Hər kəs alqoritm yenilənmələrini danışır, amma Google bundan daha çox iş görür.
Google tərəfindən görülən dəyişikliklərin bəziləri marketinq strategiyanıza və hədəflənmiş nəticəyə təsir edə bilər.
Bəs sözügedən bu dəyişikliklər nələrdir?
1. Təxminlərə görə Google e-ticarətlə məşğul olan şirklətlərdən birini alacaq
E-ticarəti deyəndə ağlınıza gələn ilk şirkət hansıdır?
Bir çoxlarının ağlına ilk Amazon gələcək. Əksəriyyətimiz onlayn alış-verişlər edirik və texnoloji avadanlıqlar almaq istəyəndə Amazona üz tuturuq. Google isə e-ticarətin önəmini analiz edir və illərdir bu bazarda söz sahibi olmaq istəyir.
Google Shopping şirkətin e-ticarətə olan marağının bir nümunəsidir. Şirkət konkret olaraq hansısa satış platformasını alması ilə bağlı məlumat yayımlamayıb. Amma bu hər an dəyişə bilər.
2. Google hardware sənayesində üstünlük təşkil edəcək
Apple əsas etibarilə hardware şirkətidir və istifadə etdiyimiz cihazların istehsalında rəqiblərinə açıq-aşkar qalib gəlirlər. Ancaq Apple və hətta Samsung cihazlarında da bir sıra problemlər var. Məsələn, Apple cihazlarının qiyməti yüksəkdir. Bir neçə nəsil öncəki Apple cihazını almaq istəyirsinizsə, o zaman ən az 500 ABŞ dollarınız olmalıdı.
İndiki vəziyyətdə Google şirkətinin də texnoloji cihazları var. Amma paralel olaraq münasib qiymətə də yeni məhsullar istehsal etməyə çalışırlar. Həmçinin müxtəlif telefon markalarına Google sistemini rəsmi lisenziya ilə verirlər. Burada məqsəd telefon sayına görə daha çox pul qazanmaq deyil, bütün markaların Google sistemi ilə çalışmasını təmin etməkdir.
Bəs buna səbəb nədir?
Çünki bu halda daha çox məlumat əldə edirlər və bunun sayəsində reklamlardan daha çox pul qazanırlar. Bəllidir ki, bu cihazların hamısı insanların reklamlarla dolu olan axtarış motorlarına - internetə çıxışıdır.
İzləməyiniz üçün faydalı olan video: Google niyə hardware ilə mübarizə aparır?
3. Google Reklamlarının oflayn olmasını gözləyin
Hal-hazırda brauzerlərdə çoxlu reklamlar var. Zamanla Google Xəritə və digər Google məhsullarında reklamlarla qarşılaşacayıq.2019-cu ildə ilk dəfə rəqəmsal reklam xərcləri ABŞ-da ənənəvi reklam xərclərindən çox olmuşdu. Qeyd olunan rekord nəticə oflayn reklamlarda əldə edilib və yalnız ABŞ üçün keçərlidir. Yaxın bir neçə ildə Google-un da oflayn reklama keçid edəcəyi təxmin edilir.
4. Axtarış nəticələri gələcəkdə eyni görünməyəcək
Çox güman bu yeniliyi bir çoxları sevməyəcək. Amma yenilik axtarışı və brauzerləri daha da optimallaşdıracaq. Bir neçə reklam üsulunu test edilir. Məsələn, hər hansısa bisnesiniz var və Google vasitəsilə potensial müştərilərinizi tapa bilərsiniz. Həmçinin brauzer vasitəsilə tapdığınız oteldə elə anında otaq rezervasiya eləmək mümkündür. Eyni nüans ipoteka, maşın sığortası və bir çox xidmət sahələrində olacaq.
Bu, SEO optimizasiyanın qevvədən düşəcəyi və ya heç kimin saytınza daxil olmayacağı demək deyil. Sadəcə yeniliyə uyğun stategiya tərtib etmək lazımdır.