Menu

AZ EN RU
Əsas Xəbərlər Rəqəmsal Xəbərlər Reklam Rəylərini Avtomatikləşdirməyin Üstünlükləri Və Dark Post Nədir?

Reklam rəylərini avtomatikləşdirməyin üstünlükləri və Dark Post Nədir?

2019-06-12

Marketinq strategiyanızda Facebook-da ödənişli reklamlardan istifadə edirsinizsə, bilməlisiniz ki, hər bir şərhi izləmək yaxşı nəticə almaq üçün kifayət etmir. Həmçinin diqqətlə analiz etmək lazımdır. Yəni, yalnız müştəriyə qulaq asmaq yox, həm də onu dinləmək lazımdır. Bu, bir növ suallara və təkliflərə cavab vermək, müzakirələrdə iştirak etmək deməkdir. Cavab vermə müddəti müştəri məmnuniyyətinin əsas səbəblərindən biridir. Bu səbəbdən yazılan şərhləri vaxtında cavablandırmaq lazımdır. 

PwC Global Consumer Insights sorğusuna əsasən satınalma üçün ən effektli yol sosial şəbəkələrdən keçir. 

 

Bundan əlavə insanların bir çox qismi sosial medianı məhsul və ya xidmətlər ilə bağlı fikir, təhlil və tövsiyələrin böyük mənbəyi kimi istifadə edirlər. Müsbət yazılan fikirlərlə bərabər mənfi olan şərhlər də olur. Belə olan halda sual yaranır:

Mənfi və ya spam olaraq yazılmış şərhlər olarsa, nə edirsiniz?

Almaq istədiyiniz məhsulu tapmaq üçün sosial mediadan istifadə etdiyinizi və bu məhsul ilə bağlı reklam gördüyünüzü düşünün. Məhsul haqqında yazı, şəkil və ya videonun möhtəşəm görünməsi satın almanız üçün kifayət edirmi? Yoxsa başqalarının da fikirlərini oxuyub daha sonra qərar verirsiniz? 

İstifadəçilərin çoxu başqalarının fikirlərinə nəzərən qərar verirlər. Çox sayda mənfi şərh gördükdə isə təbii olaraq məhsulu başqa yerdə axtarmağa başlayacaqlar. Bu səbəblə Facebook reklamlarınıza yazılan şərhləri mütəmadi olaraq izləmək olduqca önəmlidir. Bunu etmədikdə isə siz yalnız reklam üçün ayrılan büdcənizi deyil, həm də potensial müştərilərinizi itirə bilərsiniz. 

Müştərilər daha çox tələbkardırlar və tez bir zamanda yazdıqlarına cavab almaq istəyirlər. Bu halda Facebook kampaniyanızın idarə olunmasını avtomatlaşdırmaq daha çox faydalı olacaqdır. Paylaşımlarınıza yazılan şərhlərə qısa müddət ərzində cavab verməyiniz istifadəçilər arasında daha çox maraq doğuracaq və sizin işinizdə nə qədər məsuliyyətli olmağınıza dair bir işarə olacaqdır. Avtomatik cavablar şikayət və ya mənfi fikirlərlə asanlıqla məşğul ola bilər. Hətta bu funksiya sayəsində troll və ya rəqibləriniz tərəfindən yazılan uyğunsuz şərhlər də paylaşımınızda gizlədiləcəkdir.
 

Siz həmçinin spesifik qaydalara nəzərən trigger (yəni reklamlara hərəkətə keçirici xüsusiyyətlər) müəyyən edə bilərsiniz. Parametrlərdə bütün şərhlərə və ya yalnız darkpost reklamlarına təsir edəcək dəyişikliklər edə bilərsiniz. 

Dark Post nədir?

Dark Post reklamları Facebook Ads Manager səhifəsindəki Page Posts vasitəsilə yaradılan reklam növüdür. Facebookda standart reklamlardan fərqli olaraq Dark Post reklamlarında reklam ediləcək postu öncədən paylaşmağa ehtiyac olmur. Bu funskionallığına görə bəzən Dark Post əvəzinə Unpublished Post (dərcedilməmiş paylaşım) adlandırılır.

Həmçinin standart reklamlardan fərqli olaraq Facebook Dark Post reklamlarını şəxsi profilinizin timeline bölməsində də paylaşa bilərsiniz. Bu səhifədə çoxlu reklamın olmaması üçün ideal üsuldur.  

Dark Post reklamları necə yaradılır?

Facebook Dark Post reklamı yaratmaq üçün öncəliklə facebook business manager daxil olursunuz. Daha sonra: 

1) Create manage başlığından page posts seçiminə klik edin

2) Daha sonra açılan səhifənin sol yuxarı hissəsində Dark Postu hansı səhifə üçün yaradırsınızsa, o səhifəni seçin

 3) Növbəti addımda isə açılan pəncərədə create post edilir və “only use this post for an ad”, yəni bu postu yalnız reklam üçün seçin seçiminə klik edin.

Darkpost reklamlarınıza gələn mənfi və ya spam şərhləri gizlətmək üçün parametrlərdə hansı dəyişiklikləri etmək lazımdır? 

Gələnlər  bölməsinə daxil olaraq sağ üst küncdə Automoderation (avtomatikləşdirmə) linkinə keçid edin. Daha sonra yeni pəncərə açılacaq və bu pəncərədə yeni qayda əlavə et seçimini edərək öz qaydalarınızı tərtib edə bilərsiniz. 

Sadəcə bütün ayarlara nəzər yetirin. Daha sonra qaydanızı adlandırıb aid olmasını istədiyiniz səhifənizi qeyd edin. Ardınca trigger və hansı paylaşım/şərhlərə aid olacağını seçmək lazımdır. Qeyd etdiyiniz qaydanın yalnız seçilmiş istifadəçilər üçün tətbiq olunmasını istəyirsinizsə, istifadəçi etiketindən də yararlana bilərsiniz.

Tərtib etdiyiniz yeni qaydanın işlək vəziyyətdə olacağı günü və saatı da seçmək mümkündür. Bunu etmək üçün ilk olaraq Qaydalar cədvəli (Rule schedule) butonunu seçmək lazımdır. Daha sonra tətbiq etmək istədiyiniz vaxt intervalını qeyd edin. Cədvəldəki boz rəng tərtib etdiyiniz qaydanın işləyəcəyi zamanı göstərir.

Dark Post reklamlarının üstünlükləri nələrdir?
Niyə Dark Post reklamlarından istifadə edilməlidir?

1) Dark Post reklamları ayrılan büdcəyə qənaət etmənizi və daha çox strateji, hədəflənmiş sosial məzmun yaratmağa imkan verir. Həmçinin müxtəlif reklamları fərqli auditoriyalara yönəldə bilərsiniz. 

2) Eyni zamanda hər iki qrupu xüsusi reklamlarla hədəfə ala bilərsiniz. Bu üsul ilə tam olaraq hədəflədiyiniz kütləyə reklamınızı çatdırmaq imkanınız olur.
3) Məzmunu mühafizə edir. Dolayısıyla məzmunun spam kimi görünmə təhlükəsi aradan qalxır.
4) A/B testlər edə bilərsiniz. Üsul ilə siz hədəf kütlənizin fikrini daha dəqiq öyrənə və növbəti paylaşımlarınızda ona nəzərən məzmun yazırlaya bilərsiniz.