Menu

AZ EN RU
Əsas Xəbərlər Rəqəmsal Xəbərlər 3-Cü Nəsil Amd Ryzen Təqdim Olundu

3-cü Nəsil AMD RYZEN Təqdim Olundu

2019-05-27

“Məqsədimiz texnologiyanın sərhədlərini dəf etməkdir.”

Bu sözləri AMD şirkətinin təsisçisi Lisa Su Taypeydə keçirilən “Computex” sərgisində deyib.  Şirkət bu il 50 iliyini qeyd etmək məqsədilə rəqiblərindən fərqli olaraq yenilik etməyə çalışır.  

Dövrün ilk və ikinci nəsil Ryzen prosessorları ilə yaşadığı uğurlu performansdan sonra AMD şirkəti üçüncü nəsil Ryzen prosessorunu “Computex” sərgisində təqdim etdi. 

Ryzen 3 olaraq adlandırılan bu prosessor AMD-nin 7nm (nanometr) Zen 2 nüvə gücünə əsaslanır. Davamlılıq və rahatlıq baxımından da əvvəlki modellər kimi Ryzen 3 prosessoru da AM4 ştepselindən istifadə edir. 

Ryzen 3 prosessorunun üç modeli olacaq.

İlk model sayılan Ryzen 7 3700X AMD-nin giriş səviyyəli modeli olub 8 nüvə və 16 thread-ə malikdir. Həmçinin 3.6GHz ilə başlayan və maksimal 4.4GHz-ə qədər yüksələn sürətə sahibdir. 36 MB keş yaddaşı və 65 Watt TDP soyutma sistemini özündə birləşdirir. AMD mütəxəssisləri iddia edirlər ki, bu model İntel çiplərindən 28% daha sürətli olacaqdır. 

Digər model Ryzen 7 3800X də özlüyündə 8 nüvə və 16 thread-ə malikdir. 3700X ilə arasındakı fərq isə soyutma sisteminin 105 Watt TDP olması və sürətindədir. Belə ki, Ryzen 7 3800X sürəti 3.9 GHz ilə başlayır və maksimal 4.5GHz-ə qədər arta bilir.

YENİ PROQRAM İLƏ ƏŞYALARIN ADLARINI ÖYRƏNİN 

Nəhayət üçüncü və Ryzen ailəsinin zirvəsində yer alan model isə Ryzen 9 3900X adlanır. İntel Core i9-9920X modeli ilə açıq rəqabətə girməyə iddialı olan Ryzen 9 3900X modeli 12 nüvə və 24 thread-ə sahibdir. Bu model saatda 3.8GHz sürətlə işləyir. Lakin gücləndirmə sırasında maksimal sürəti 4.6GHz-ə qədər arta bilir. Həmçinin 70 MB yaddaşa sahibdir. Ryzen 7 3800X ilə oxşarlığı isə hər ikisində də soyutma sisteminin 105 Watt TDP olmasıdır.

Verilən test tapşırığında  Core i9-9920X ilə müqayisədə Ryzen 9 3900X 38 saniyəlik işi 32 saniyəyə bitirib. Bu isə AMD mütəxəssislərinin yeni prosessorun İntel çiplərindən daha sürətli olma iddiasını sübut edir. 

Üçüncü nəsil Ryzen prosessorun qiyməti nə qədər olacaq?

Öz çıxışında qiymətlərlə bağlı da açıqlama verən Lisa Su bildirib ki, hər üç model İntel Core i9-9920X prosessorundan xeyli ucuz olacaqdır. Belə ki, yeni nəsil prosessorun hər üç modelinin başlanğıc qiymətinin müvafiq olaraq 329$, 399$ və 499$ olacağı bildirilib.

Qeyd edək ki, hər üç prosessorun 7 iyul tarixində satışa çıxarılacağı gözlənilir.