Google və digər axtarış sistemlərində saytınızdakı səhifələrin müsbət və mənfi tərəflərini daha yaxşı analiz etmək üçün sadə bir SEO auditi etmək olduqca effektivdir.
Əvvəla saytın məqsədini təyin etmək lazımdır. Bunun üçün isə aşağıda qeyd olunan sualların cavabın təyin edilməlidir.
· İnternetdə axtarış zamanı nəyin tapılmasını istəyirsiniz?
· Saytınızın hansı səhifəsi hədəfləriniz üçün ən uyğundur?
· Veb saytınız hansı platforma üzərində qurulub?
Bu sualların cavabları varsa, o zaman SEO audit etməyə hazırsınız.
Bir SEO auditini 3 hissəyə bölmək lazımdır:
1. Səhifədə, yəni saytınızda
2. Texniki – səhifədəki kodlar və digər elementlər
3. Off page
Səhifədəki sıralama amillərini təhlil edin
SEO optimizasiya bir veb sayt üçün ən mühüm faktorlardandır. SEO nəticələrinə təsir edən amillərin təhlil olunması səhifəni düzgün idarə edilməsinə gətirib çıxarır. Qiymətləndirilməsi mühüm olan elementlər aşağıda qeyd olunanlardır:
Əsas səhifədəki URL – domen ünvanından sonrakı mətn (içərisində açar söz olmağı müsbət haldır)
Meta Title – Axtarış nəticələrində görünən mavi linkli səhifə başlığı (tərkibində birdən çox açar söz olmamalı, 55 və ya az sayda simvol olmalıdır. Həmçinin səhifənin məzmununa uyğun olmalıdır)
Meta description - axtarış nəticələrində meta başlığın altında göstərilən mətn (səhifənin məzmunu 50-160 simvol aralığında qeyd edilməlidir)
Başlıq 1 (H1) etiketi - səhifənin yuxarısında göstərilən başlıq (səhifənin məzmununu izah etməli, 20-70 simvol olmalı və səhifədə görünməlidir)
Başlıq 2, 3 (H2, H3) etiketləri - səhifədəki məzmunun alt yazıları (qeyd edilən açar sözlərin sinonimləri olmalıdır)
Şəkillər - səhifədəki vizualların adı və ölçüsü (onların adı açar sözlə əlaqələndirilməlidir. Ölçüsü 100 kilobayt və ya daha az olmalı və alt mətn daxil edilməlidir - image alt text)
İnternal linklər - saytdakı digər səhifələrə işarə edən mətndəki keçid URL-lər. (ətraflı oxumaq üçün - İnternal və External Link Nədir?)
Texniki SEO sıralama amillərini qiymətləndirin
İndeksləmə - saytınızın səhifələrini axtarış sistemləri tərəfindən tanınması;
Sayt xəritələri – saytın axtarış motorları tərəfindən nəzərdən keçirilən quruluşu;
Təhlükəsizlik - sayt ziyarətçiləri və müştəri alışlarını qorumaq üçün HTTPS və SSL ilə əlaqəli kodlaşdırma; Bu həmçinin Google tərəfindən də nəzərə alınan bir faktordur
Əlçatanlıq - səhifələrin asan tapılma qabiliyyəti;
Sürət - saytın serverləri ziyarətçilərin sorğularına nə qədər tez cavab verməsi. Heç bir istifadəçi 5 saniyədən artıq yükləmə müddəti olan veb sayta daxil olmaq istəmir. Rəqəmsal dünyada istifadəçilərin zamanı çox daha dəyərlidir.
İndeksləmə
Audit sualı: Aşkar edilmiş URL-lərin sayı indekslənmiş URL-lərin sayına uyğundurmu?
Əgər deyilsə, problemi necə araşdıracağınızı fikirləşin və düzəltməyə davam edin. URL nömrələriniz uyğun gəlirsə, veb sayt quruluşu bölməsinə keçin.
