Menu

AZ EN RU

21-ci əsrdə 21 il

2019-09-27

Faktiki olaraq yaranma tarixi 1998-ci il, 4 sentyabr olsa da, Google öz yaranma tarixini, belə desək ad gününü 27 sentyabr olaraq qeyd edir. 2005-ci il 27 senytabrda Google tarixində ilk dəfə rekord sayda - 1 milyard indekslənmə əldə etdi. Sözügedən hadisədən sonra Google axtarış sisteminin yaranma tarixi 27 sentyabr olaraq qeyd olunmağa başlanıldı.

Google ilk əvvəllərdə “Backrub” adı ilə yaranmışdı 

Təsisçiləri Larry Page və Sergey Brin bu axtarış sistemini yaratmaq üçün 1996-cı ildə araşdırmalar etməyə başlamışlar. Sayt üçün bakclinklərin önəmli olacağını düşündükləri və veb-in görünməyən tərəfini araşdırdıqları üçün axtarış sistemini “Backrub” olaraq adlandırmışlar. Daha sonra “googolplex”, “googol” kimi ad fikirləri ortaya çıxdı. Lakin 1997-ci il 15 sentyabrda axtarış sistemi rəsmi mənbələrdə “Google” olaraq qeyd olundu. 
Edilən təkmilləşdirmə işlərindən sonra 2004-cü il 19 avqustda ictimaiyyətə təqdim edilən Google axtarış sistemində hər saniyə təqribən 40 min axtarış edilir. Bu isə bir gündə 3.5 milyard axtarış deməkdir.

Faydalı: Google Search Console yeniliyi

Mütəmadi olaraq xüsusi günlərdə doodle yaradan Google Azərbaycana məxsus özəl günlərdə də bir sıra doodle-lar yaratmışdır.
Aşağıda yer alan doodle 2013-cü il 18 sentyabrda dahi bəstəkarımız Üzeyir Hacıbəyovon 128 illiyinə həsr edilmişdi:


 

Bir digər doodle isə, 2013-cü il 18 oktyabrda Azərbaycanın müstəqillik günü üçün yaradılmışdır:


Bu gün 21 yaşını qeyd edən Google 21 illik tarixini əks etdirən doodle hazırlayıb. Bu doodle Türkiyə, Rusiya, ABŞ, İraq, Polşa, Çexiya, İsçev və digər ölkələr daxil olmaqla Azərbaycan istifadəçiləri üçün də təqdim olunub.