Menu

AZ EN RU
Əsas Xəbərlər Rəqəmsal Xəbərlər Google-Da "rich Results Test" Yeniliyi

Google-da "Rich Results Test" yeniliyi

2019-06-04

Google Rich Results Test funksiyasını saytların mobil və masaüstü versiyalarına spesifik olaraq yenilədi.

Keçən həftə Google rəsmilərinin verdiyi açıqlamaya görə 2019-cu il 1 iyul tarixindən etibarən indekslənmə ilk olaraq saytların mobil versiyalarından başlayacaq. (Google mobil indeksləmədə yenilik - ətraflı oxumaq üçün) Sözügedən yenilik isə sayt rəhbərlərinin mobil indekslənməyə hazır olmalarına kömək məqsədi daşıyır. 

Rich Results Test nədir?

Axtarış motorlarının veb saytların məzmununu ön plana çıxarmasını təmin edən bir neçə vasitəsi var. Bunlar rich snippet, featured snippet, rich result və bir sıra başqa adla tanınırlar. Ümumən məzmunun ön plana çıxmasını təmin edən bu xidmətlər Google tərəfindən rich results olaraq adlandırılıb.

Rich Results Test səhifələrinizdə strukturlaşdırılmış məlumatları idarə etmə imkanı verir. 

2019-cu il yanvar ayında verilən açıqlamada bildirilmişdir ki, Rich Results Test funksiyasının kodu redaktəetmə özəlliyi də istifadəyə verilib. Bu özəllik sayəsində kodu Rich Results Test  funskiyasında redaktə etmək və daha sonra əldə olunan nəticəyə baxmaq mümkündür.

GOOGLE-DA ALQORİTM YENİLƏNMƏSİ

Bəs Rich Results Test-dən necə istifadə edilir? 

Linkə keçid etdiyiniz zaman açılan səhifədəki butona URL-i daxil edin və qarşıda olan versiyalardan (mobil və ya masaüstü) birini seçin:


Əgər heç bir problem yoxdursa, o zaman şəkildəki kimi nəticə əldə edəcəksiniz:


Qeyd etmək istərdik ki, saytın testdən keçməsi üçün identifikasiya tələb edilməməlidir. Həmçinin Googlebot sayt tərəfindən bloklanmamalıdır.