Mükəmməl dizayn olunmuş bir veb saytı gec yüklənmə ilə asanlıqla məhv etmək olar.
Google rəsmiləri bildirirlər ki, istifadəçilərin 113% yüklənmə sürəti 7 saniyədən çox olan saytları tərk edirlər.
Veb saytınızın brauzerlərin üst sıralarda yer alması üçün yalnız düzgün qurulmuş SEO strategiyası kifayət etmir. Həmçinin səhifənin yüklənmə sürəti də buna təsir edən amillərdəndir. 2018-ci ildən bəri səhifənin yüklənmə sürəti Google Axtarış və Reklam nəticələrinin sıralanmasına təsir edir. Səhifənin sürəti istifadəçi tərcübəsi baxımından çox önəmlidir.
Veb səhifənin yüklənmə sürətini öyrənmək üçün Google tərəfindən təqdim edilən PageSpeeds alətindən istifadə edilə bilər.
Hesabat təmizdir və sadə görünür. Lakin bu sahədə yetəri qədər biliyə sahib deyilsinizsə, o zaman hesabatda bəzi bölmələri anlamaya bilərsiniz.
Uzun şərhlər siyahısı olan bir hesabatın nümunəsini təqdim edirik:
İstifadəçi təcrübənizin artırılması, səhifənin yüklənmə zamanını təyin etmək və 100%-lik axtarış sürətinə nail olmaq üçün 6 müxtəlif üsuldan danışacağıq.
1. Gecikmənin harada olduğunu müəyyən edin.
Veb saytınızın yüklənmə sürətini düzəltmək üçün öncəliklə hazırkı vəziyyəti bilməyiniz lazımdır. Bunun üçün də bir neçə alət var. Bu alətlər nəticələrinizi yaxşılaşdırmaq üçün etməli olduqlarınızı daha da dəqiqləşdirməyinizə kömək edəcəkdir. İstifadə edə biləcəyiniz alətlərə misal olaraq aşağıdakıları qeyd etmək olar:
Ən sürətli sahifə yüklənməsi nəticəsinə nail olmaq istəyirsinizsə, o zaman PageSpeed Insights aləti ən uğurlu seçim olacaq.
Digər alətlər də faydalıdır. Misal olaraq qeyd edə bilərik ki, KeyCDN aləti ilə siz saytınızın fərqli ölkələrdə hansı sürətlə işləməsinə dair məlumat əldə edə bilərsiniz. Örneğin, KeyCDN, səhifənizin fərqli ölkələrdə nə qədər yükləndiyini görməyə imkan verir.
Qeyd edək ki, sözügedən alətlər ödənişsiz olaraq təqdim olunub.
2. Şəkillərin həcmini kiçildin.
Yüksək həcmə malik şəkillər səhifələrin gec yüklənməsinin ən əsas səbəblərindən sayılır. Əlverişli həcm dəyərinin nə qədər olması ilə bağlı müxtəlif versiyalar var. Bəzi hostinqlərdə həcmin 200kb-dan aşağı olması kifayətdi deyilsə də, Shopify üçün bu rəqəm 70kb olaraq qeyd edilib. Google rəsmiləri isə, şəklin keyfiyyətini itirmədən maksimum kiçildilməsini məsləhət görürlər.
Rəsmlərin keyfiyyətini azaltmadan həcmini kiçiltmək üçün Squoosh.app və ya Compressor.io kimi ödənişsiz olan online proqramlardan istifadə edə bilərsiniz. Həmçinin Photoshop-dan da istifadə edərək bu prosesi icra edə bilərsiniz.
3. Kodlarınızı - HTML, CSS, JavaScript kodlarını qısaldın.
HTML, CSS və JavaScriptdə bəzən çoxlu saytda yararsız kodlar olur. Şəkillər kimi bu kodlar da səhifənin yüklənmə sürətinə mənfi təsir edə bilər. Bunun qarşısını almaq üçün Google mütəxəssisləri kodu minimallaşdırmağı məsləhət görürlər. Sayt yaradılarkən və ya yenilənmə zamanı kodlarda aparılan qeydlər, boşluqlar və bu kimi xırda nüansları aradan qaldırmaq kodu minimallaşdırmaq sayılır.
4. Mobil sürətinizi artırın.
2018-ci ildə Google axtarışlarının 60%-i mobil cihazlar vasitəsilə edilmişdir. Mobil versiya üçün optimizasiya edilmiş saytların axtarış sıralarında yüksək nəticələrdə görünməsi ilə yanaşı, əgər mobil saytınız həm də sürətli yüklənərsə, o zaman Google saytınızı yüksək dəyərləndirəcək və ön sıralarda görünməsi üçün daha bir addım yerinə yetirilmiş olacaq.
PageSpeed Insights aləti ilə siz həmçinin saytınızın mobil versiyası ilə bağlı yüklənmə sürətinin nəticələrinə də baxa bilərsiniz. Saytın URL-ni daxil edib hesabatı gördükdən sonra hər bir versiyaya uyğun ayrı-ayrı nəticələri görmək üçün Mobile və ya Desktop seçimini edə bilərsiniz.
Əgər mobil versiyada sürət zəifdirsə, o zaman kiçik ekranda istifadəçinin daha çox hansı bölmələrə baxacağını təyin edərək ehtiyac duyulmayan bölmələri kiçildin və ya ümumən gizlədin. Mobil versiyaya niyə diqqət ayırmalı olduğunuzu aşağıdakı xəbərimizdə ətraflı olaraq oxuya bilərsiniz.
Oxşar Xəbər: Mobil İndeksləmədə Yenilik
AMP (bu barədə daha ətraflı - AMP - necə qurulur, SEO üçün əhəmiyyəti nədir?) kimi xidmətlər sürətli şəkildə yüklənən və fərqli brauzer ölçülərinə yerləşəcək şəkildə avtomatik olaraq tənzimlənən sadələşdirilmiş veb səhifələri yaratmağınız üçün faydalı ola bilər.
5. Serverin sürətini yaxşılaşdırın.
Google mütəxəssisləri server sürətinin 200 ms-dən (millisaniyə) az olmasını məsləhət görürlər. Serverin zəif sürətdə olmasının bir sıra səbəbləri var, bunlardan da biri məhz hostinqlə əlaqəlidir. Bununla bağlı problem yaşandığı zaman hostinqin əldə olunduğu şirkətlə əlaqə saxlamağınız məsləhət edilir.
6. Məzmun çatdırıcı şəbəkələrdən istifadə edin.
Bir məzmun çatdırılması şəbəkəsi (CDN) veb saytınızın brauzerinin keş yaddaşını saxlaya bilən və dünyanın hər yerində istifadəçilərə yükləyə bilən bir qlobal serverlər qrupudur. Uzaq bir coğrafi yerdən olan birinin veb səhifənizə baxdığı zaman səhifələr öz serverinizin yerinə ziyarətçiyə yaxın CDN serverlərdən yüklənir.