Google Ads Editor v1.0 iyulun 29-u 1.1 versiyası ilə əvəzləndi. Öncəki versiyadan fərqli olaraq son yenilənmədə dizayn və praktiklik daha da funskionallaşdırılıb.
Qaranlıq rejim, birdən çox hesabın idarə edilməsi, şəkil seçmək və sair kimi yenilikləri özündə cəmləyən Google Ads Editor v1.1-in əsas xüsusiyyətləri aşağıda qeyd olunanlardır:
Şəkil seçiciliyi
Şəkillər bir-bir daxil edilirsə, o zaman işləmək çətin ola bilər. Yenilikdəki şəkil seçiciliyi ilə siz seçməklə yanaşı daha öncə də istifadə edilən şəkillərə baxa biləcəksiniz.
Qaranlıq rejim
Qaranlıq rejimi vizual rahatlığınız üçün hazırlanmışdır. Alətdə sağ alt küncdəki ay simvoluna klik edərək qaranlıq rejimi aktivləşdirə bilərsiniz. Yenidən öncəki rejimə qayıtmaq üçün isə günəş işarəsini seçmək lazımdır.
IP ünvanını istisna etmək
Yeni bir kampanya yaradarkən IP ünvanlarını daxil edə, silə, düzəldə, nüxsələyə, ixrac edə bilərsiniz. Reklamlarınızı görmələrini istədəmədiyiniz IP adreslərini bloklaya da bilərsiniz.
Hesab idarəedicisi
Birdən çox hesabın idarə edilməsini ehtiva edən bu yenilik istifadəçilərin işlərini daha da rahatlaşdıracaq. Xatırladaq ki, Google Ads Editor 1.0 versiyasında yalnız bir hesabı idarə etmək mümkün idi.
Faydalıdır: Şirkətlər niyə Google Adwords istifadə etməlidir
29 iyul tarixi üçün Google-un növbəti yeniliyi Google Açar Söz Planlayıcısı (Google Keyword Planner) ilə əlaqədardır.
Yenilənən planlayıcıda axtarış edərkən ən uyğun açar sözlər göstəriləcək. Bu yeniləmə istifadəçilərə Google Ads hesablarına hansı açar sözlərin əlavə olunacağına üstünlük vermək üçün hazırlanmışdır.
Yenilənmə ilə yanaşı Açar söz Planlayıcısına iki xüsusiyyət də əlavə edildi:
A. Veb saytının filtrlənməsi. Sözügedən xüsusiyyətlə Yalnız işinizlə əlaqəli açar sözlərin göstərilməsi üçün açar sözləri veb sayta nəzərən filtrləyə bilərsiniz.
Oxşar Xəbərlər: 24 iyun tarixli Google Adwords Yeniliyi
B. Marka istisnaları. Bu xüsusiyyətlə isə hər hansısa markaya məxsus terminləri özündə cəmləşdirən açar sözləri xaric edə bilərsiniz.
Qeyd edək ki, sadalanan yeniliklər öncəliklə ingilis dilində yayımlanıb. Yaxın zamanlarda isə fərqli dillərdə də yayımlanacağı planlaşdırılır.