Son günlərdə yeniliklər edən Google iyun ayının sonunda “Target Search Page Location” və “Target Outranking Share” təklif strategiyalarını deaktiv etməyi planlaşdırır. Ümumiyyətlə, şirkətlər niyə Google Adwords-dən istifadə etməlidir?
2018-ci ilin noyabr ayında təqdim edilən Target İmpression Share imkanlarına əsaslanaraq Google “Target Search Page Location” və “Target Outranking Share” təklif strategiyalarını deaktiv etmək qərarına gəlib. Target Impression Share reklamın görünəcəyi yerə görə təklifləri avtomatik olaraq təyin edən ağıllı strategiyadır.
Google Ads-in Məhsullar üzrə Meneceri Sagar Şah yeniliklə bağlı açıqlamasında bildirib ki, reklam verənlərin 70%-dən çoxu Google Ads avtomatik təklif xüsusiyyətindən istifadə edir:
“İstifadəçilərin artan ehtiyaclarını qarşılamaq üçün 2018-ci ilin noyabr ayında Target İmpression Share özəlliyini təqdim etdik. Bu da müştərilərin əhəmiyyətli axtarışları apararkən markanızın göstərilməsini təmin etməyə kömək edir. Target Impression Share özəlliyində səhifənin üst hissəsini hədəfləmək üçün "Absolute top impression share" və ya "Top impression share"-ni istifadə edə bilərsiniz.
2019-cu il iyun ayının sonundan etibarən isə reklam verənlər “Target Search Page Location” və “Target Outranking Share” təklif strategiyalarından istifadə edə bilməyəcəklər. İl sonuna qədər bu stategiyaların istifadə olunduğu mövcud kampaniyalar isə “Target Impression Share” strategiyasına köçürüləcək.”
Həmçinin qeyd etmək istərdik ki, Google Reklamları ilə bağlı hansısa problemlə qarşılaşdıqda isə Google Ads Help keçidinə daxil olaraq problemin həlli ilə bağlı məlumatala bilərsiniz.