Menu

AZ EN RU
Əsas Xəbərlər Bloq Yazıları Https Və Seo Əlaqəsi

HTTPS və SEO əlaqəsi

2019-08-15

Bir veb saytı idarə edərkən yaxud onlayn ticarət məqsədimiz varsa, hədəfimiz Google nəticələrində ilk sıralarda çıxmaqdır. Bunun da ən yaxşı yolu seo optimizasiya vasitəsi ilə yəni təbii olaraq bu yeri tutmaqdır.

Google 2014-cü ildən etibarən HTTPS (Hyper Text Transfer Protocol Secure) bir sıralama faktoru olaraq ələ almağa başladı.

Google bunu anons etdikdən sonra dünyanın hər yerindən insanlar artıq bunun sıralamaya necə təsir edəcəyi ilə maraqlanmağa başladılar. 

Xüsusi ilə onlayn ticarət saytları üçün Google sertifikat istifadəsini təklif edir və əgər saytınızda sertifikat mövcud deyilsə, bu, həm Google həm də daxil olan istifadəçilər üçün sizin xoşagəlməz olaraq dəyərləndirilməniz deməkdir.

HTTPS və SEO

HTTPS önəmini bir çoxları bilsə də saytların 65% i bu sertifikatı düzgün quraşdırır. HTTPS olan saytlarda url adresinin əvvəlində yaşıl rəngdə HTTPS yazılır və bağlı qıfıl şəkli görünür. Qıfıl əslində sertifikatın mahiyyətini lazımi qədər ifadə edir. SSL sertifikatı kart məlumatlarının daxil edildiyi saytlarda məlumatların oğurlanmasının qarşısını alır və istifadəçilər üçün güvənli bir alış-veriş imkanı yaradır. Bundan əlavə SSL sertifikatı istifadəsinin aşağıdakı faydaları mövcuddur:

Faydalı: Nofollow etiketi nədir

1. HTTPS mövcud olan saytlar HTTP olanlara nisbətdə daha sürətli açılır

2. İstifadəçilərin 84% i şəxsi məlumatları qorumaq istədikləri üçün markaya sadiq olsalar belə, HTTPS olmayan saytlara girməyə meyl etmirlər. Çünki https istifadəçilərin kart məlumatları, şifrələri kimi vacib məlumatların oğurlanmasının qarşısını alır.

3. Bir neçə araştırmada HTTPS ilə axtarış sistemlərindəki reytinqin yüksəlməsi arasında əlaqə olduğu üzə çıxmışdır

SEO baxımından HTTPS-ə keçməyin üstünlükləri

Aydındır ki, HTTPS təhlükəsizlik təmin edir, buna görə mütləq Google tərəfindən qiymətləndiriləcəksiniz. 

Niyə bütün saytınız üçün https istifadə etməlisiniz:

1. Reytinqin artması
Qeyd edildiyi kimi, Google HTTPS-in saytların sıralamasında cüzi də olsa bir artıma səbəb olduğunu təsdiqləyib. Üstəlik, HTTPS-ə keçməyin dəyəri zamanla artacaq. Keçən illərdə https sertifikatına sahib saytların ilk səhifədə görüntülənmə faizi %30 idisə indilərdə bu 50%dir. Yəni axtarış nəticələrindəki 10 saytdan 5i https qorunmaya sahibdir.

2. Məlumatları qoruyur

Bir HTTPS saytına keçəndə saytın etibarlı olduğunu sizə bildirir. İstifadəçilər qarşılarında qırmızı ekranla “bu veb sayt güvənli deyil”  yazısını gördükləri zaman onlara nə vəd etdiyinizdən aslı olmayaraq heç düşünmədən geri qayıdacaq.

Son olaraq, HTTPS istifadə etdiyiniz zaman bir anda 1-ci yeri tutmayacaqsınız, ancaq veb saytınız https istifadə etməyən digər veb saytlara nəzərən sıralamasını artıracaq. Təbii ki, bu istifadəçilər üçün saytınızı faydalı və Google qaydalarına zidd olmayan bir vəziyyətə gətirdikdən sonra sizə kömək olacaq xırda faktorlardan biridir. Yalnızca HTTPS quraşdıraraq yüksək reytinq gözləmək düzgün deyil. Bunun üçün "seo optimizasiya" fəaliyyətlərini düzgün yerinə yetirməlisiniz.