Bir çox B2B şirkətlər hədəf kütləsini maraqlandıran məzmun tərtib etməkdə olduqca peşəkardırlar. Bunlara misal olaraq ağıla ilk gələnlər Google, IBM, Hubspot və digərləridir. Bu və digər B2B əsaslı şirkətlər məhsul və ya xidməti davamlı olaraq reklam etməkdə maraqlı deyillər.
B2B əsaslı şirkətin sosial mediada uğurlu olması üçün peşəkar yazılmış məzmunla yanaşı həm də, izləyici təcrübəsi arasında bir əlaqə olmalıdır. Nəticədə belə şirkətlər izləyicilərin sosial medianın faydalarını görə bilmələri üçün onlara nəyin lazım olduğunu bilməlidirlər.
Daima hədəf kütləsinin diqqət mərkəzində olmaq üçün bir sıra strateji addımlar vardır.
1. SMART hədəfləri təyin edin
Şirkətin sosial mediası üçün ölçüləbilən əsas performans göstəricisi (KPI) təyin etmək uğuru ölçmənin açarı sayılır.
KPI-ları təyin etmək üçün ilk olaraq markanıza görə uğurun nə anlama gəldiyinə qərar vermək lazımdır. Məsələn, sosial medianı satış məqsədlimi istifadə edirsiniz? Ya şirkətinizin blogunda daha çox trafik almaq istəyirsiniz kimi nüanslara əsaslanaraq müşahidə aparılacaqların nələr olduğuna qərar veriləcəkdir.
Məsələn, şirkətiniz potensial müştərilər axtarırsa, klik edilmə sayı kimi nüanslar önəmlidir.
2. Rəqibləri izləyin
Sosial media rəqibinizin marketinq strategiyası üçün əlverişli mühit ola bilər. Belə rəqib şirkətləri sosial mediada izləyə, hətta uğurlu paylaşımlarına baxaraq ilhamlana bilərsiniz.
Lakin rəqibləri izləmək onların etdiklərini təkrarlamaqdan ibarət deyil. Rəqib şirkət gündəmdə olan hansısa məsələ ilə bağlı paylaşım etmirsə, sözügedən paylaşımın sizin markanız tərəfindən olunması daha effektivdir. Belə fürsətləri axtarmaq və o fürsətlərdən yararlanmaq sizin rəqabətinizi daha da sağlam edəcəkdir.
3. Multimedia istifadə edin
Hansısa sosial platformaya yeni xüsusiyyət əlavə ediləndə bu, sosial media menecerləri üçün daha da maraql qarşılanır. Çünki onlar sözügedən yenilik və ya yenilikləri izləyiciləri arasında test edirlər. İnstagram hekayələri, Twitter sorğuları, LinkedIn sənədləri multimedia formatlarına nümunədir.
Sosial mediada multimedia məzmunu yaratmaq və yayımlamaq izləyicilərin diqqətini cəlb etmək üçün mühüm amillərdəndir.
Faydalı: Məzmun və Məzmun Marketinqi - 2 Fərqli Anlayış
4. İşçilərinizi vurğulayın
B2B əsaslı bir neçə şirkət işçilərin diqqətini çəkmək üçün bir sıra işlər görürlər. Bu, həm kiçik, həm də böyük şirkətlər üçün uğurlu sayılacaq addımlardandır. Bu vəziyyət işəgötürən şəxsin markalaşması üçün yaxşı fürsətdir.
İşçilərə yönəlmiş diqqət onların kənar yerlərdə öz iş yerləri ilə bağlı xoş sözlərin deyilməsi ilə də nəticələnir. Bu isə birbaşa markanın tanınmasına müsbət təsir göstərir.
5. Fərqli marka səsinə sahib olun
Bir müştərinin loqonuzu tanıdığı kimi markanıza məxsus olan səsi də tanıması üçün çalışmalısınız. Marka səsiniz dostca, rahat, rəsmi, müəmmalı, və ya əyləncəli olmalıdır. Əvəzsiz bir marka səsinə sahib olmaq həmçinin rəqiblərdən üstün olmağınıza səbəb olacaqdır.
6. Ardıcıllığı qorumaq
Sosial mediada paylaşımlarla bağlı ən əsas problem ardıcıllığı qorumaqdır. Yeni başlayırsınızsa, hər gün paylaşmaq əvəzinə izləyicilərinizin paylaşımlarına fayda verəcək məzmun tərtib etməyi planlayın. Ardıcıllığı qorumağın digər yolu isə planlayıcıdan istifadə edərək paylaşımları öncədən planlamaqdır.
7. Aktiv olun
Sosial media insanların bir-biri ilə əlaqə qurması üçün yaradılmışdır. Zaman-zaman markalar sosial mediada hökmranlıq etsələr də, əsas düşüncə dəyişilməz olaraq qalır.
Sosial mediada varlığınızı qorumağın ən əsas amili hədəf kütlənizin marağına səbəb olacaq çıxışları etməkdir. Bu çıxış və ya paylaşım markanızla birbaşa əlaqəli olmaya da bilər.