Bu həftə Firefox brauzerinin yenilənmiş versiyası təqdim edilib. Yenilənmiş versiyada Google Analytics daxil olmaqla bütün trackerlər avtomatik olaraq bloklanıb. Bu isə o deməkdir ki, istifadəçilərin Forefox-un son versiyasından istifadə etmələri trafik məlumatlarına təsir edə bilər. Lakin rəsmi olaraq verilən açıqlamaya əsasən deyə bilərik ki, sözügedən yenilənmə Google Analytics məlumatlarının bir çox qisminə təsir etməyəcək. Bu isə SEO optimizasiya ilə məşğul olanlar və sayt rəhbərləri üçün olduqca vacib xəbərdir.
Yenilənmənin əsas məqsədi istifadəçilərin onlayn addımlarını gizli tutmaqdır. Belə ki, Təkmilləşdirilmiş İzləmə Mühafizəsi (Enhanced Tracking Protection) sayəsində saytlar istifadəçini təqib edə bilməyəcəklər. Firefox brauzerini ilk dəfə yükləyənlər üçün bu özəllik avtomatik olaraq qurulacaq. Öncədən istifadə edənlər üçün isə yaxın zamanda bu özəllik brauzerə əlavə ediləcəkdir.
GOOGLE-DA "RİCH RESULTS TEST" YENİLİYİ
Qeyd edək ki, şirkət 2018-ci ilin oktyabr ayında Enhanced Tracking Protection özəlliyinə sahib olan Firefox 63 versiyasını yayımlamışdı. Bu xüsusiyyət onlayn gizliliyi artırmaq üçün üçüncü tərəf izləyiciləri (trackerləri) bloklamağa xidmət edirdi. Burdan yola çıxaraq demək olar ki, son yenilənmə Firefox 63-ün təkmilləşdirilmiş versiyasıdır.
Firefox brauzerinin son versiyasını yükləmək üçün linkə keçid edə bilərsiniz.