Menu

AZ EN RU
Əsas Xəbərlər Bloq Yazıları Haqqımızda Bölməsini Necə Yazırıq

Haqqımızda bölməsini necə yazırıq

2021-02-05

Çox gözəl bilirik ki, uzun yazılar diqqətinizi cəlb etmir və tam oxumadan saytı tərk edirsiniz. Bu yazılardan biri də haqqımızda bölməsidir. Təəssüf ki, şirkətlərin haqqımızda bölmələrinin üstünü toz basıb. Yazılıb, amma oxuyanı yoxdur. Niyə yoxdur? Çünki həm standart yazılıb, həm uzundur, həm də kimin üçün yazılıb bəlli deyil. Yazıya başlamadan öncə bildirək ki, Haqqımızda bölməsi qısaunikal olmalıdır. 

Kimin üçün hazırlayacaqsınız?
Evimizdə bişən yeməyin belə kimin üçün bişirildiyi avtomatik təyin olunur. Haqqımızda bölməsi isə “manual” olaraq təyin olunmalıdır. Bu bölməni hazırlamadan öncə kimlər üçün olduğunu təyin etmək önəmlidir. Niyə? Çünki içəri daxil olan müştəri özünü oraya aid hiss etməlidir. Müştərilərinizi düzgün təyin etmədiyiniz halda isə ortaya standart formada yazılmış, maraqsız haqqımızda bölməsi çıxır.

Başlanğıc hekayəsi
Müştəriləri təyin etdikdən sonra mövzu gəlir ən qarışıq hissəyə. Sizə aid olan şirkətin  hekayəsi varmı? Axı başlanğıc hekayəsi olmasa, ortada nə dəyər qalar, nə də dad-tam. Bu elə bir hekayə olmalıdır ki, müştəriləriniz həm qoxusuna, həm təqdimatına, həm də dadına heyran qalmalıdır. Müştəriniz şirkətinizin hekayəsi ilə özünə səmimiyyət qurmalıdır. Şirkətin bir hissəsinə aid olduğunu hiss etməlidir.

Rəngarəng inqrediyentlər
Müştərilərinizin şirkətinizə aid olan onlayn platformalara və şirkət saytına daxil olduqdları zaman ilk nəyi görməsini istərdiniz? Haqqımızda bölməsinin inqrediyentlərini bol eləməlisiniz. Müştərilərinizə bilməli olduqları ən önəmli inqrediyentləri təqdim etmək üstünlüyünüz olacaq. Bu inqrediyentlər xidmətlərinizhəll yolları olmalıdır.

Biz daha yaxşı hazırlayırıq
Menyunuzda olanları daha yaxşı hazırladığınızı vurğulamaq yaddan çıxmasın. Bunu necə edə bilərik? Müştərilərinizə göstərdiyiniz xidmətlərin onlara hansı üstünlükləri gətirəcəyini bir-bir yazmağınız şirkətinizə qarşı güvən faktoru yaradacaq.

Unikal təqdimat
Bura qədər hər şey yolunda gedir kimi görünür. Amma unutduğumuz bir şey daha var. Müştərilərimizi tanıyırıq, başlanğıc hekayəmizi hazır etmişik, rəngarəng inqrediyentləri bol etmişik. Geriyə gözəl bir təqdimat qalır. Haqqımızda bölməsindəki bir sətrlik təqdimat müştərinizin üzündə əminlik yaratmağa kifayət edəcəkdir. Şirkətinizin missiyavizyonunu gözəl şəkildə təqdim edərək, müştərilərinizin gözündə daha da önəmli hala gələcəksiniz.

Necə deyərlər, haqqımızda bölməsi tam burgerə oxşayır. Müştərisi çoxlu, hekayəsi bəlli, inqrediyentləri müxtəlif, təqdimati qeyri-adi, dadı isə damaqlarda qalır.