Menu

AZ EN RU
Əsas Xəbərlər Bloq Yazıları Permalink Və Seo

Permalink və SEO

2019-10-28

SEO optimizasiya dedikdə ağıla ilk gələn nə olur? Ən önəmli faktorlardan biri olan permalink ağıla gəlmir, ya da bir neçə amildən sonra adı çəkilir.  Halbuki permalink Google sıralamasına təsir edən faktorlardan biridir.

Bəs SEO optimizasiya üçün mühüm sayılan permalink nədir, necə yaradılır?

Permalink nədir?
Bu blogun linkinə nəzər yetirin:

https://marcom.az/bloq-yazilari/permalink-ve-seo    

Üstdə qeyd edilən permalink sayılır. Deməli, permalink bir veb saytın və ya səhifənin URL-sidir, həmçinin SEO optimizasiya üçün önəmli amillərdən biridir.
URL-də domendən sonrakı hissə (slug) SEO və permalink üçün mühüm əhəmiyyət kəsb edir. Çünki saytın uğurlu indekslənməsi birbaşa slug-la əlaqəlidir. Çoxlu sayda rondom üsulu ilə hərf və ya rəqəmlərdən təşkil olunmuş URL  sayt istifadəçilərinin marağına səbəb olmur, həmçinin  belə URL-lər brauzerlər üçün optimizasiya edilməyib. Məsələn, bu bloqun URL strukturu
https://marcom.az/bloq-yazilari/permalink-ve-seo əvəzinə https://marcom.az/bloq-yazilari/yazi-4?=idblogpost  olarsa, o zaman bu yazı sizin üçün nə qədər maraqlı olar?

Faydalı: Nofollow etiketi nədir?

Güman ki, ilk versiyada olan URL sizin diqqətinizi çəkəcək. 

İlk URL-dəki kimi tərtib edilən slug-larda məzmundan xəbər verən açar sözlər olur. Doğru vurğulanmış açar sözlər isə birbaşa sayta trafikin gəlməsinə səbəb olur. İlk URL-yə baxan istifadəçi məzmunda nədən bəhs edildiyini anlayır və linkə keçid edir.

Həmçinin axtarış motorları da məzmunun nədən məhs etdiyini anladığı üçün axtarış zamanı bu açar sözlər yazılarsa, dərhal həmin URL-yə sahib olan səhifəni tapacaq.

Doğru tərtib edilən permalink sayəsində həmçinin sayt yenilənərkən öncəki məzmunları daha rahat şəkildə tapmaq mümkündür. 

Permalink quruluşu düzgün tənzimləndikdən sonra artıq SEO optimizasiyaya uyğun olması üçün qısa URL-lərdən istifadə hədəflənməlidir. Qısa URL-yə mənsub olan məzmunu hansısa platformada paylaşarkən daha estetik görünür. Bu isə yenə də istifadəçinin diqqətini cəlb edir.  Deməli, permalink SEO optimizasiya ilə bərabər, həm də UX üçün əhəmiyyətlidir.