Bilməyənlər üçün SEO kimi axtarış sistemləri optimizasiyası deməkdir və Google, Bing, Yandex kimi sistemlərin axtarış nəticələrində ön sıralarda görünmək və organik trafik axışı üçün istifadə edilən bir strategiyadır.
SEO-nun əsas hissəsi axtarış sistemlərinin nəyə önəm verdiyini bilmək və bu faktorları tətbiq etməkdir. İndi isə PPC (pay per click) reklamla SEO-nu kiçik bir müqayisə edək.
SEO Müsbət və Mənfi Cəhətləri:
1) Sizə uyğun olan açar sözlərlə Google-da üst sıraları tutduqdan sonra veb saytınıza orqanik olaraq yüksək daxil olma sayı əldə edə bilərsiniz. Həmçinin üst sıraları tutduqdan sonra bu çalışmanın qarşılığı olaraq qısa bir müddət fasilə verməyiniz mümkündür. Yəni özünüzə istirahət verdiyiniz bu müddət ərzində trafikdə kəskin bir dəyişiklik olmayacaq.
2) Ahrefs araşdırmasında əldə edilən aşağıdakı nəticələrə əsasən SEO sayəsində əldə edilən trafik həcmini reklamdan əldə etmək üçün aylıq 773 min (773000) dollarlıq bir büdcə gərəklidir.
3) SEO uzun zaman tələb edən bir prosesdir.
Yəni reklamlardaki kimi hərşeyi hazır etdikdən sonra nəticələr növbəti gün bilinmir. Aylarla üzərində çalışmaq və hər prosesi niyə etdiyimizi bilmək mütləqdir. Çünki istifadə etdiyimiz üsul Google standartlarına cavab verməyə və cəza almamıza səbəb ola bilər. Bunun üçün trendləri izləmək çox vacibdir. Hər addımda etdiyiniz işin məntiqi əsası olsun. Qısa zaman ərzində nəticə lazımdır və büdcəniz qısıtlıdırsa, SEO sizin üçün düzgün seçim olmaya bilər.
4) Texniki biliyim var deyib bu işlə məşğul olmaq planınız varsa, sizə pis xəbərim var.
SEO üçün yalnızca texniki yönləri bilməyiniz kifayət etmir. Həmçinin yaxşı araşdırma qabiliyyətinə və bənzərsiz məzmun yaratma qabiliyyətinin olması üstünlükdür. Əgər bu xüsusiyyət sizdə yoxdursa, onda ona malik olan biri ilə əməkdaşlıq edin. Unutmayın ki, insanlar doğru və dolğun məlumat istəyirlər və onu həmin mövzu üzrə peşəkar birindən eşitmək ya da oxumağı seçirlər.
PPC (Pay Per Click) müsbət və mənfi cəhətləri
1) PPC reklamda detallı olaraq (coğrafi, yaş, maraq dairələri) hədəfləmə edə bilərsiniz. Bununla da sizə əsl lazım olan kütləni dəqiq olaraq əldə edə bilərsiniz.
2) Qeyd etdiyimiz kimi SEO optimizasiya üçün aylarla gözləmək lazım gəlir ancaq PPC reklamlarda bu hal yoxdur. PPC-də nəyin işə yarayıb yaramadığını görmək üçün A/B testləri qura bilər, nəticələri rahatlıqla izləyəbilər, anında müdaxilə edəbilər və bütün bnların sonunda kampaniya nəticəsinə əsasən rahatlıqla uğurlu olub olmadığınızı bilə bilərsiniz.
3) Xüsusi ilə rəqabətin yüksək olduğu sektorlarda PPC reklamlar sizin üçün baha ola bilər. Açar sözlərin qiymətinin yüksək olması və büdcənin məhdud olduğunu nəzərə alsaq, əgər qarşınızda nəticə üçün uzun bir müddət varsa, PPC heç də məntiqli səslənmir.
4) SEO-dan fərqli olaraq PPC reklamlarda kampaniya müddəti bitdikdən sonra trafik də düşməyə başlayır. Yəni daimi olaraq saytınıza istifadəçi gətirmək kimi bir məqsədiniz varsa, PPC uzun müddətli strategiya olaraq çox bahalı olduğunu bilməliyik.
Nəticə etibarilə hər birinin özlüyündə müsbət və mənfi cəhətləri mövcuddur. Əsas məsələ sizin seçiminizdir. Qısa zamanda yüksək trafik əldə etmək istəyirsinizsə və büdcəniz də buna imkan verirsə, PPC reklamlara yönələ bilərsiniz. Ancaq unutmayın ki, reklam nəticələri daimi deyil.