Menu

AZ EN RU
Əsas Xəbərlər Rəqəmsal Xəbərlər Google Adwords Yeniliyi

Google Adwords Yeniliyi

2019-06-24

Google Ads son günlərdə silsilə yeniliklər edir (ətraflı oxumaq üçünGoogle Adwords təklif strategiyasını dəyişdirdi). 19 iyunda iki yeniliklə bağlı elan verən Google Ads-in ilk yeniliyi portfolio bid strategies ilə bağlıdır. 

Google Adwords - Portfolio bid strategies yeniliyi nədir?

Portfolio bid strategies, yəni portfolio təklif strategiyaları birdən çox kampaniyanı optimizasiya etmək üçün sizə kömək olan avtomatik və hədəfə istiqamətlənmiş strategiyalardır. Google Ads-in bu yeniliyinə əsasən Enhanced CPC (Təkmilləşdirilmiş CPC) özəlliyi ləğv edilir. Enhanced CPC manual olaraq daxil edilən təkliflərdən daha çox nəticə əldə etmənizə istiqamətlənmiş özəllikdir. 2019-cu ilin sonlarına doğru Enhanced CPC özəlliyi fərdiləşdirilmiş Enhanced CPC ilə əvəzlənəcək. Hər iki özəllik təməl olaraq eyni funskiyalaı özündə cəmləyir. 

Eyni tarixli digər yenilənmə isə alış-veriş kampaniyalarının nəticələri ilə bağlıdır. Belə ki,  Google Ads artıq alış-veriş kampanyalarındakı hesabatları açılış səhifəsində göstərəcək. 

Oxşar Xəbərlər: Şirkətlər Niyə Google Adwords istifadə etməlidir

Bu yeniliklə siz alış-veriş kampanyalarınızda açılış səhifələrinizdən hansının satışa ən çox təsir etdiyini görə bilərsiniz.

Digər yenilik isə 20 iyun tarixində həyata keçirilib. Bu yenilənməyə əsasən Google Ads mobil tətbiqi həm Android, həm də  iOS platforforması üçün yenilənib. 

Bundan öncəki versiyalarda reklamları yalnız aktivləşdirmək və dayandırmaq mümkün idisə,  yenilik sayəsində Responsive Ads yarada və düzəliş edə bilərsiniz. 

Responsive Ads nədir?

Responsive Ads zamanı ölçü və görünüş mövcüd reklam sahəsinə uyğun olacaq şəkildə avtomatik olaraq tənzimlənir. Nəticədə reklam bir yerdə kiçik mətn kimi görünürsə, digər yerdə ekranın ölçüsünə nəzərən böyük görünür.

Reklamı yaratmaq üçün müvafiq butonlara başlıq, açıqlama, şəkil, logo və bu kimi məlumatlar daxil edilir. Daha sonra Google Ads istifadəçilərə göstəriləcək olan reklamı avtomatik olaraq yaradır. 

Mənfi açar sözləri əlavə edin, nəzərdən keçirin və redaktə edin.

Google Reklamlar tətbiqinə son yeniləmənin bir hissəsi kimi istifadəçilər artıq mənfi açar sözləri idarə edə bilərlər. Bu xüsusiyyət əvvəllər yalnız masaüstü versiya üçün mövcud idi.

Son yenilənmədəki imkanlar qeyd olunan kimidir:

1. Mənfi açar sözlər (negative keywords) yaradın, analiz edin və düzəldin;

2. Mənfi açar sözləri birbaşa axtarış nəticələri kartından əlavə edin (reklamlarınızdakı trigger sorğularına nəzərən)

3. Reklamların göstərilməsinə mane olan ziddiyyətli mənfi açar sözləri aradan qaldırmaq üçün tövsiyələr alın.

Google Ads mobil versiyanın əsas üstünlüyü kampaniyanızı istənilən zaman, istənilən yerdə rahatlıqla idarə edə bilmənizdən ibarətdir.