Google müəyyən aralıqlarla alqoritmlərdə yenilənmə edir. SEO optimizasiya işlərində zamanı saytın axtarış sistemlərindəki mövqeyində yaşanan dalğalanmaların səbəblərindən biri də alqoritmlərdəki dəyişikliklərdir. Bu yenilənmələrə müəyyən adlar verilir. 23 fevral 2011 tarixində Google “Panda” və ya bəzilərinin “Farmer” adlandırdığı alqoritmdə güncəlləmələr həyata keçirdi.
Google bu güncəlləməsi axtarış nəticələrinin %12-nə təsir etdi. Burada məqsəd keyfiyyətsiz veb saytların sayısını azaltmaq idi. Güncəlləmədən neqativ təsir görənlərin çoxu keyfiyyətsiz məzmunla dolu olan və spama yol verən saytlar idi.
Google Pandadan əvvəl “zəif” məzmun sırf içində açar sözlər var deyə ilk sıralarda görüntülənə bilirdi. Məzmun yazarları 300 kəliməlik məqalə yazıb yüksək sıralara çata bilirdilər. Güncəlləmədən sonra bu vəziyyət əksinə dəyişdi, artıq dünyada bu sahədə olan aparıcı şəxslər tərəfindən uzun və dolğun contentlər yazılması məsləhət görülür.
Ətraflı oxumaq üçün: Google Penguin Alqoritmi
Zəif məzmunun əksinə dolğun məzmun dedikdə, oxuyucular üçün məlumatlandırıcı, nəyin necə olacağını öyrədən yazılar nəzərdə tutulur. Bu sizin öyrədici şəxs kimi də oxuyucunun yaddaşında yer etməyinizə kömək edəcək.
Necə işləyir?
Google Panda, ilk başlarda sadəcə saytları özündə cəmləşdirilən müəyyən kateqoriyalara görə filtrdən keçirmək üçün istifadə olunurdu. Daha sonra alqoritmin bir parçası halına gətirildi və əvvəlkinə nisbətən saytları daha sıx yoxlamağa başladı.
Panda alqoritmi saytın açar söz istifadə faizi və məzmun keyfiyyətinə, kopyalanmış məzmun olub olmamasına və s xüsusiyyətlərə əsasən sizə bir keyfiyyət xalı verir. Alqoritmin bir parçası halına gətirildikdən sonra bu barədə verilən cəzalar və mükafatların sıxlığı da artdı.
Qaydalara uyğun gəlməyənlər axtarış nəticələrindəki mövqeyini itirdiyi üçün, hər prosesi düzgün yerinə yetirənlər mükafatlandırıldı və bu bəzi saytlar üçün nəticə səhifəsindəki yerlərinin yüksəlməsi demək idi.
Google özü də etiraf edir ki axtarış nəticələrində istifadə olunan sıralama siqnallarını tam olaraq açıqlamır. Ancaq Google, onun bəzi sıralama məntiqini anlamağımız üçün yol da göstərməyi unutmur.
Hansı Faktorlar Nəzərə Alınır?
Veb saytınıza yeni məzmun əlavə etdiyiniz zaman Google sizə xal verir. Zaman keçdikcə xalınız düşəcək və sayt yeni məzmuna ehtiyac duyacaq. Populyar saytlar həftədə ən az 1 yeni məzmun yayımlayır. Bunu planlı şəkildə yerinə yetirməyən saytlar üçün axtarış nəticələrində yer tutmaq çətinləşir.
Pandanın dəyərləndirmədə nəzərə aldığı faktorların bəziləri:
Zəif məzmun: Veb saytın hər səhifəsində sadəcə bir neçə cümlənin yazılması, dolğun və bilgiləndirici məlumatın əskik olduğu səhifələr.
