Menu

AZ EN RU
Əsas Xəbərlər Bloq Yazıları Blogdakı Paylaşımlar Niyə Yenidən Paylaşılır?

Blogdakı paylaşımlar niyə yenidən paylaşılır?

2019-08-01

Bir sıra bloglarda hədəf kütləsi üçün uyğun olan yazılar təkrar paylaşılır. Bu zaman 0-dan bir yazı yazmağa nəzərən daha az zaman sərf olunur. Bu üsul həm də, bloqla yeni tanış olan oxucular üçün əlverişlidir. Beləliklə həm blog yazarı, həm də oxucu faydalanmış olur bu üsuldan.

Təkrar paylaşılacaq yazılar necə seçilir?

Öncəliklə hansı paylaşımların daha çox effektli olduğunu araşdırmaq lazımdır. Trafik və sosial media paylaşım statistikalarını da nəzərdən keçirmək lazımdır. Əgər blogunuz uzun zamandan bəri fəaliyyətdədirsə, o zaman aylar deyil, bir və ya bir neçə il öncəki yazılar üzərində axtarış etməniz tövsiyə olunur.

Hansı halda məzmun yenilənmədən paylaşılır?

Əgər yazılan yazıda məlumatlar hələ də eynidirsə, o zaman məzmunu yeniləməyə ehtiyac yoxdur. Bundan əmin olmaq üçün isə linkləri, başlıqları nəzərdən keçirmək lazımdır. 

Hansı hallarda öncəki məzmunu yenidən paylaşmaq zərurəti yarana bilər?

A. Orijinal paylaşım az miqdarda axtarış trafikinə sahibdirsə;
B. Orijinal paylaşım çox sayda axtarış trafiki alırsa;

Belə olan halda yenilənən yazını paylaşarkən orijinal paylaşıma keçid linki verilməli və bu yazının yenidən nəşr olunduğunu söyləmək üçün redaktorun qeydi əlavə edilməlidir.  Həmçinin yazı ilə birgə paylaşılacaq şəklin üzərində təkrar yazılması üçün seçilən məzmunun ən çox oxunan yazı olduğunu da qeyd edə bilərsiniz. 

Bir paylaşımı yenidən nəşr edərkən məzmunu nə qədər dəyişməlisiniz?

Paylaşım üçün məzmun yazarkən bu nüanslara diqqət etmək lazımdır:

1. Diqqətlə oxumaq. Öncəki versiyada mövzu ilə bağlı hansısa səhvlər varmı? 

2. Yazını bu günün məlumatlarına əsasən yeniləyin. Məsələn, WordPress.com-da bir blog qurmaq barədə yazmısınızsa, yeni ekran görüntüləri çəkməlisiniz. Beləliklə qeyd etdiyiniz təlimatların hələ də dəqiq olduğundan əmin ola bilərsiniz.

3. Daha çox diqqət edilməsi üçün zaman sərf edin. Məzmunun yenidən paylaşılmasının üstünlüklərindən biri yazı üçün çox zamanın sərf olunmamasıdır. Bu halda daha çox zaman yazının yenilənməsinə, şəkil və ya videoya sərf edilməlidir. 

4. Son yazılarınızdan hansısa birinə keçid linki verin. Məsələn, əgər yenidən paylaşacağınız yazını bir il öncə yazmısınızsa, ehtimal ki, bu müddət ərzində o yazı ilə əlaqəli başqa mövularda da paylaşımlarınız olub. Həmin paylaşımlardan birinə və ya bir neçəsinə yeni yazınızda keçid linki əlavə edin. Bu üsul istifadəçilərin blogunuzda daha çox zaman keçirmələrinə səbəb ola bilər.