Sayt xəritəsi - Sitemap
Google Axtarış Konsolunda qalaraq hədəf səhifələrinizin Google tərəfindən tapılıb-tapılmadığını görmək üçün səhifə səviyyəsindəki məlumatlara baxın
Yoxdursa, hədəf səhifəni sayt xəritəsinə əlavə edin və Google-dan yeni bir indeks tələb edin. Bunu iki üsul ilə edə bilərsiniz:
1. URL İnspection istifadə edərək
2. Saytınızın xəritəsini təqdim edərək.
Saytın xəritəsini yaxud hədəf səhifənin linkini təqdim etdikdən sonra, əgər səhifə yaxud sayt xəritəsi Googleda görünürsə, aşağıdakı kimi bir yazı ilə qarşılaşacaqsınız.
Qeyd: Google bir çox yeni və ya əvvəllər qeyd olunmamış URL-ləriniz varsa, sayt xəritəsini təqdim etməyi məsləhət görür.
Veb sayt quruluşu
İndi bir veb saytın qurulduğu çərçivəni qiymətləndirin, çünki bu URL quruluşuna birbaşa təsir göstərir. Bir veb saytın ideal quruluşu aşağıda göstərilən quruluşda olmalıdır:
Təhlükəsizlik
Ziyarətçilərin gizliliyi axtarış motorları üçün vacibdir. Bir HTTPS saytı SSL (Secure Socket Layer) sertifikatına sahib olduğunu göstərir, yəni ziyarətçinin məlumatları brauzer və sayt serveri arasında etibarlıdır.
Audit sualı: Saytınızın SSL sertifikatı və müvafiq HTTPS ünvanı varmı?
Tanınmış etibarlı saytınız yoxdursa, bir SSL əldə etməyinizi öyrənmək üçün bu Google mənbəyinə baxın və avtomatik olaraq veb serveriniz üçün konfiqurasiya olunsun. Qeyd edək ki, bu, asan prosesdir.
Əlçatanlıq
Axtarış motorları da sayt ziyarətçilərinin səhifələri tapa bilmələrini istəyirlər. Əgər 404 səhv (səhifə tapılmır) ilə daxilolma xəbərdarlığı olan hər hansı bir URL varsa müvafiq bölməyə keçəndə dərhal görünəcəkdir.
404 səhvini alan URL təsadüfən silinmişsə bərpa edin. Əgər 404 məqsədyönlü şəkildə silinibsə, ən yaxın məzmunu olan bir səhifəyə 301 yönləndirmədən istifadə edin.
Sürət
Səhifə sürəti səhifələrinizin saytınıza yükləməyə aparan vaxtına aiddir. Veb saytınızın daha gec yüklənməsi həm axtarış sıralanmasına, həm də istifadəçilərin saytınızda qalma müddətinin azalmasına səbəb olacaqdır
Audit sualı: Saytınız nə qədər sürətlə yüklənir?
Bunu təyin etmək üçün PageSpeed Insight kimi vasitələrdən istifadə edə bilərsiniz. Saytınızın balı 85 və ya daha yüksəkdirsə (0 ilə 100 arasında), yükləmə sürəti kifayətdir.
Backlink
Backlinkin önəmi ilə bağlı “BACKLİNK - SEO ÜÇÜN NİYƏ VACİBDİR?” adlı yazımızda bəhs etmişdik.
Audit sualı: Hansı backlinklər saytınıza daha çox trafik gətirir?
Nəhayət, saytınıza trafikin hansı linklərdən gəldiyinə baxın. Google Analyticsinizdə "Acquisiton - All Trafics - Referrals" bölməsinə keçid edərək bu statistik məlumatı əldə edə bilərsiniz.
Sizə daha çox trafik gətirən linklərlə qurduğunuz əlaqəni maksimal şəkildə gücləndirin. Son olaraq isə SEO hədəflərinə çatmaq üçün qeyd edilən auditi hər 3 aydan bir etmək tövsiyyə olunur.