Bounce Rate – istifadəçilərin sayta daxil olduqdan sonra müəyyən müddət ərzində heçbir yerə klik etmədən, form doldurmadan, alış-veriş etmədən yaxud başqa səhifəyə keçid etmədən saytı tərk edənlərin faizini göstərən bir termindir. Bu tək səhifəlik girişlərin müddəti 0 (sıfır) saniyə olaraq hesablanır. Çünki analytics tərəfindən dəqiq ölçüm edilməsi üçün səhifələrarası gəzinti olmur.
Bounce Rate faizinin yüksək olması nə deməkdir?
Bounce Rate fazinin yüksək olması adətən mənfi qəbul edilir. Saytı gəzmədən geri qayıdan istifadəçi sayının yüksək olması məhsulların, xəbərlərin yaxud verdiyiniz xidmətlərin daha az görülməsi deməkdir və bunu heçbir biznes sahibi istəməz. SEMrush bounce rate metrikinin sıralama üçün vacib faktorlardan biri olduğunu qeyd edir:
Ancaq başqa bir mənbəyə görə, Google bu faktoru dəyərləndirmə üçün istifadə etmir. Bu məntiqdə hər 2 mənbə də haqlıdır. Google bounce rate göstəricisini sıralama üçün əsas olaraq istifadə etməyə bilər, ancaq məntiqi olaraq bu göstəricinin yüksək olmasının nə mənaya gəldiyini bilirik. İstifadəçi saytınıza daxil olduqdan sonra dərhal geri qayıdarsa, Google bunu “saytda görüləbiləcək faydalı bir məlumat yoxdur” yaxud da "UX olaraq yetərsiz" kimi qəbul edir və zamanla bounce rate dəyəri yüksələrsə bu hal saytınızı axtarışda geriyə sala bilir.
Bounce rate ümumi saytdan əlavə ayrı-ayrı səhifələr üçün də önəmi böyükdür. Google Analytics-də aşağıdakı addımları yerinə yetirərək xüsusi səhifələr üçün bounce rate öyrənə bilərsiniz:
Bu məlumatları öyrəndikdən sonra ona uyğun strategiya qurmaq mümkündür. Məsələn, hansısa bir səhifədə digərlərindən fərqli olaraq anormal dərəcədə yüksək bounce rate göstəricisi varsa, səhifənin xüsusiyyətləri yaxud temperatur xəritəsi vasitəsi ilə istifadəçi davranışları incələnərək problemin səbəbini tapıb aradan qaldıra bilərsiniz. Bu problemlər:
1. Pop up reklamlar
2. Səhifənin açılma sürəti
3. Əlaqəli olmayan digər bir sayta yönləndirmə
4. Düzgün qurulmayan UX strukturu - da insanların saytda az qalmasına səbəb ola bilər
Bounce Rate faizini artırmaq üçün:
1. Səhifəyə Youtube videolarınızı yerləşdirin
Aşağıdaki göstəricilərə əsasən veb saytda yerləşdirilən video məzmun istifadəçilərin saytda qalma müddətini artırır. Həmçinin oxumaq kimi diqqət tələb edən bir davranışı yerinə yetirə bilməyənlər üçün video məzmun daha rahatdır. Bu videolar mütləq sizə aid olmalıdır demək deyil, sizin mövzu ilə əlaqəli digər bir videonu da sayta yerləşdirə bilərsiniz.
2. Call to Action sözlərdən yararlanın
Mətn daxilində "əslində, xüsusi olaraq qeyd edək ki" tipli sözlərdən istifadə edərək insanların diqqətini çəkə bilərsiniz. Sonluqda "bu barədə digər yazılarımızla tanış olun" tipli cümlələr digər əlaqəli yazıların da oxunmasına təkan verəcək və istifadəçilərin saytda qalma müddətini artıracaq.
3. Səhifə yüklənmə sürəti
Google 11 milyon saytı araşdırdıqdan sonra aşağıdakı göstəriciləri əldə etdi və bununla bir neçə nəticəyə gəldi:
Əslində bu nəticələr sürpriz deyil, çünki rəqəmsal dünyada insanlar az vaxtda istədikləri, axtardıqları nəticəyə çatmaq istəyirlər. Bu səbəbdən veb saytınız 3-4 saniyədən gec açılırsa istifadəçilər sizi seçim olaraq görmür və onların yaddaşında mənfi reputasiyaya malik olduğunuz üçün gedən istifadəçilərin böyük hissəsi geri qayıtmır. Bunu həll etmək üçün Google PageSpeed İnsights tool məsləhət görülür. Pulsuz şəkildə yararlanabiləcəyiniz bu tool vasitəsi ilə saytınızda olan və sürətə təsir edən mənfi amilləri görüb ortadan qaldıra bilərsiniz.
SON OLARAQ: Bütün bunlardan sonra istifadəçilər məzmununuzu oxumaq yaxud məhsulları görmək üçün daxil olduqda bu faktorlar sayəsində saytda daha çox qalmağa davam edəcək. Axtarış sistemləri istifadəçiyə nəzərdə tutulan işləri dəyərləndirir. Bounce rate faizi azaldıqca artıq digər SEO faktorları da düzgün yerinə yetirilibsə, saytınız üst sıralara doğru irəliləyəcək.