Menu

AZ EN RU
Əsas Xəbərlər Bloq Yazıları Doğru Araşdırma Necə Edilir?

Doğru araşdırma necə edilir?

2019-11-27

Son zamanlarda insanlar axtarış etmək üçün birbaşa sosial şəbəkələrə üz tuturlar. Buna misal olaraq Picsartın adını çəkə bilərik. Axtarış brauzeri olaraq isə ən çox Google-dan istifadə edirlər. Azərbaycanda da ən çox istifadə olunan brazuer Google hesab edilir. 

Hər gün milyonlarla axtarış edilsə də, düzgün və dəqiq məlumatı tapmaq düşünüldüyü qədər asan deyil. Doğru araşdırma etmək üçün dəqiq olaraq nə axtardığını və harada axtarmalı olduğunu bilmək lazımdır. 

Bu blog yazımızda 6 addımda doğru araşdırma etmək barədə danışacayıq. 

Daha bir axtarış et

Bəzən insanlar axtarış edərkən qarşılarına çıxan ilk mənbədəki məlumatla kifayətlənirlər. Amma çətin mövzu üçün sadə axtarış bir çox hallarda düzgün cavabı tapmaq üçün bəs etmir. 
İki və ya üç dəfə axtarış etmək mövzunu daha ətraflı araşdırmaq üçün əlverişlidir. 

Mənbənin etibarlı olmasını yoxla

Axtarış edərkən daxil olduğunuz saytın etibarlı olmasına əmin olmaq lazımdır. Hər saytdan araşdırma edib nəsə yazmaq düzgün deyil. Öncəliklə saytı analiz etmək lazımdır. Daxil olduğunuz sayt axtarış etdiyiniz mövzu üzrə fəaliyyət göstərirmi? Axtardığınız cavab dolğun şəkildə qeyd edilibmi? Bu və bu kimi nüanslara diqqət etməklə saytın etibarlı olmasını təyin etmək laızmdır. 
Bir veb saytın etibarlı olub-olmamasını yoxlamağın digər yolu isə sosial mediya və ya hansısa forumlarda sayt haqqında yazılanları oxumaqdır. Beləliklə siz istinad etmək üçün doğru mənbəni tapa biləcəksiniz. 

Faydalı: Yaxşı kontent yazarı olmağın 9 əsas yolu

Axtarış edərkən təxmini cavabı sualda yazma

Deyək ki, axtarış edilib və təqribi məlumatlar da toplanılıb. Amma bu məlumatların dəqiqliyini yoxlamaq üçün təkrar axtarışlar edirsiniz. Bu halda tapdığınız məlumatı sual şəklində yenidən axtarış butonuna daxil etmək yanlışdır. Çünki belə olanda siz yenə yanlış məlumatlarla qarşılaşa bilərsiniz. Ona görə də axtarış edərkən tapdığınız cavabı soruğu olaraq daxil etməyin. 

Geniş miqyaslı axtarışa başlayıb daha sonra konkretləşdir

Axtarışa başlayarkən geniş miqyaslı axtarış etmək lazımdır. Tapdığınız məlumatları araşdırdıqdan sonra isə sizə lazım olan məlumata yaxın olan açar sözləri seçib konkret cavabı tapa bilərsiniz. 

Açar sözləri qarşılaşdır

Bəzən lazım olan məlumatı tapmaq üçün fərqli suallarla axtarış etmək lazım olur. Bu məqamda açar sözlər əsas rol oynayır. Fərqli suallarla axtarış edərək hansı açar sözün daha çox məlumat əldə etməyinizə səbəb olduğunu təyin edə bilərsiniz. Daha sonra isə elə o açar sözlə axtarışa davam edin. 

Fərqli məzmunlar (şəkil, video, pdf və s.) axtar

Axtarış edərkən nə axtardığını bilmək lazımdır. Bəlkə də axtardığınız məlumat brazuerdə yazılı şəkildə deyil, məhz şəkil və ya video olaraq yer alıb. Məsələn, siz yeni cv hazırlayacaqsınızsa, onunla bağlı şəkillər üzrə axtarış etməyiniz daha effektlidir. Ola bilər ki, siz çox dadlı yemək bişirmək istəyirsiniz və bişirmək istədiyiniz yeməklə bağlı araşdırma edirsiniz. Bu halda video üzrə axtarış etməlisiniz.

Qeyd edilən nüanslara diqqət etməklə lazım olan məlumatı daha dəqiq və etibarlı mənbədən tapa bilərsiniz.