Google Search Console-a breadcrumb adlı yeni bölmə əlavə edilib. Bu bölmə sayəsində sayt rəhbərləri breadcrumb işarətlənməsinin düzgün tətbiq edilib edilməməsini yoxlaya və yaranmış problemi tez bir zamanda həll edə biləcəklər.
“Breadcrumb” hesabatı Google Search Console-dakı Gücləndirmələr (Enhancements) bölməsində yer alıb.
Search Console breadcrumb bölməsi bölməsi ilə əlaqəli hansısa xətaları aşkar edərsə, dərhal xətaya səbəb olan çatışmazlıqları təyin edər. Bu isə yaranmış problemin sürətli və effektli həllinə yol açır.
Bu funksiya yeni olduğu üçün bütün istifadəçilərdə görünməyə bilər. Aktiv olduqda isə Google Search Console-a daxil olarkən ekrana yeniliklə bağlı bildiriş gələcəkdir.
Faydalı: PPC və SEO
Breadcrumb nə üçün lazımdır?
Google axtarış zamanı əldə edilən məlumatları axtarış nəticələrində təsnifatlaşdırmaq üçün breadcrumbdan istifadə edir. Axtarış nəticələrində breadcrumbları daha qabarıq göstərir. Bu isə o deməkdir ki, artıq baş verə biləcək xətaları araşdırıb onların qarşısını almaq hər zamankıdan daha da vacibdir.
Googleda bir axtarış edildiyində əvvəllər axtarış nəticələrində URL göstərilirdi. Bu yenilənmədən sonra URL-ləri breadcrumb əvəz edəcək. Bunun üçün isə Google etibarlı markup-lara əsaslanır.
Doğru edilməyən markup (işarətləmə) axtarış nəticələrindəki sıralanmaya təsir etməz. Amma Google-a bir səhifə haqqında ən dəqiq və doğru məlumatı yerləşdirmək hər zaman effektiv olmuşdur. Breadcrumb işarələnməsi (markup) üçün JSON-LD, RDFa və ya Microdata istifadə edilə bilər.