Ay camaat, bu kontent marketinq ki var, çox qəliz məsələdir. Həm qəlizdir, həm də ki, vacib. Kontent marketinq üçün qiymət təklifi istəyən şirkətlərə yönəlik yazdığımız məqaləyə bu deyimlə başlamaq istəyirik. Məqalənin əsas məqsədi qiymət təklifinin hazırlanması üçün ehtiyac duyulan məqamlara dayanır. Kontent marketinq xidmətinin keyfiyyətli şəkildə icra edilməsi üçün bir çox məlumata sahib olmaq lazımdır. Bu məlumatlar isə qiymətə birbaşa təsir edir. Bəs qiymət təklifi əldə etmək üçün hansı məlumatları dəqiqləşdiririk?
Yeni kontent / Cari kontent üzərində editləmə
Qiymət təklifini çıxarmaq üçün ilkin bilməli olduğumuz məsələ kontentin yeni olub-olmamasıdır. Bəs niyə bunu bilməliyik? Çünki yeni kontent hazırlamaq üçün tələb olunan xüsusiyyətlər ilə cari kontent üzərində işləmə xüsusiyyətləri fərqlidir. Bura iş yükü, zaman və digər faktorlar daxildir. Yeni kontent hazırlanması digərindən daha çox zaman alır və digərinə nisbətən daha çox maliyyə gərəkdirir. Əgər cari kontentin üzərində editləmə olacaqsa, o halda cari kontentinizi audit edəcəyik. Audit etdikdən sonra isə nəyi edit edəcəyimizi müəyyənləşdirəcəyik.
Sektorun müəyyən olunması
Marketinq sferasında ən önəmli addımlardan biri olan sektor müəyyənləşdirilməsini unuda bilərik? Əlbəttə, xeyr. Yaradılan kontentin hansı sektor və kimin üçün hazırlanacağını müəyyənləşdirmədən ortaya dəqiq iş planı çıxarmağımız mümkün deyil. Kontentin mövcud olacağı sektoru dərindən incələmədən kontent hazırlamaq qaranlıq quyuya daş atmaq kimidir. Buna görə də biz həm sizdən, həm də araşdırmalarımız nəticəsində bazar barədə məlumat əldə edirik. Qiymət təklifi üçün hansı sektorda olacağımızı öncədən bilmək, işlərimizi daha da asanlaşdırır.
Koordinasiyalı şəxs tərəfindən izah / Öz təxəyyülümüzdən yazmaq
Kontent hazırlayan komandaya şirkət barədə detallı məlumat ötürülməlidir. Bu məlumatlar toplusuna isə Brif deyirik. Brifi bizim üçün şirkətiniz tərəfindən təyin olunmuş koordinasiyalı şəxs verə bilər. Brifə nələr daxildir? Şirkətin fəlsəfəsi, misyası, vizyonu, gördükləri işlər, xidmətləri və s. Bu məlumatlar bizə tam şəkildə ötürülmədiyi təqdirdə, komandamız araşdırma edərək sıfırdan şirkətiniz üçün kontent hazırlayır. Qiymət təklifini almaq üçün bu punkt çox önəmlidir. Çünki verilmiş məlumatlar əsasında hazırlanan kontent ilə sıfırdan hazırlanan kontent arasında fərqlər mövcuddur.
Kontentin dili (hansı dildə və neçə dildə?)
Qəm pəncərəsi filmində Kefli İsgəndərin fransızca danışdığı səhnədə dinləyicilərdən birinin “axı biz qanmırıq sən nə danışırsan” dəməsi yəqin ki, çoxunuzun yadındadır. Bu halın baş verməməsi üçün xitab etdiyiniz auditoriyaya uyğun kontent hazırlayırıq. Bunun üçün əvvəlcə auditoriyanızı düzgün analiz edirik. Əgər xitab etdiyiniz auditoriya üçün hazırlayacağımız kontentin dili 1 yox 1-dən çoxdursa, o zaman işin yükü birazda artmış olur. “Azərbaycan dilində yazıb, tərcümə edək” - deyirsinizsə, yanılırsınız. Çünki hazırlanan hər bir kontent hər bir dil daşıyıcısı üçün xüsusi olaraq yazılmalıdır. Buraya gündəlik sözlər, yumor, ixtisasa aid söz seçimi, dil daşıyıcısının düşüncə tərzi aiddir. Buna görə də kontentin dili ilk öncə məyyən olunmalı məsələlərdəndir.
Kontentin tonu
Heç indiyə qədər şirkətinizin kommunikasiya tonu barədə düşünmüsünüz? Bizim kontent marketinq xidmətimizin köməyi ilə heç düşünməyə ehtiyacınız da yoxdur. Şirkətinizin kommunikasiya tonunu öncədən müəyyən edərək işlərimizə başlayırıq. Hazırlanan kontentin auditoriyanız üçün hansı tonda olacağı çox vacibdir. Məsələn, şirkətinizin profilinə hansı tonun daha çox uyğun olduğunu biz təyin edirik. Şirkətinizin tonu ciddi, yumoristik, səmimi və s. ola bilər. Bunu müəyyən etmək üçün şirkətiniz barədə detallı məlumatı əldə edirik.
Kontentin təyinatı (məqsədi)
Məqsədsiz görülən bir işin uğurlu olacağına hər zaman şüphə edirik. Kontent xidməti üçün qiymət təklifinin verilməsində mühüm rol oynayan digər nüanslardan biri də kontentin təyinatıdır. Sizin üçün hazırlayacağımız kontentin məqsədini tam aydınlaşdırmadan ortaya iş qoymaq çətin məsələdir. Niyə çətindir? Çünki kontentin məqsədi bilinməsə, həm biz nə etdiyimizi bilməyəcəyik, həm siz nə istədiyinizi bilməyəcəksiniz, həm də müştəriləriniz nə dediyinizi anlamayacaq.
Belə. Kontent marketinq xidməti üçün hazırlayacağımız qiymət təklifinin hansı prosedurlardan keçdiyini öyrənmiş oldunuz. Kommunikasiyanızı bizimlə qurun.