Menu

AZ EN RU
Əsas Xəbərlər Bloq Yazıları Kataloqun Hazırlanmasının Pərdə Arxası Iştirakçıları

Kataloqun hazırlanmasının pərdə arxası iştirakçıları

2020-09-07

Kataloqun hazırlanması tək bir nəfərin işi deyildir. Bu bir komanda işinin nəticəsidir. Deməli, arxa planda qalan bu qəhrəmanlar kataloqunuz üçün bütün bacarıqlarını ortaya qoyurlar. Sizin üçün keyfiyyətli kataloqun ərsəyə gəlməsində nə az, nə çox 5 nəfər iştirak edir. Bu bloq yazısında Sizə onların hər birinin gördüyü iş haqqında məlumat verəcəyik.

Qrafik Dizayner - Kataloqun hazırlanma prosesində kataloqa rəng qatan, onu daha da cəlbedici edən qrafik dizaynerdir. O dizayner ki, oxucunun daha çox nəyə fikir verəcəyini və kataloqa baxarkən nədən daha çox zövq alacağını bilir. Bir sözlə, bacarıqlı qrafik dizayner keyfiyyətli kataloqa bərabərdir.

Fotoqraf - Bir çox hallarda müştərilərin istəklərinə cavab verən şəkilləri internetdən tapmaq və ya ödənişli platformalardan yükləmək mümkünsüz olur. O zaman bu işlərə fotoqraf cəlb olunur. Hər iki tərəfin formalaşdırdığı brif əsasında foto çəkiliş işləri həyata keçirilir. Kataloqların təyinatları fərqli olduğu kimi işə cəlb olunacaq fotoqraflarda (qida, məhsul, portret, geyim və digər) fərqlidir. Foto çəkiliş prosesi işin həcmindən asılı olaraq dəyişə bilər. Kataloqun hazırlanması prosesi zaman aldığı üçün kataloqda yer alacaq şəkillər ya əvvəlcədən hazır olmalı, ya da işlərə paralel başlanılmalıdır.

Redaktor - Kataloqun hazırlanmasında digər önəmli rol oynayan şəxslərdən biri də redaktordur. Cümlələri oxunaqlı və düzgün dəst-xətli olması üçün iti gözünü işə salan məhz bu yoldaşdır. Bu yoldaşın əsas vəzifəsi cümlələrin quruluşuna, ardıcıllığına, orada ola biləcək məna və hərf səhvlərinə diqqət etməkdir.

Tərcüməçi - Əgər kataloqun bir neçə dildə hazırlanması nəzərdə tutulursa, orada hökmən bu işdən anlayışı olan bir tərcüməçiyə ehtiyac vardır. Tərcüməçi ilə redaktorun fikirləri üst-üstə düşdüyü təqdirdə isə ortaya tayı-bərabəri olmayan iş çıxır.

Account Menecer - Həm kataloq prosesində iştirak edən əməkdaşlarla, həm də müştəri ilə yaxın əlaqədə olan super qəhrəmanın adı isə akkount menecerdir. Bu qəhrəmanımız bütün prosesləri izləyir, müştərini hər zaman məlumatla təmin edir və layihənin gedişatında çatışmayan məqamları həll edir. Şirkət və müştəri arasında körpü rolunu oynayan akkount menecerin olmaması xaosa gətirib çıxara bilər. Tərəflərin vaxtında məlumatlandırılması üçün akkount menecer və ya koordinasiyalı şəxsin öz işinin peşəkarı olması vacibdir.

Marcom Marketinq və Kommunikasiyalar şirkəti olaraq əsas məqsədimiz yerli bazar iştirakçılarına təqdim etdiyimiz xidmətlərlə bağlı ətraflı məlumat təqdim etməkdir.