Menu

AZ EN RU
Əsas Xəbərlər Bloq Yazıları Google Penguin Alqoritmi

Google Penguin Alqoritmi

2019-06-11

Google Alqoritmləri niyə dəyişir?

Texnologiya daim yenilənir, insanların ehtiyacları və davranışları dəyişir. Rəqəmsal dünya bu davranışlara uyğun olaraq öz strategiyalarına yön verməlidir. Təbii ki, axtarış sistemləri də bura aiddir.

Veb dünyasının ən çox yayılan axtarış sistemi olan Google sıxlıqla veb saytlar üzərində məzmun, bağlantılar və sıralamalar mövzusunda olan qaydalarını gözdən keçirir və həmin dövrün tələbinə uyğun olaraq zaman zaman bəzi güncəlləmələr həyata keçirir.

Rəqəmsal Marketoloqlar heç vaxt bu alqoritm güncəlləmələrinin necə olacağını tam bilə bilmir. Google öz işçiləri belə bəzi alqoritmlərin detalları barədə tam fikrə sahib deyil. 

Alqoritm Google-da yazılan axtarışlara görə ən uyğun və dolğun məlumatın necə tapıldığı və sizin qarşınıza çıxarılmasıdır. Google əsas məqsədi axtardığımız məlumatı bizə daha sürətli şəkildə təqdim etməkdir. İnsanlar artıq zaman itirmək istəmir, 3-4 saniyədən geç açılan veb saytlara belə daxil olmurlar.  

Google uyğun nəticəni daha sürətli və daha doğru göstərə bilmək üçün alqoritmlərdə dəyişikliklər etməyə başladı. Bu məlumatları göstərmək üçün lazım olan keyfiyyətləri hər güncəlləmədə dəyişdirdi və sayını artırdı. 

Bu gün Google veb saytların dəyərini ölçmək üçün 200 (bəlkə də daha artıq) xüsusiyyəti özündə cəmləşdirib və seo fəaliyyətlərini dəyərləndirərkən bu xüsusiyyətləri nəzərə alır. 

Google Penguin Alqoritmi

Google 24 aprel 2012-ci ildə Penguin yayımlandı. Panda alqoritmi dolğun olmayan və keyfiyyətsiz məzmuna nəzarət edirdi. Penguin yayımlandıqdan sonra cəzalandırılan saytların ortaq nöqtəsi saxta backlinkləri istifadə etmək, link spamı edərək axtarış nəticələrini dəyişdirmə fəaliyyətlərinin olması idi. Beləliklə Penguin güncəlləməsinin digər faktorların yanında backlink keyfiyyətini də dəyərləndirdiyi məlum oldu.

Bu güncəlləmədən əvvəl sayt sahibləri backlink almaq üçün fərqli yollardan istfiadə edirdi. Penguin yaradılma məntiqinə görə keyfiyyətsiz məzmuna sahib saxta, pornoqrafiya məzmunlu saytlardan alınan geri bağlantılardan istifadə edən saytlar cəzalandırılmalı idi. Ancaq tək faktor backlink deyildi. Keyword stuffing, over optimization kimi faktorlar da Penguin-in dəyərləndirməsində vacib rol oynayır.

Təməl alqoritmlərin problemlərindən biri spam bağlantıların və ya digər faktorların həmin an deyil, bir müddət sonra dəyərləndirilməsi idi. Yəni bir güncəlləmə sonrası cəzalandırılan sayt problemləri aradan qaldırmış olsa belə, növbəti güncəlləməyə qədər gözləməyə məcbur idi. Alqoritm güncəlləməsi üçün isə bəzən 700 gün gözləmək lazım gəlirdi. 

Ancaq 2016-cı ildə edilən güncəlləmədə Penguin artıq spam xüsusiyyətləri həmin an dəyərləndirəcək və buna uyğun olaraq çox qısa müddət ərzində saytın axtarışdakı mövqeyində dalğalanmalar yaşanacaq. Yəni cəzanız varsa belə, düzəltməyə başlamısınızsa, alqoritm bunu həmin an görür.

PENGUİN 4.0 Güncəlləməsi SEO-ya necə təsir edəcək

Penguin 4.0 güncəlləməsi daha kiçik xüsusiyyətləri belə böyük ölçüdə təsir edəcək şəkildə dəyərləndirəcək. Digər alqoritm güncəlləmələrinə bənzər şəkildə əsasən kontentin keyfiyyətini dəyərləndirəcək.

Yüksək keyfiyyətli, məlumatverici, istifadəçilərin axtardığı suallara cavab verən bir məzmun strategiyanız varsa, bu alqoritmin güncəlləmələri sizi axtarış sistemlərindəki yerinizi itirəcəyiniz barədə qorxutmamalıdır. 

Penguin alqoritminə uyğun sayt üçün:

- Həddindən çox açar sözlərdən istifadə etməyin;

- Keyfiyyətinə əmin olmadığınız saytlardan bağlantı almayın;
- Kəmiyyət yox, keyfiyyəti seçin (əsas kontentin çoxluğu yox, onun məlumatverici, yaxud lazımlı olub-olmadığıdır).

Alqoritmlər olduğu müddətcə seo işlərində black hat üsullardan istifadə edənlər də mövcud dolacaq. Alqoritmlərdə edilən dəyişikliklər seo optimizasiya ilə məşğul olanlar arasında keyfiyyətli iş görənlər üçün bir növ qiymətli hədiyyə rolu oynayır. Bu cür yeniləmələr isə spam xüsusiyyətlərin dəyərinin azalması və bu prosesin daha düzgün bir şəkildə edilməsinə şərait yaradır. 

Seo optimizasiya uzun bir prosesdir və bu prosesi müxtəlif illeqal yollarla qısaltmaq istəyənlər alqoritmlərin cəzalarına məruz qalır və nəticədə sayt, yaxud markanın imici zərər görür.