Kontent yazmaq nə düşünüldüyü qədər çətin, nə də göründüyü qədər asandır. Bəs yaxşı kontent müəllifi olmaq üçün nə etmək lazımdır?
1. Yaxşı oxucu və müşahidəçi ol
2. Empatiya qur
3. Kontenti yazdığın dili və o dilin qrammatikasını yaxşı bil
4. Mükəmməllikdən uzaq ol
5. Kontentin axtarış zamanı ön sırada olsun
6. Davamlılıq
7. Başlıqlardan istifadə et
8. Kontent yazarının etməli olduğu məşqlər
9. Motivasiya
1. Yaxşı oxucu və müşahidəçi ol
Yaxşı kontent müəllifi olmaq istəyirsənsə, oxuduğun yazı və məqalələri ətraflı araşdırmalı, diqqətlə analiz etmək lazımdır. Diqqətini çəkən yazıları xatırla. O yazılar hansı amilə görə diqqətini cəlb edib?
Şəxsi müşahidələr aparmaq sizi əsas hədəfdən uzaqlaşdıra bilər. Amma istifadəçi təcrübəsini öyrənməyiniz üçün yaxşı yol ola bilər. İzləyiciyə daha çox nəyin lazım olduğunu bilmək üçün mümkün olduğu qədər daha çox məqalə oxumaq lazımdır. Bununla yanaşı film izləmək, rəsmlərə baxmaq və onları da daha sonra ətraflı analiz etmək məhsuldarlığınızı artıracaq.
2. Empatiya qur
Yazılacaq kontenti sırf kontent olsun deyə yox, oxucu ilə empatiya qurmaq, faydalı məlumat vermək üçün yazmaq lazımdır. Nəyisə yazarkən məqsəd oxucunun o yazıdan nə öyrənəcəyini aydınlaşdırmaqdı. Bu yazını kim oxuyur, oxuyanlara nə dərəcədə maraqlıdı və ən əsası izləyici sizin sayt və ya blogunuza yenidən geri qayıdacaqmı?
3. Kontenti yazdığın dili və o dilin qrammatikasını yaxşı bil
Hansı dildə və hansı mövzuda yazmağınızdan asılı olmayaraq həmişə kontenti yazdığınız dilin qrammatikasına əsasən doğru yazmaq lazımdır. Yazılan kontentin oxunaqlı, anlaşılan olması oxucunun mütləq ki diqqətini çəkəcəkdir. Durğu işarələrinin düzgün istifadəsi isə bu işə ayrı məna qatır.
4. Mükəmməllikdən uzaq ol
Diqqət ediləcək çox məsələ var. Zamanla bütün yazı qaydalarını mənimsəyirik və artıq düzgün yazmaq bizdə vərdiş halını alır. Amma aşırı mükəmməl olmaq bəzən işi axsada, zaman itkisinə səbəb ola bilir. Daha yaxşı olsun deyə sərf edilən zaman həm də məhsuldarlığı azaldır.
5. Kontentin axtarış zamanı ön sırada olsun
Burada rəqəmsal marketinqin texniki problemlərini, həm də yaxşı kontent yazmağın vacib məqamlarını qeyd etmək lazımdır.
Texniki olaraq:
Yazacacağın yazı hansısa veb saytda yayımlanacaqsa, axtarış motorları tərəfindən kontentin tanınması və ön sıralarda olması üçün seo optimizasiyaya uyğun yazmaq lazımdır. Son illərdə Google və digər baruzerlər yenilənən alqortimtləri vasitəsilə ən yaxşı kontenti üst sıralarda göstərməyə çalışırlar. Bunu nəzərə alaraq kontent yazmaq isə kontent müəllifinin ən birinci iş prinsipi olmalıdır.
Ən yaxış kontent oxucuya fayda verən kontentdir.
Oxucuya fayda verməyən kontenti yazmaq boşuna zaman itirməkdir. Zamanla yanaşı müəyyən müddət sonra oxucu kütləsi də azalacaq. Çünki sayta daxil olan istifadəçi hər dəfəsində ona lazım məzmunu tapmayanda artıq müəyyən müddətdən sonra həmin sayta daxil olmayacaq. Sayta giriş sayının azalması da Google axtarış sıralamasında təsir edən faktorlardandır.
6. Davamlılıq
Kontenti sistemləşdirilmiş şəkildə hazırlamaq lazımdır. Sistemsiz görülən iş gec bitər və bu da insanı motivasiyadan salar. Bu isə işin davamlı olmaması ilə nəticələnə bilər.
İşi, yəni kontent yazmağı öncədən müəyyən edilmiş plana uyğun etmək daha effektiv olacaq. Əgər kontent yazmaq davamlı olacaqsa, mütləq şəkildə başlamazdan öncə nəyi necə edəcəyini təyin edərək, yazılacaqları qısa başlıq olaraq qeyd edib işə başlamaq lazımdır.
7. Başlıqlardan istifadə et
Yazıda istifadə olunan başlıqlar oxucuya oxuduğu hissə ilə bağlı düşünüb analiz etməsi üçün zaman verir. Başlıqlardan istifadə etmək həm də yazının axıcı olmasını təmin edir. Bu blog yazısını bir də başlıqlar olmadan bütün mətn şəklində düşünün. Çox sıxıcı və maraqsız görünəcəkdi, doğrudur? Ona görə də yazarkən mütləq mətni hissələrə bölmək və o hissələr arasında başlıqlardan istifadə etmək lazımdır.
8. Kontent yazarının etməli olduğu məşqlər
İstənilən işdə məşq etmək, təcrübəyə sahib olmaq sizi o işin peşəkarı edə bilər. Kontent yazarlığı da istisna deyil. Həvəs və maraqla edilən məşqlər daima uğura aparır. Bəs kontent yazarının edə biləcəyi məşqlər hansılardır?
8.1 Qəribə və əlaqəsi olmayan açar söz məşqi
3-5 ədəd bir biri ilə əlaqəsi olmayan açar sözlər seçib bunlarla bağlı maksimum uzun və mənalı məzmun yazmaq kontent yazarını sahəsi üzrə inkişafına səbəb olur. Burada əsas məsələ seçilən açar sözlərin aktual olmasıdır.
8.2 Eyni şeyi təkrar izah etmək
Bir cümlə və ya hansısa başlığı fərqli sözlərlər mənasını dəyişmədən yazmaq yaxşı kontent yazarı olmaq üçün edilməsi lazım olan məşqlərdəndir. Oxuyarkən sıxıcı gələ bilər, amma bunu etmək size bu işin peşəkarı edə bilər. Bundan savayı bu vərdişlə beynin hadisələrə qarşı fərqli reaskiya vermək funskiyası da formalaşacaq.
9. Motivasiya
“Moskva birdən qurulmadı!”
Bu cümləni yəqin ki çox eşitmisiniz. Əsasən də hansısa işə başlayanda və bu iş alınmayanda eşidirik sözügedən cümləni. Cümlədə də deyildiyi kimi heç nə birdən birə olmur. Yaxşı kontent yazarı olmaq da zaman, öyrənməyə həvəs tələb edir. Bu blog yazısında qeyd olunanlardan yola çıxaraq araşdırmalar edib bu işin peşəkarı ola bilərsiniz.