Məzmun marketinqini inkişaf etdirmək üçün 3 nüans
Məzmun marketinqi müəyyən bir auditoriyanı cəlb etmək və ya saxlamaq, qazanclı müştəri fəaliyyətini idarə etmək üçün dəyərli, əlaqəli və ardıcıl məzmunun yaradılması və yayılmasına yönəlmiş strateji marketinq yanaşmasıdır.
Bəs məzmun marketinqini inkişaf etdirmək üçün nələrə diqqət etmək lazımdır?
1. Auditoriyanızı yaxşı tanıyın
Sahib olduğunuz hədəf kütləsini nə qədər tanıyırsınız?
2019-cu ildə aparılan B2B araşdırmalarında məlum olmuşdur ki, məzmuna yönəlmiş marketoloqların 42%-ə qədəri müştərilər arasında sorğu apararaq hədəf kütləsinin maraqlarını aşkarlamışdır. Həmçinin araşdırmalar nəticəsində məlum olmuşdur ki, məzmuna yönəlmiş marketoloqların 61%-i auditoriyanın nə istədiyindən xəbərsizdir.
Hədəf kütlənizin nəyə dəyər verdiyini bilmirsinizsə, auditoriyanızda rezonans doğuran məzmunu necə yarada bilərsiniz?
Nə etmək olar?
Bir auditoriyanı ərsəyə gətirmək və genişləndirmək üçün onların maraq dairələrini, ehtiyaclarını nə qədər yaxşı bildiyinizi analiz edin.
Müştəri xidmətlərinin və ya satış komandasının potensial müştərilərlə apardıqları danışıqlara nəzarət edərək onların nəyi istədiklərini izah edərkən istifadə etdikləri sözləri təyin edin.
2. Hədəf kütlənizin ehtiyac və maraq dairələrinə rəhbərlik edin.
Müştərilər üçün önəmli olan onların ehtiyaclarıdır. Bu səbəbdən marka mesajlaşmaları onların diqqət mərkəzində olmaya bilər. Məzmun marketinqini uğurlu hesab edənlərin 90% -i "izləyicilərin məlumat ehtiyaclarını satış və ya təqdimat mesajlarından üstün tutduqlarını" söyləyirlər.
Əmin olun ki, B2B müştəriləri məhsul və ya şirkət məlumatlarınıza ehtiyac duyurlar. Önəmli olan isə lazımi məlumatı doğru zamanda təqdim etməkdir.
Nə etmək olar?
Tərtib edilən məzmun yalnız markanın marketinq ehtiyacını qarşılamamalı, həmçinin hədəf kütlənizi məlumatlandırmalıdır. Hədəf kütlənizin hansısa problemi həll edərkən, bu problemə dair həll yollarını araşdırarkən və ya bir satış həyata keçirərkən nələrə ehtiyac duduqlarını düşünün.
Faydalı: Məzmun və Məzmun Marketinqi: 2 Fərqli Anlayış
3. Auditoriyanın etibarını qazanın və bunu əbədi olaraq saxlamağa çalışın
Bəllidir ki, insanlar etibar etdikləri şirkətlərlə iş görür və o şirkətləri kimlərəsə tövsiyyə edirlər. Müştəri etibarı ilə bağlı aparılan soruğuda iştirak edən bütün məzmun marketoloqlarının 68%-i son 12 ay ərzində izləyici etibarını qazanmaq üçün məzmun marketinqindən uğurla istifadə etdiklərini bildirmişlər.
Nə etmək olar?
İzləyicinin etibarını qazanmaq üçün aşağıdakı 3 əsas xüsusiyyət olmalıdır:
1. Uyğun risk (dəyəri bilinməmiş nəyisə tələb etməyin)
2. Ardıcıl (etibarlı məzmunu zamanla mütəmadi olaraq paylaşın)
3. Şəxsi (istifadəçinin təqdim etdiyi etibarlı məlumatlara əsaslanmaq)
Qeyd: Daima ən yaxşı məzmunu tərtib etməyə çalışın. Hədəf kütlənizin nə istədiyini və nəyə ehtiyac duyduğunu bilməyinizə kömək edəcək əlaqələr qurun. Bir mövzunu sizdən daha yaxşı bilənlər olduğu halda, yazılarınızda onları məsləhət görməkdən çəkinməyin.