Yenilənən məzmun: İnternet aləmində çoxluqla paylaşılan və oxunan bir məqalənin içərisi nisbətən dəyişdirilərək və yaxud tam saxlanılaraq yenidən paylaşılması. Bu məzmun veb saytınızın hər bölməsinə eyni məzmunu və ya xəbəri yerləşdirdiyiniz zaman da ortaya çıxa bilər. (Məs: veb saytın hər bir bölməsinə “şirkətimiz anlaşma imzaladı” xəbəri yerləşdirmək kimi)
Məzmun kirliliyi: Bəzi veb saytların əsas məqsədi axtarış sistemlərində demək olar bütün sorğularda ilk sıralarda yer almaqdır. Bunun üçün müəyyən məbləğ qarşılığında insanlar tapır və onlara müxtəlif mövzularda heç bir dolğun məlumat əks etdirməyən, qısa, oxuyucular üçün heç bir dəyərə malik olmayan və açar sözlərlə doldurulmuş məqalələr yazdırır.
Aldadıcı məzmun: Axtarış nəticələrində “göz xəstəliyinin müalicəsi” başlığı altında olan sayta daxil olduğunuz zaman göz xəstəliyi ilə tamam əlaqəsiz bir reklam səhifəsi ilə qarşılaşmanız buna misaldır.
Yüksək reklama sahib səhifələr: Daxil olduğunuz zaman məzmundan çox reklamla qarşılaşdığınız səhifələrdir. Əsasən ölkəmizdəki bir neçə xəbər saytlarında görə biləcəyiniz bu vəziyyət, alqoritmlər tərəfindən xoş qarşılanmır.
Cəzalandırıldığımı necə bilə bilərəm?
Ümumiyyətlə hər hansı bir alqoritm tərəfindən cəzalandırıldığınızı öyrənmək istəyirsinizsə və pullu checker alətlərdən istifadə etmirsinizsə, güncəlləmənin olduğu tarixə baxın və həmin tarixdə trafikinizdə kəskin bir azalma meydana gəlib mi deyə qarşılaşdırın.
Ancaq, bunu edərkən diqqətli olmalısınız. Çünki alqoritmlə əlaqəsiz bir mövzudan meydana gələn trafik azalması da yaşanmış ola bilər. Məsələn, rəqib şirkət axtarış nəticələrində sizin önünüzə keçmiş ola bilər. Yaxud tutaq ki, mövsümə bağlı işləyən bir sektordasınız (deyək ki, qış əyləncə mərkəzi) Yay aylarında saytınızın ziyarət sayı azalıbsa, bunu mütləq cəza verilib deyə şərh etmək düzgün deyil, bu təbii haldır.
Praktik olaraq Pandadan yaxa qurtarmağın ən yaxşı yolu, öz sahənizdə söz sahibi bir marka yaratmaq və keyfiyyətli məzmununuz səbəbindən istifadəçilərin yaddaşında daimi yer etməkdir.
Son olaraq, saytınızdakı məzmunlara bağlantılar verilməsi üçün əməkdaşlıq edin. Pulla alınan və yaxud toplu verilən bağlantılardan uzaq durmağınız məsləhət görülür. Proses nə qədər təbii şəkildə yerinə yetirilirsə, cəza alma ehtimalınız o qədər azalır.
Pandadan necə yan keçmək olar?
SEO sahəsində Panda alqoritmindən cəza alanlar bundan xilas olmağın çox çətin olduğunu vurğulayırlar. Bununla birlikdə, Panda güncəlləməsinin əsasən veb sayt / məzmun keyfiyyətinə əsaslandığı göz önünə alındıqda, veb saytınızın vəziyyətini yaxşılaşdırmaq üçün tətbiq etməli olduğunuz bir neçə yol var. Bunlar:
1. Saytı əlaqəsiz də olsa məzmunla doldurmayın
2. Keyfiyyəti, yazının dərin araşdırmaya əsaslanması və qrammatika qaydalarına riayət olunması.
3. Səhifədəki məzmun/reklam faizinin yüksək olmaması, oxunaqlığın itməməsi üçün klassik olaraq sağı solu bannerlə doldurmayın.
4. Səhifənin məzmununun, istifadəçinin axtarış sorğusuna uyğun olmasına şərait yaratmaq.
5. Keyfiyyətinə əmin olmadığınız bir sayta link verərkən nofollow etiketindən istifadə edin.