Menu

AZ EN RU
Əsas Xəbərlər Bloq Yazıları Nofollow Etiketi - Nədir, Nə Zaman Istifadə Olunmalıdır ?

Nofollow etiketi - Nədir, Nə zaman istifadə olunmalıdır ?

2019-05-20

Nofollow tag nədir

Nofollow bağlantıları, içərisində rel=nofollow HTML etiketi olan bağlantılardır. Nofollow etiketi axtarış sistemləri robotları üçün “bu bağlantını görməzdən gəlin” mesajı verir. Nofollow linklər görməzdən gəlindiyi üçün veb saytın seo dəyərinə bir təsiri olmadığı qəbul olunub. Ancaq bəzi mənbələr axtarış sistemləri robotlarının bilərək bu bağlantıları izlədiyini iddia edir.

Nofollowdan əlavə Dofollow tag də mövcuddur. Dofollow link atxraış sistemləri tərəfindən izlənilir və bağlantı verdiyiniz sayt sizin sayt dəyərinizdən faydalana bilir.

Bunlar arasındaki tək texniki fərq, nofollow bağlantı içərisində, axtarış sistemlərinə bildirmək üçün yuxarıda yazıldığı kimi etiket olmasıdır. Dofollow üçün bağlantıya xususi etiket yazmağınıza ehtiyyac yoxdur. Nofollow etiketi yazılmayıbsa, avtomatik olaraq dofollow sayılacaq.

Hər hansı bir istifadəçi sadəcə linkə baxaraq onun nofollow olub-olmadığını bilə bilməz. Çünki digər linklər kimi keçid edə bilir, kopyalaya və yaxud paylaşıla bilir. Fərqi sadəcə axtarış sistemləri anlayır və buna görə hərəkət edirlər.

"Nofollow tag" nə üçün istifadə olunur

Əvvəlcə qeyd etmək lazımdır ki, nofollow etiketini bir çoxları noindex etiketi ilə eyni zənn etsə də, fərqli anlayışlardır. Səhifənin HTML koduna noindex etiketi əlavə etdiyiniz zaman, həmin səhifə başqa saytlardan bağlantılar almış olsa belə, bir müddət sonra Google axtarış nəticələrində görünməyəcək.

Yuxarıda dediyimiz kimi, bağlantılar səhifənizin dəyəri üzərində təsirlidir. Buna görə də bağlantı verdiyiniz saytın keyfiyyətindən əmin olmalısınız. 

* Link verdiyiniz səhifədəki məzmunun keyfiyyətindən əmin deyilsinizsə (mövzu sizə görə yaxşı amma verilən şərhlər tam əksi ola bilər) bu halda nofollow etiketindən istifadə etməyiniz məsləhət görülür. Axtarış sistemlərindəki keyfiyyətsiz qonşulara öz saytınızın dəyərindən bir parça hədiyyə etməmək üçün bunu etməlisiniz.

* Nofollow etiketi bağlantılarınızı izlədiyinizi bildirir və təbii bağlantı şəbəkəsi yaradır. Verilən bağlantıları yoxlamadan, lazımi yerdə etiketi yazmadan yayımlasanız, link spam olduğu təqdirdə Google alqoritmi tərəfindən cəzalandırıla bilərsiniz.

* Google alacağınız və yaxud verəcəyiniz bağlantıların doğurdan da layiqlidirsə alınıb/ verilməsi tərəfdarıdır. Reklam yönləndirmələri haqqında istifadəçi mərkəzli düşündüyü üçün onları əlaqəsiz yerlərə yönəltməyinizi xoş qarşılamır. Ona görə də keyfiyyətli məzmun yaradaraq üst sıraları hədəfləməyiniz daha məntiqli bir yoldur.

Linkin nofollow bağlantılı olub olmadığını yoxlamağın 2 yolu mövcuddur:

1) Bağlantının üzərinə gələrək mouse sağ klik edib “inspect” yazısına klik edib açılan kod mətnində görmək. 

2) Chrome üçün bu proqramı yükləmək. Bu tətbiq daxil olduğunuz saytdakı nofollow bağlantılarını sizə açıq şəkildə göstərəcək.

Nofollow istifadəsi illeqal üsul deyil

Bu etiket illeqal bir seo fəaliyyəti deyil əksinə sizin işinizə nə dərəcədə dəyər verdiyinizi göstərir. Burada əsas məsələlərdən biri istifadəçiləri yanlış yönləndirməməkdir. Yəni linki axtarış sistemlərinin izləməsinə mane ola bilərsiniz ancaq, bu, istifadəçiləri mövzu ilə əlaqəli olmayan, keyfiyyətsiz məzmunlu və ya reklam xarakterli səhifələrə yönləndirəbilərsiniz demək deyil. 

Axtarış sistemləri qədər istifadəçilər də saytın dəyərini müəyyən edir. Yuxarıda qeyd olunan hallar baş verdikdə istifadəçilər sizi seçməyəcək. Əsas məsələ onlar üçün dəyər yaratmaq və görülən işləri tam yerinə yetirməkdir. Bunlardan birində ən kiçik bir əskiklik, bütün prosesə təsir etmə qabiliyyətinə malikdir.