Google Webmasters rəsmi Twitter səhifəsində brauzerin botlarına məxsus olan qaydaları dəstəkləməyən təlimatlardan istifadəni dayandıracağı elanı paylaşılıb.
Paylaşılan xəbərdə bildirilib ki, sağlam ekosistemin qorunması və açıq mənbəli yayımlara hazırlıq məqsədi ilə 1 sentyabr taxirindən etibarən noindex kimi etiketlərin istifadəsi dayandırılacaq.
Oxşar Yazılar: Nofollow etiketi nədir, nə zaman istifadə olunmalıdır?
Bəs Robots.txt faylında noindex etiketinə alternativlər nələrdir?
Google bu xəbərdə həmçinin robots.txt faylında noindex istifadə üçün alternativ variantları təqdim edib.
- Robot Meta etiketlərindəki Noindex: HTTP cavab başlıqlarında və HTML-də dəstəklənən noindex etiketi indekslənməyə icazə verildiyində URL-lərin silinməsində ən təsirli üsuldur.
- 404 və ya 410 HTTP status kodları: Hər iki kod axtarılan səhifənin tapılmaması mənasındadır. Yəni ekranda bu kodlardan birini görünürsə, deməli, axtarılan səhifə silinib. Belə URL-lər aşkarlandıqdan sonra Google tərəfindən indekslənmir.
- Parolun qorunması: Abunə olmaq və bu kimi sistemlər vasitəsilə parolların qorunması üçün axra plandakı səhifələr gizlədilərsə, o zaman bu səhifələri Google indeksləməz.
- Robots.txt faylında Disallow istifadəsi: Brauzerlər yalnız bildikləri səhifələri tapırlar. Buna görə də səhifənin indekslənməsinin qarşısını almaq axtarış zamanı nəticələrdə görünməməsi deməkdir. Həmçinin backlinklər vasitəsilə də səhifələr axtarış nəticələrində görünür. Lakin belə olan halda gələcək axtarışlarda həmin səhifələrin görüntülənmə faizi azalacaq.
- Google Axtarış Konsolunda URL-ləri silmə funskiyası: Google bu funskiyası sayəsində müvəqqəti olaraq sürətli şəkildə URL-ləri silmək mümkündür.