyfiyyətsiz, spam və plaqiat saytlardan
Backlink almağınız məsləhət görülmür.