Menu

AZ EN RU
Əsas Xəbərlər Rəqəmsal Xəbərlər Facebook Reklamlarının Təsir Gücünü Daha Da Artırmaq Və Büdcəni Düzgün Xərcləmək Üçün Bu Yolları Bilməlisiniz

Facebook reklamlarının təsir gücünü daha da artırmaq və büdcəni düzgün xərcləmək üçün bu yolları bilməlisiniz

2019-07-25

Facebookda cəlbedici reklam mətni necə yazılır deyə düşünürsünüzsə, o zaman bu yazı sizin üçündür. Məqalədə effektiv Facebook reklam mətni yazmağın üsulları ilə tanış olacaqsınız. 

1. “Beləliklə” ifadəsindən istifadə edin. 

Facebook reklam mətnlərində edilən səhvlərin çoxu məhsul və ya xidmətin faydaları əvəzinə özəlliklərinin yazılmasıdır. Məhsul özəllikləri belə ola bilər:

A. Su altında işləyən telefon
B. günəş enerjisi ilə işləyən saat
C. bluetooth vasitəsi ilə işləyən qulaqcıq

Bu özəlliklər cəlbedicidir. Lakin birinin niyə məhsulu almasının zəruri olduğunu açıqlamır. İstifadəçilər daha çox məhsulun faydalarını və o məhsulu almaq üçün onlara lazım olan səbəbləri bilmək istəyirlər. Yuxarıdakı özəlliklərin siyahısına yenidən baxarkən onların üstünlüklərini belə də görmək olar:

Su altında işləyən telefon -> İstirahətdə olarkən su altında rahat çəkim etmək artıq mümkündür 

Günəş enerjisi ilə işləyən saat -> saatınız avtomatik enerji yığabiləcək və beləliklə "saatın daşı qutardı" tipli problemlərlə üzləşməyəcəksiniz

bluetooth vasitəsi ilə işləyən qulaqcıq --> uzun ipli qulaqcıqların istifadəsi zamanı yaranan narahatçılıqlardan xilas olmaq üçün

Hər zaman faydalardan bəhs edəndə ən effktiv üsul “beləliklə” sözünü işlətməkdir. Bir istifadəçinin məhsulu niyə almasının lazım olduğunu izah etmək üçün facebook reklam mətnində hər səbəbi detallı şəkildə izah etməyə çalışın. Müştərilər nə qədər məlumatlı olsa, satın alma davranışına o qədər meyilli olurlar.

2. Cavabı “Bəli” olan suallar verin. 

En güclü Facebook reklam mətni yazma texnikalarından biri də hədəf kütləsini iki fərqli hissəyə ayırmaqdır. 

Adətən reklamları potensial müştərilərin görməsi və onlarla maraqlanması hədəflənir. Önəmli olan sizin nə paylaşmaq istədiyiniz deyil, potensial müştərinin nəyi görmək istədiyidir. 

Hədəf kütləsini fərqləndirməyin ən asan yollarında  biri cavabı “bəli” olan sualları verməkdir. Bunlar yalnız hədəflədiyiniz müştərilərin bəli deyəcəyi suallardır. 

Belə sualları reklam mətninin ən üst hissəsində yazmaq daha effektivdir. Potensial müştəriləriniz ilk sətri oxudularsa, o zaman mətni tam oxuyacaqlar. Ən yaxşı nəticə göstərən reklam mətni “Facebook reklamları çox sıxıcı görünür?” sualı ilə başlayan reklam mətnləridir. Bu, Facebook reklamlarından istifadə edən, lakin məmnun qalmayanları hədəfləyən reklam növüdür.

Hədəflənməyən birisi (məsələn, başqa bir Facebook mütəxəssisi) bu reklamı görərsə, ilk sətir onlara maraqlı gəlməyəcəyi üçün reklama klik etməyəcəklər. 

3. Qarşılıqlı maraqlar yaradın

Facebook-da etibarlılıq olduqca vacibdir. Bir şey göndərdiyiniz və ya bir reklam yayımladığınız zaman platformadakı minlərlə digər reklam verənlərə və istifadəçilərə qarşı mübarizə aparırsınız. Kimsə sizi tanımırsa, onların diqqətini çəkmək üçün çox çalışmalısınız.

