Menu

AZ EN RU
Əsas Xəbərlər Rəqəmsal Xəbərlər Bing Brauzerinin ​​​​"kəşf Et" Bölümü Indekslənməyəcək

Bing brauzerinin ​​​​"Kəşf Et" bölümü indekslənməyəcək

2019-07-11

Google son zamanlarda axtarış nəticələrindən Bing-in Kəşf Et bölümünə trafik göndərirdi. Lakin aparılan son araşdırma nəticəsində məlum olub ki, Google Bingin discover bölümünə aid bütün linkləri aradan qaldırıb. 

Twitter istifadəçisi Edd Vilsonun paylaşımında yer alan SEMrush analiz nəticələri də bunu təsdiqləyir.

Göstərilən SEMrush datalarına əsasən demək olar ki, Google-dan Bing-in Kəşf Et bölümünə yönləndirilən trafik 2018-ci ilin sonlarına doğru artmağa başlamışdır. Google məsələyə müdaxilə etməmişdən öncə isə istifadəçi sayı artıq 4 milyonun üzərində idi. Lakin iyul ayında etdiyi düzəlişlərə əsasən Google Bing brauzerinin Kəşf Et bölümünə trafik göndərməyi dayandırıb. 

OXŞAR XƏBƏR: Google Search Console Yeniliyi

Google axtarış butonuna “site:www.bing.com/discover” yazdıqda Bing brauzernin Kəşf Et bölümünə dair hansısa məlumatın olmadığını görmək olar. 

Google Bing baruzeri niyə indeksləmir?
Bing-in Kəşf Et bölümü texniki olaraq ayrı brauzerə məxsusdur. Google isə başqa brauzerləri aşağı keyfiyyətdə dəyərləndiriyi üçün axtarış nəticələrinə link vermir. 

Bu düzəliş saytlara təsir edəcəkmi?

Sözügedən dəyişiklik bəzi saytlara təsir edə bilər. Hansı ki, onlar son bir neçə ay ərzində Bing şəkil axtarışından müəyyən trafik əldə ediblər. Düzəlişə əsasən Bing şəkil axtarışından gələn trafik öncəki səviyyəyə enəcək. Bundan savayı hansısa təsirin olacağı gözlənilmir.