Marketinq mahiyyət etibarilə müxtəlif həll yollarını təqdim etməkdən ibarətdir.
Hədəf kütləsini doğru təyin etməyin ən effektiv üsulu isə istifadəçi məlumatlarına əsaslanmaqdır. Lakin tarixən marketoloqlar hədəf kütləsini düzgün təyin etmək üçün bu məlumatlardan rahatlıqla istifadə edə bilmirdilər.
Sözügedən marketinq üsulu ideal bazarda istifadəçinin bəlli məqsəd və maraq dairəsini, ehtiyaclarını təyin etməyə xidmət edir.
Bəs effektiv marketinq üsulu sayılan Behavioral Marketing nədir?
Davranış marketinqi olaraq başa düşülən "Behavioral Marketing" istifadəçinin coğrafi mövqeyi, maraq dairəsi və bu kimi məlumatlara əsaslanan bir üsuldur. İstifadəçi məlumatı çoxluq təşkil edən müəssisələrin marketinq staretigaları daha effektiv nəticələnir. Buna görə də məlumatlar toplusu marketoloqlar üçün olduqca önəmlidir.
Faydalı: Effektiv Reklam Kampaniyaları yaratmağın yolları
Avtomatlaşdırılmış marketinq sayəsində müəssisələr istehlakçıların davranışlarını aylar əvvəl proqnozlaşdırmaq üçün daha geniş məlumat bazalarından istifadə edə bilərlər.
Davranış marketinq metodu auditoriyanı analiz etmək prinsipinə əsasən qurulmuşdur. Doğru hədəf kütləsi təyin etmək üçün isə bir sıra üsullar vardır.
1. Coğrafi mövqe
Bəzən yalnız qitə və ya ölkəni deyil, hətta istifadəçinin faktiki ünvanını belə təyin etmək mümkün olur. Bu üsul ilə istifadəçinin olduğu coğrafi mövqenin hava şəraitinə uyğun geyim satışı etmək effektivdir. Həmçinin izləyicinin size necə tapması ilə bağlı məlumatları əldə etmək üçün cihaz məlumatlarını əldə edə bilərsiniz.
2. Məlumatlara nəzarət edin
Bu üsul istifadəçinin yeni olub olmaması ilə bağlı məlumatları əldə etmək üçündür. İstifadəçiləri zirayət sayına nəzərən qruplaşdırmaqla şirkətlər həmin müştəriləri əldə saxlamaq üçün avantajlı və ya endirimli satışa təşviq edə bilərlər.
3. Axtarılan faydalar
İstehlakçılar məhsul və ya xidmətləri araşdırdıqda məqsədləri ilə bağlı və onları nələrin həvəsləndirdiyinə dair məlumatlar toplanır. İki istifadəçi demoqrafik və ya məkan baxımından eyni seqmentə aid edilə bilər, lakin bir təklifin müxtəlif tərəflərini nə qədər dəyərləndirdiklərinə nəzərən fərqlənə də bilərlər.
Hansı şirkətlər marketinqin bu üsulundan istifadə edirlər?
Davranış marketinqini tətbiq edən bir sıra şirkətləri qeyd etmək olar. Məsələn, beynəlxalq səyahət saytı olaraq tanınan Zuji istifadəçinin öncəki səhifələrdəki performansına əsasən fərdi görüntülənən reklamlar yaradır.
Faydalı: Onlayn satış saytları üçün 9 SEO addımı
2006-cı ildə təsis edilən Twitter şəbəkəsi də marketinqin bu üsulunu tətbiq edir. Belə ki, istifadəçilərin maraq dairəsini hədəfləyən Twitter reklam şirkətlərinə 25 kateqoriya və 350 alt kateqoriyaya nəzərən seçim edərək reklamlarının yayımlanmasını təklif edir.
Davranışı hədəfləyən statistika
Davranış marketinqinin nə qədər effektiv olmasına dair çoxsaylı statistik məlumatlar dərc olunur. Təkmilləşdirilmiş fərdiləşdirmə strategiyasına sahib müəssisələrin satış göstəricisi 93% artmışdır. Bu isə bir daha sübut edir ki, davranış marketinqi doğru şəkildə tətbiq edilərsə, müştərilərin ehtiyaclarını daha yaxşı qarşılaması üçün bir fürsət ola bilər.
Lakin qeyd etmək lazımdır ki, davranış marketinq strategiyalarını həyata keçirərkən, xüsusən də onlayn istifadəçilər üçün gizlilik təhlükəsizliyi ilə əlaqəli diqqətli olmaq lazımdır.