Ümumiyyətlə insanlar reklamları sevmirlər. Brendinizi tanımayan kütləni hədəfləyirsinizsə, reklamlarınızı onlara uyğun etmək üçün hər fürsətdən istifadə edin. Bunu qarşılıqlı maraq doğuran məsələlər haqqında danışmaqla edə bilərsiniz. Misal üçün, yerləşdiyiniz ərazi ilə bağlı danışa bilərsiniz. Əgər müəssisə olaraq ətrafınızdakı insanları hədəfləyirsinizsə, reklam paylaşımınızda ünvanı qeyd etmək daha effektiv üsuldur. 

İzləyicilərinizlə bölüşdüyünüz qarşılıqlı maraqlar barədə düşünün və bu mövzularda danışmağa çalışın. O zaman sizə güvənməyə başlayacaqlar.

Oxşar Xəbər: Reklam Rəylərini Avtomatikləşdirməyin üstünlükləri

4. Reklam mətnində rəqəmlərdən istifadə edin. 

Facebook reklam mətnlərində rəqəmlərdən istifadə etmək diqqət çəkməyin ən əsas üsullarından biridir. Məsələn, “Müştərilərin 27%-nə daha çox gəlir əldə etməsi üçün kömək olduq” yazısı ilə əldə edilən baxış sayı “Yüz üzərindən iyirmi yeddi faizinə daha çox gəlir əldə etməsi üçün kömək olduq” yazısından daha çoxdur.

Statistik rəqəm nə qədər dəqiq olarsa, o qədər effektivdir. Həmçinin rəqəmlərin yazılması sosial olaraq görülən işlərin sübutu üçün də əsaslı və etibar edilən bir üsuldur.

5. Fəaliyyətinizlə əlaqəli aydın, tək bir çağırış edin.

Şübhəsiz ki, Facebook reklamlarınızın ən vacib hissəsi hərəkətə keçirici mesajlardır (CTA). Bu insanları sizin məhsul və ya xidməti almağa təşviq edən bir hərəkətdir. CTA olaraq adlandırılan bu addım aşağıdakılardan biri ola bilər: 

A. Pulsuz dərslərimizə üzv olun.
B.Facebook qrupumuza qoşulun.
C. 50% təklifinizi buradan əldə edin və sair.

Sadalananlardan hansının olmasından asılı olmayaraq istifadəçini xidmət və ya məshulu almağa təşviq edən bir səbəb olmalıdır. İkinci bir səbəbin olması artıq uğursuz reklam mətni deməkdir. 

6. URL nüsxəsini reklam mətninə əlavə edin.

Facebook reklam mətnini yazarkən həmişə açılan səhifənin URL-sini yazıya əlavə etmək yaxşı fikirdir.

Məlumdur ki, Facebook səhifənizin URL qutusuna bir URL qoymağı tələb edir. Eyni zamanda linki həm də mətnə ​​daxil etmək ağıllı bir hərəkətdir. Bu addım iki qat üstünlük verir.

İstifadəçilər əsasən reklamla qarşılaşmağı istəmirlər. Bu səbəbdən reklamlar normal paylaşımmış kimi hazırlanmalıdır. Buna görə də URL-nin mətnə daxil edilməsi faydalıdır. Belə olan halda istifadəçi reklamı deyil, sıradan bir paylaşımı gördüyünü düşünəcəkdir. Bu, birinci üstünlük sayılır.

Təkcə reklamdakı şəkil və ya CTA düyməsini klik edən istifadəçiyə etibar etmək istəmirsiniz. Hədəf kütlənizə açılış səhifənizə klikləmək və təklifinizi qəbul etmək üçün daha çox imkanlar verin. Bu isə ikinci üstünlükdür.

Nəticə

Sadalanan reklam mətni strukturları xidmət və məshula görə dəyişir. Facebook reklamlarında uğurlu olmaq üçün dəfələrlə test etmək lazımdır. Zamanla müəssisənizə fayda verəcək reklam mətnini formalaşdıra və effektiv üsullar aşkarlaya biləcəksiniz.