Menu

AZ EN RU
Əsas Xəbərlər Bloq Yazıları Google Sıralamasına Təsir Edən 5 Faktor

Google sıralamasına təsir edən 5 faktor

2019-08-22

Google SEO optimizasiya zamanı 200 faktor dəyərləndirdiyini bilirik. Bu faktorların hər biri müəyyən dərəcədə SEO üçün vacibdir. Ancaq bu, 200 faktorun hamısını bilməliyik demək deyil. Xüsusi olan bir neçə faktor var ki, bu yazının ilk hissəsində (yazının davamı da olacaq) bunu qeyd edəcəyik.

Bəzi Google sıralama faktorları

1.Məzmun Keyfiyyəti

Keyfiyyətli məzmun ən yüksək təsirə sahib sıralama faktorlarından biri kimi qeyd olunur. Yaxşı optimizasiya edilmiş bir saytınız var, ancaq içərisindəki məzmun keyfiyyət baxımından yetərsizdirsə, sıralamanızdan yüksək bir effekt gözləmək doğru olmayacaq.

Bəs keyfiyyətli məzmun necə olmalıdır?

Faydalı: Məzmun və Məzmun Marketinqi

Google keyfiyyətli məzmun deyildikdə “istifadəçinin axtarışını tam olaraq cavablayan” bir məzmun nəzərdə tutur. Yəni istifadəçi “ürək əməliyyatı prosesi necə baş tutur?” axtarışı edirsə, qarşısına “ürək əməliyyatı bizim klinikada 15% endirimlə” başlıqlı bir məzmun çıxması zəif ehtimaldır. Bunun yerinə əməliyyat prosedurunu tam olaraq izah edən və axtaranın suallarına cavab verən bir məzmun axtarışda ilk sıralara sahib ola biləcək. Həmçinin məzmunun başlıqlara sahib olmasına da diqqət edin.

Aşağıdakı kimi uzun və mövzuların bildirilmədiyi bir yazı yerinə, başlıqları xüsusi qeyd edilmiş bir yazı stili seçməyə çalışın. Bu həm istifadəçilərin axtardığı cavabı daha tez tapması həm də Google tərəfindən yazının hansı mövzuda olduğunun anlaşılması baxımından vacibdir.

2. Fərqli Content

Adətən seo optimizasiya zamanı ilk səhifələr və niyə onların üst sıralarda görüntüləndiyi analiz edilir. İlk sıradakı məzmunu sizin məzmundan ayıran fərq nədir? Bu suala cavab tapmaq üçün məzmunlar analiz edilməli, daha fərqli və keyfiyyətli content ortaya çıxarılmalıdır. Unutmayın, ilk sıraları tutmaq üçün, oradakı veb saytlardan daha yaxşı və daha keyfiyyətli işlər də ortaya çıxarmalısınız. Təbii ki, bu zaman digər seo faktorları da nəzərə alınmalıdır. 

3 Tam indekslənəbilən səhifələr

Veb saytınızın hər hansısa bir səhifəsini robots.txt faylında bloklamısınızsa, bu həmin səhifənin görüntülənməsinə, axtarış nəticələrindəki yerinə mənfi təsir göstərir. Robots.txt faylınızı (Ətraflı oxumaq üçün: Robots.txt faylı nədir ) diqqətlə gözdən keçirin və yaxud Search Console-da URL İnspection bölməsindən url adresinizin indekslənib indekslənmədiyini öyrənə bilərsiniz.

4.Mobil Optimizasiya edilmiş səhifələr

Artıq Google tərəfindən mobil səhifələrə verilən önəm artdığı üçün, saytınız yalnızca veb versiyada optimizasiya edilib mobil cihazları vasitəsi ilə daxil olan istifadəçilərə negatif təsir bağışlayırsa, bu, sıralamadakı yerinizə təsir edəcək.

Faydalı: Google Mobil İndeksləmədə Yenilik

Bunun üçün Google Mobil Friendly Test alətini istifadəyə verib. Buraya daxil olaraq, saytınızın linkini yerləşdirirsiniz. Əgər nəticə yaxşıdırsa, yəni saytınızın mobil optimizasiyaya cavab verirsə, aşağıdakı kimi bir ekranla qarşılaşacaqsınız. Mövcud olan problemlərlə bağlı isə “page loading issues” hissəsinə daxil olaraq məlumat əldə edə bilərsiniz.

5. Backlink sayı

Backlink digər saytların sizə verdiyi “səs” kimi bir faktordur. Axtarış sistemləri bunları görür və buna uyğun olaraq sizin ilk 10 yerdə olub olmayacağınıza qərar verir. Əgər həqiqətən keyfiyyətli məzmuna yaxud istifadəçilərə kömək edəcək video və s şeylərə sahibsinizsə, keyfiyyətli contentə sahib olan digər saytlardan backlink almağa çalışın.

Faydalı: Backlink Nədir?

Həmçinin istifadəçilər üçün dəyər yaratmaq baxımından əgər yazıdğınız mövzuda sizdən daha yaxşı bilənlər varsa, yazınızda onlara da link verərək, qarşılıqlı olaraq backlink alışverişi edə bilərsiniz.