Menu

AZ EN RU
Əsas Xəbərlər Rəqəmsal Xəbərlər Google-Da 3 Iyun Tarixli Yenilik

Google-da 3 iyun tarixli yenilik

2019-06-03

Google 2019-cu il iyun ayında baş verəcək əsas alqoritm yenilənməsi barədə rəsmi Twitter səhifəsindən məlumat yayıb. 

İl ərzində bir neçə dəfə alqoritm yenilənməsi edən Google-da bu dəfəki yenilənmə “June 2019 Core Update” adlanır. 3 iyun tarixində baş verəcək bu yenilənmə axtarış nəticələrinin Google axtarış nəticələrində sıralanmasına təsir edəcək.

Sözügedən yenilənmə şirkətin daha öncə də etdiyi təməl yenilənmələrdən biridir. Bu barədə açıqlama verən Google rəsmisi Denni Sullivan bildirib ki, şirkətin əsas məqsədi yenilənmələrlə bağlı sayt rəhbərlərinə və SEO ilə məşğul olan şəxslərə öncədən məlumat verməkdir. 


 

Denni Sullivan həmçinin bildirib ki, bu yenilənmə son həftələrdə baş verən Google indekslənmə və ya Gmail xidmətinin problemləri ilə əlaqəli deyildir. 

Bəs təməl yenilənmə (Core Update) nədir?

Core Update əsas axtarış alqoritminə edilən dəyişiklikdir. 
Bu günə qədər Penguin, Panda, Pigeon, Fred və sair kimi adlandırılmış alqoritmlərin çoxu Google-dakı bəzi səhvləri və yaranmış problemləri düzəltmək üçün istifadə edilir. Bütün bu alqoritmlərin özünəxas xüsusiyyətləri var. Məsələn, Penguin alqoritmi linklərdəki spamlar üçün istifadə edilirsə, Pigeon alqoritmi lokal SEO üçün nəzərdə tutulub.

2019-cu il mart ayında Google komandasının açıqlamasında bildirilmişdir ki, Penguin alqoritmi üzərində təkmilləşdirilmə işləri aparılır. Lakin son yenilənən alqoritmin Penguin alqoritminin bir parçası olub olmaması barədə rəsmi açıqlama gəlməyib.

Qeyd edək ki, alqoritm yenilənməsi bir neçə aydan bir baş verir. Ən son yenilənmə isə 2019-cu il mart ayında yayımlanıb. Yenilənmələrin siyahısına buradan baxa bilərsiniz.